İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                 

Səhiyyə Nazirliyinin "ÇİN SƏDDİ"... - İTTİHAM
Tarix: 8-01-2019, 12:20 | Çap et
Səhiyyə Nazirliyinin "ÇİN SƏDDİ"...
Uzun illərdir ki, “müalicəsi tapılmayan xəstəlikdən” əziyyət çəkən Azərbaycan səhiyyəsinin düşdüyü bərbad durumdan çox yazılar yazılıb, tənqidi fikirlər səsləndirilib. Çifayda, indiyə qədər milyardların sərf edildiyi bu sistemi metastaz kimi daxildən məhv edən problemlər olduğu kimi qalmaqdadır. Ölkə səhiyyəsinin yarıtmazlığından, bahalılığından içi nazir qarışıq (Almaniyada aldığı müalicəni nəzərə alsaq) baş götürüb qonşu ölkələrə gedən xəstələrin statistikası ildən-ilə artan xətlə davam edir. Bu illər ərzində nə edilsə də tibb personalının gözü xəstələrin cibindən, xəstələrin gözü qonşu ölkələrin xəstəxanalarından yığılmadı.

Artıq elə bir vəziyyət yaranıb ki, Səhiyyə Nazirliyi haqqında tənqidi fikirlər səsləndirmək də mənasız görünür. Bu yerdə adamın yadına “dəyirman bildiyini edir, çax-çax baş ağrıdır” məsəli düşür. Çünki, nə qədər yazsaq, tənqid etsək, tutarlı arqumentlər gətirsək belə indiyə qədər kimsənin tükü belə tərpənməyib.

Rubrika.az saytı bildirir ki, bütün bunların əsas səbəblərindən biri səsləndirilən fikirlərin ünvanına çatmasına sədd çəkən şəxslərdir. Onlar deyilən tənqidlərin, səsləndirilən arqumentlərin nazirə çatmaması üçün sərf etdikləri çabanın mində birini səhiyyənin inkişafı üçün etsəydilər, indi Azərbaycan səhiyyəsi tamam fərqli biçimdə olardı. Səhiyyə nazirinin müavini Nigar Əliyeva, nazirliyin aparat rəhbəri Zəkiyyə xanım, Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov hər vasitə ilə sanki ictimai fikirlə, media ilə nazir arasında "Çin səddi" rolunu oynayırlar. Dəfələrlə tərəfimizdən nazirliyin fəaliyyəti ilə bağlı tutarlı dəlillərlə yazılmış araşdırmalar, digər həmkarlarımızın bu mövzuda yazıları heç bir effekt verməyib. O cümlədən, tək 2018-ci ildə nazirin qəbulu ilə bağlı öz imzamla 20-yə qədər müraciət ünvanlasaq da "quyunun başında duran yeddi başlı əjdahadan" o tərəfə keçə bilməmişdi. Belə ki, bir daha cənab nazirin diqqətinə çatdırıram ki, on ilə yaxındır ki, verdiyi göstəriş hələ də icra olunmayıb. Təəssüf hissi ilə bildiririk ki,bəzi "işbazların" əməllərinin ucbatından nazir sözünün də kəsəri qalmayıb. Səbəbi isə dediyimiz kimi işini-gücünü atıb tənqidi fikirlərlə nazir arasında sədd çəkən mənsəb sahibləridir.
Səhiyyə nazirliyi artıq illərdir ki, həkimlərin işə qəbulu prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlı məlumatlar yayır. Səhiyyə nazirliyinin rəsmi məlumatına inansaq, Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. İlk baxışdan olduqca demokratik, şəffaf bir mənzərə adamın gözləri önündə canlanır. Amma səhiyyəmizdə elə bir iş olarmı ki, onun amması olmasın...
Rubrika.Az saytı bildirir ki, ucqarlarda bu proses müəyyən qədər müəyyənləşdirilmiş qaydalara uyğun aparılsa da Bakının nüfuzlu xəstəxanalarında mənzərə tamamilə başqa cürə olur. Belə ki, paytaxtın tibb ocaqlarına işə qəbul müəyyən maraqlar çərçivəsində baş tutur. Xəstəxanalarda boş yerlər vakant verilmir, Tibb Universitetinin məzunları isə rezidentura adı altında həmin yerlərə göndərilir (bu zaman qeyd etdiyimiz “xüsusi maraqlar” işə düşür). Yalnız nadir hallarda gözdən pərdə asmaq üçün vakant yerlər elan olunur ki, bu da ümumi sayda bəlkə də heç 1 faiz təşkil etmir. İşə qəbulla bağlı dəfələrlə tənqidi yazılar hazırlasaq, nazirliyə müraciət etsək də heç bir tutarlı cavab ala bilməmişik. Yalnız nazirliyin kadrlar şöbəsinin rəhbəri Kəmalə xanım acı etirafı ilə mövcud vəziyyətə aydınlıq gətirmişdi: “Bütün bunlar məndən yuxarı səviyyədə həll olunan məsələlərdir, biz yalnız sənədlərə qol çəkirik" və yaxud Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun telefon əlaqəsi ilə bildirdiyi kimi "Yazıçılar Poliklinikasına qanunsuz həkimlər götürülürsə bu barədə biz də heç nə edə bilmiriksə yalnız məhkəmə qərar verə bilər” deməsi səhiyyəmizin hansı durumda olmasından xəbər verir.
Göründüyü kimi, nazirlikdəki mövcud vəziyyət orada hansısa şikayətə reaksiya veriləcəyinə, problemin həll ediləcəyinə ümid yeri qoymur. Heç inanmırıq ki, bu yazımız da “Çin səddini” aşıb lazımi instansiyaya çatsın. Biz Heydər Əliyev Fonduna, hörmətli Mehriban xanıma, Fondun icraçı direktoru Anar Ələkbərova müraciət edərək yaranmış acınacaqlı duruma təcili müdaxilə etmələrini xahiş edirik.Xüsusilə Anar müəllimin dövlətçiliyimizə sadiqliyini və eyni zamanda kimliyindən asılı olmayaraq Fonda olan müraciətlərə həssas yanaşmasını nəzərə alaraq ədalət prizmasından baxacağına inanırıq. Artıq kimsədə nazirlik səviyyəsində hansısa müsbət dəyişikliyin olacağına inam qalmayıb. Azərbaycan səhiyyəsinin bu günü və gələcəyi üçün böyük təhlükə olan mövcud vəziyyətə təcili müdaxilə olunmalı, günahkarlar cəzalandırılmalıdır. Bu “xəstəlik” sağalmazsa fəsadları daha təhlükəli ola bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru