NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                 

Bu da İnam Kərimovun NÖVBƏTİ `TÖHFƏSİ`... - "Aqroparklar Kürün suyunu qurudur..."
Tarix: 10-03-2022, 10:27 | Çap et
Bu da İnam Kərimovun NÖVBƏTİ `TÖHFƏSİ`...
Bir neçə gün öncə Kürün səviyyəsinin kəskin enməsi barədə məlumat vermişdik. Artıq Xəzərin suyu Kür çayına qarışdığından Neftçala rayonunda yenidən ekoloji və aqrar problemlər yaranıb. Kür çayının Neftçala rayonu ərazisindən küçən hissəsində suyun səviyyəsi kəskin azaldığından Xəzər dənizinin şor suyu çaya qarışıb.
Dəniz suyu rayonun Ərəbqardaşbəyli kəndinə çatıb. Kürün suyu şorlaşdığından rayonun yaşayış məntəqələrində əkin sahələrinin suvarılmasında çətinliklər ortaya çıxıb. Rayonun 20 min nəfərdən çox əhalisi olan Xol zonası adlanan yaşayış məntəqəsində vəziyyət xüsusən ağırdır. Əhali həm içməli su sarıdan, həm də əkin sahələrinin suvarılmasında ciddi çətinliklərlə üzləşib.
Bu il rayonda 8 500 hektarda pambıq əkilməsi proqnozlaşdırılıb. Kür çayının suyu şor olduğundan, məlumatlara görə, bəzi təsərrüfta sahibləri toxum səpinindən əvvəl əkin sahəsinin şumlanmasından imtina ediblər. Bir sözlə, Xəzərin suyu Kürə qarışdığından rayonda vəziyyət kritik həddə çatıb.
Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Bürcəli Ağayevin verdiyi məlumata görə, Kür çayında yaranmış suyun şorlaşması ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış müvafiq komissiya məsələni ciddi şəkildə araşdırır.
Bununla əlaqədar olaraq Kür çayından ötürülən suyun əldə olunması, suyun saxlanılaraq əhaliyə verilməsi üçün hansı zəruri tədbirlərin həyata keçirilməsi mütəxəssislər tərəfindən araşdırılır.
Xüsusən ETSN-nin mütəxəssisləri tərəfindən bununla əlaqədar araşdırmalar aparılır. Kür çayının Xəzər dənizinə tökülən hissəsində - deltada suyu yığılması və limitini müəyyənləşdirib əhaliyə verilməsi ilə əlaqədar mütəxəssis rəyi formalaşdırılır.
Sputnik Azərbaycan Kürdə yaranmış vəziyyətin, Xəzərin suyunun Kürün suyuna qarışmasının səbəblərini araşdırıb.

Dənizin suları Kürün aşağı axarına dolur
DİA.AZ-ın məlumatına görə, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin rəhbəri Mirnuh İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şöbəsinin əməkdaşları Kür çayının aşağı axınında çay və ətraf ərazilərdəki təbii-antropogen ekosistemlərdə baş verən dinamik dəyişmələri öyrənmək məqsədilə tədiqatlar aparıblar.
M.İsmayılovun sözlərinə görə, Kürdə yaranmış vəziyyətin başlıca səbəbi Araz çayında olan problemlə ilə bağlıdır. M. İsmayılov bildirib ki, Mingəçevir su anbarından buraxılan su Kürü qidalandıdırdı. Eyni zamanda bu suya Arazdan gələn su qarışırdı. Buna görə də ilboyu Kür çayında suyun səviyyəsi suvarma normalarına və ekoloji tələblərə uyğun vəziyyətdə olub:
"Amma Araz çayında böyük su anbarlarının tikilməsi Bəhramtəpə su qovşağından suyun gəlməsinin azalmasına səbəb olub. Digər tərəfdən çayın yatağında da qum-çınqıl karxanaları işləyir. Çay yatağı öz təbii yatağını demək olarki itirib. Mingəçevir su anbarından da suyu az buraxanda çayda kritik vəziyyət yaranır. Çünki, Mingəçevir su anbarının vəzifəsi yay fəslinə suyu yığıb saxlamaqdır.
Bundan əlavə, iqlim dəyişiklikləri nəticəsində yağıntı az düşür. Nəticədə Kürün aşağı axarına Salyan-Neftçala ərazisinə Kürün suyu gedib çata bilmir. Əvəzində dənizin suları Kürün aşağı axarına dolur".

Kürün suyu şorlaşır
Şöbənin müdiri bildirir ki, bunun da səbəbi Kürün dənizə birləşdiyi yerin relyefinin hündür olmasıdır:
"İçəri tərəflərdə çayın yatağı daha dərindədir. Çayın dənizə birləşdiyi yerin relyefi ilə çayın aşağı axınındakı relyefi arasında iki-üç metr fərq yaranıb. Bu fərqi yaradan da çayın suyunun tənzimlənməsidir. Dibgətimələrin çayda az olması ilə əlaqədar çay öz yatağını doldura bilmir. Bu zaman dənizlə çayın yatağı arasında bənd yaranır. Həmin bənd dənizdə güclü küləklər olduqda dəniz sularını qovub Kürün aşağı axınına doldurur.
Dəniz suyu ağır olduğundan çayın yatağı ilə yuxarı doğru hərəkət etməyə başlayır. Amma geriyə dənizə qayıda bilmir. Çünki dənizə birləşdirən yerdə çay yatağının relyefi daha hündürdür. Bununla əlaqədar 60-65 km məsafədə biz dəniz suyunun çay yatağına dolduğunu görürürük. Tədqiqat aparanda gördük ki, çayda suyun üstündə qisməndə olsa şirin su var. Amma Mingəçevir su anbarından suyu az buraxanda çayda çox kritik durum yaranır. Çayın yatağı quruma həddinə çatır. Bu da əhali arasında narahatlıq yaradır".

Aqroparklar Kürün suyunu qurudur
İnstitut səlahiyyətlisi bildirir ki, çaydan suvarma məqsədilə istifadə edilən suyun həcminin artması da problemlərə yol açır: "Yevlaxa qədər çayda iki mindən yuxarı qanuni və qeyri-qanuni nasos stansiyaları işləyir. Onlar suyu gecə-gündüz götürürlər. Hökumət bu istiqamətdə iş görsə də yerli qurumların, bələdiyyələrin də görəcəyi iş çoxdur.
Hazırda suvarma üçün suyu daha çox aqroparklara və yeni suvarma sistemi ilə təhciz edilmiş sahələrə verirlər. Yerdə qalan kiçik fermerlərə su çatmır. İqlim dəyişiklikləri nəticəsində yağıntı azalır, havanın temperaturu və suvarma norması artır. Azərbaycanda yeni suvarılma sistemi ilə qurulan sahələr otqal-örüş sahələri hesabına genişlənməkdədir.
Həmin sahələrin təyinatı dəyişdirilir. Əvvəl otlaq sahəsi olan ərazilər sürətlə aqroparklara çevrilir. Bunlar suya təlabatı artırır. Kiçik fermerlər nəticədə əziyyət çəkir. Onlara suyu rejimlə,az verirlər. Bu yay Neftçala və Salyanda müəyyən çətinliklər olacaq. Ona görə də su ehtiyatlarını düzgün idarəetmək lazımdır. Bizim apardığımız müşahidələr göstərir ki problemlərin aradan qaldırılması çox gec həyata keçirlir. Baxmayaraq ki, bu sahədə dövlət başçısının fərmanları var. Hələ də çatışmayan cəhətlər çoxdur".

Kəndlərdə içməli su problemi yaranacaq
İçməli su probleminə gəlincə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Kürdə suyun azalması Kür su təmizləyici qurğuların fəaliyyətinə hələki təsir göstərməyib:
"Çünki, hələki Kürdə su var və biz suyu Hacıqabul rayonu kiçik Talış kəndi yaxınlığında Kürdən götürüb su təmizləyici qurğuda emal edirik. Düşünürəm ki, bu qurğu Bakı şəhəri ilə yanaşı, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar və ətraf kəndləri içməli su ilə təmin edir. Amma Kürdə suyun azalması bəzi kəndlərin su problemi yaşamasına səbəb olur. Çünki həmin kəndlərdə bizim modul tipli qurğularımız var.
Xəzərin suyunun qarışması, suyun duzlaşması nəticəsində həmin modul qurğuların fəaliyyəti dayandırılır. Azərsu bu məqsədlə xüsusi maşınlar ayıraraq modul tipli təmçizləyici qurğuların təmiz su anbarlarına, bəzi ərazilərdə quraşdırılmış səyyar çənlərə suyu daşıyaraq əhalini içməli su ilə təmin edir".
A.Cəbrayıllı onu da qeyd edib ki, 2020-ci ildə Neftçalada içməli su ilə bağlı ciddi problem yaranmışdı. Şəhərin özünə də maşınlarla su daşınırdı:
"Salyandan Neftçalaya 40 km-lik magistral su kəməri inşa olunub. Bir ədəd anbar tikdik. İki ildir ki, artıq Neftçala şəhəri və bir neçə kənd yeni kəmərdən su alır. Bizim planımızda var ki, qarşıdakı bir neçə ayda həmin magistraldan daha bir neçə kəndə su verilməsi təmin olunsun. Hələki Kürdə suyun azalmasının bizim təmizləyici qurğuların işinə təsiri yoxdur. Bu təmizləyici qurğu Bakı şəhərinin əsasən Qaradağ rayonun böyük bir hissəsi, Səbail rayonun, Binəqədi rayonunun bir hissəsini, eyni zamanda yolboyu sadaladığım rayonların içməli su təminatını həyata keçirir".
Qeyd edək ki, Neftçalada analoji problem ötən mövsüm də yaranmışdı. Son illər Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız hala salıb. Buna görə də rayon mərkəzinin, eləcə də ətraf kənd və qəsəbələrin içməli suya olan tələbatı maşınlarla daşınan su hesabına təmin olunur. Bu səbəbdən də Prezident İlham Əliyev Neftçalada içməli su çatışmazlığının həlli üçün tapşırıq vermişdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18-06-2026, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
18-06-2026, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
18-06-2026, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
18-06-2026, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
18-06-2026, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
18-06-2026, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
18-06-2026, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
18-06-2026, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
18-06-2026, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
18-06-2026, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
18-06-2026, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
18-06-2026, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
18-06-2026, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru