Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                 

Ziya Məmmədovun xaricə qaçırdığı pullar TƏHLÜKƏDƏ... - GƏLİŞMƏ
Tarix: 10-10-2018, 09:01 | Çap et
Ziya Məmmədovun xaricə qaçırdığı pullar TƏHLÜKƏDƏ...
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, 15 il həbs cəzası almış Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini məhkəmə qərarı ilə müsadirə etməsi bu ölkədə çirkli pulların yuyulmasına qarşı sərt mübarizənin başlandığını göstərdi.

Maraqlıdır ki, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərar azərbaycanlı oliqarxın ailəsinə qarşı verilib. Bu, həm də o anlama gəlir ki, Britaniyanın Milli Cinayət Agentliyi (“National Crime Agency”) bu ölkədə sığınacaq tapmış digər Azərbaycan oliqarxlarının işini də diqqətlə araşdırmaqda davam edəcək. Bu sırada isə ilk ağıla gələnlərdən biri sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədovdur.

Məlumdur ki, A.Məmmədov iki ilə yaxındır ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır. Məmmədovların Avropanın bir sıra ölkələrində biznesləri olduğu təzə xəbər deyil. Bir vaxtlar çox qüdrətli biznes imperiyasının əsas gücü Məmmədovların “Garant Holdinq”i idi. İqtisadiyyatın mühüm sahələrini əhatə edən bu holdinq vasitəsilə yüz milyonlarla vəsait həm də ölkə xaricində müxtəlif əmlakların alınmasına yönəldilirdi. Üstəlik, Məmmədovlar bu illər ərzində Avropada müxtəlif adlarla şirkətlər yaradıblar ki, indi onların bəziləri hələ də fəaliyyət göstərir.

Britaniyada Məmmədovların “BROOKWOOD INTERNATIONAL lIMITED” şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanəni satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var. A.Məmmədov son olaraq ölkəni tərk etdikdən sonra onun Londondakı çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil aldığı xəbəri də yayılmışdı ki, bu günədək də təkzib olunmayıb.

Məmmədovlar ailəsinin xaricdə nə qədər əmlakı olduğuna dair dəqiq bilgi yoxdur, amma güman edilir ki, bu əmlak və şirkətlərin dəyəri bir neçə milyardla hesablana bilər.

İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə kimi tanınması Britaniyanı narahat etməyə başladı. İlk dəfə Zamirə Hacıyevaya tətbiq edilən həmin qanun əslində təxminən iki il əvvəl qəbul edilib, amma indi işləməyə başlayıb. Güman ki, varidatının mənbəyi şübhəli olan bir neçə oliqarxın adı da artıq “qara siyahı”ya salınıb. Bu sırada isə Məmmədovların olacağı gözləniləndir. Qeyd edək ki, sözügedən qanunla Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir. Britaniyanın Milli Cinayət Agentliyinin hələ 2016-cı ildə yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var.

Yada salaq ki, hələ Z.Hacıyevaya qarşı məhkəmə qərarından əvvəl belə məlumat yayılmışdı ki, A.Məmmədov son aylar Londona az-az gedir, əsasən Türkiyəyə yerləşib. Keçmiş nəqliyyat nazirinin öz ailə biznesinin əhəmiyyətli hissəsini Türkiyəyə daşıması prosesi “vurulmamışdan” əvvəl başlamışdı. Hələ nazir işlədiyi dönəmdə Məmmədovlar Türkiyədə hotel, nəqliyyat və neft daşımaçılığı, o cümlədən sərnişindaşıma ilə məşğul olan bir neçə şirkət yaratmışdılar.

Z.Məmmədov oğlundan fərqli olaraq “dəyişiklik ruzigarından” tez duyuq düşə bilər. Ola bilsin ki, Londondan çıxmaq da sabiq nazirin qərarıdır. Amma bəs Londondakı əmlakları xilas etmək necə, mümkün olacaqmı?
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır – Video
Bu gün, 12:46
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru