Zamanında MTN-nin barındırdığı vəhabilər yenidən ayaqlanır - İDDİA
Tarix: 12-12-2016, 08:36 |
Çap et
Vətəninfo.az-a məlumatlı mənbələrdən daxil olan xəbərdə qeyd edilir ki, Azərbaycanda din adı altında yeni qruplaşma yarnır və əmirləri də Adil Rəcəbov adlı təkfirçi-xavaricdir. Məlumatda vurğulanır ki, Adil Rəcəbov başqa mərhələyə başlamış və rayonlarda özünə və ideyasına tabe olanları seçir və təyin edir.
Bakıda məscidlərdə də adamlrını gizlin təyin edir və onun ideyalarını din adı altında təbliğ edirlər. Mənbə qeyd edir ki, Adil Rəcəbovun dini zəmində qarşı durma,dindarların pozucu fəaliyyətlərə cəlb edilməsi üçün aşağakı radikal fikirləri təbliğ edir və etdirir.
1.Azərbaycan hakimiyyəti kafirdir
2.Azərbaycan darul kufr(küfr ölkəsidir)
3.Güclü olduğumuzda dövlətə qarşı üsyan etmək icazəlidir
4.Bizə qarşı olanları öldürməmək şərti ilə döymək olar.
5.Suriyada "Ceyşul İslam" silahlı dəstəsi düz yoldadır və cihad edir."Ceyşul İslam" İslam qardaşlarımızdır.
Məlumata görə, Adil Rəcəbov adını açıqlamasa da, çeçen muzdlularının "Qafqaz İslam Əmirliyi" tipli qruplaşmasını ölkəmizdə təsis edir. Adil Rəcəbov da Fətullah Gülən kimi öz emissarlarına tapşırıq verib ki, hakimiyyətə qarşı açıq təbliğat aparmamalı və əksinə lazımı güc toplayana kimi hakimiyyəti dəstəklədiyinizi göstərərin.