"Dövlətin yanındayam, istefa məktubunu yazdıqdan sonra İsa Qəmbərlə danışmışam, dedi ki..." - Novella Cəfəroğlu
Tarix: 11-09-2024, 17:56 | Çap et
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verməsi ilə bağlı bəyanatla çıxış edib.
Pravda.az-a daxil olan bəyanatda deyilir:
“Bu gün Müsavat Partiyasına istefamı göndərdim. İsa Qəmbər məktubumu aldı. 100% əminəm ki, istefamı qəbul edəcəklər. Bilirsiniz ki, Müsavat böyük bir partiyadır. Mənim üzümdən bir neçə dəfə belə məsələlər olub. Ayrı mövqedə olan insan deyiləm. Müsavatçıyam, müsavatçı da qalacağam. Bu, babalarımdan gələn hissdir. Naxçıvanda hələ o zamanlar Müsavatın yaranmasında babam Mirzalı bəy Bəktaşinin böyük iştirakı olub. Ailəmiz həmişə Müsavata sadiq qalıb. Bu gün mən Müsavat Partiyasından gedirəm, lakin Müsavatın ideyaları həmişə qəlbimdədir, hamısı mənimlədir. Müsavatda çoxlu dostlarım, qardaşlarım var. Onlarla bir yerdəyəm. Nə vaxt lazımdırsa, həmişə onların yanındayam. Amma bu gün dediyim iki sözdən ötrü Müsavatı tənqid edirlər, onlara təzyiq göstərirlər. Partiyanın güclü olmasını istədim, mənə görə təzyiq altında qalmasını istəmədim. Buna görə də istefa verdim. İstəyirəm ki, Müsavat güclü partiya kimi qalsın. Mən dövlətin yanındayam, dövləti qoruyuram. Mən bu gün milli barışıq istəyirəm. Millətlə birgə, hamımızın birlikdə olmasını istəyirəm. Dörd tərəfdən düşməni olan ölkənin qorunmasını istəyirəm. Azərbaycana xələl gətirməyən məsələlərdə həmişə, axıra qədər dövlətin yanında olacağam. Çox sual verirlər ki, sən YAP-a keçəcəksən? Yox, mənim özüm bir partiyayam. Heç bir partiyaya getmək istəyim yoxdur. Lazım olsa, partiya yarada bilərəm. Bu mənim üçün böyük iş deyil. Çox yaşım olmasına baxmayaraq... Xeyli sayda qadınlar deyirlər ki, partiya yaradaq, sənin yanındayıq. İşləyə bilirəm, sözümü deyə, çatdıra bilirəm. Həm burada, həm də beynəlxalq təşkilatlara. Yanımda güclü dostlarım, tərəfdaşlarım var. Mən heç nədən qorxmuram. İstəyərdim ki, Azərbaycanda iki böyük partiya olsun. Təbii ki, kiçik partiyaların da olması vacibdir. Amma iki güclü partiya olsun ki, rəqabəti də onlar aparsınlar. 30 ildir, Müsavatdakı dostlarımın yanındayam. Çox söz deyə bilərəm, demirəm. Dostlarıma böyük hörmətim var. Onlar da məni dəstəkləyirlər. Zəng edirlər, dəstək üçün yanımda durublar. Buna görə də Müsavata işlərində uğurlar arzulayıram. Bir sözlə, bundan sonra Müsavatda olmasam da, Müsavatın da yanındayam. Mən çox sərbəst insanam. Dövlətimi isə dəlicəsinə sevirəm. Bütün partiyalardan da, hər şeydən də başda dövlətimi sevirəm. Dövlətin uğrunda da mübarizəmi aparacağam. Nə söz lazımdırsa, deyəcəyəm. “Demokratik” demək lazımdırsa, deyəcəyəm. Çünki mən dövləti qoruyuram. Məni vurmurlar ki, Müsavatı vururlar. Məni hədəf kimi götürüblər. Baş verənlər Müsavata qarşıdır, mənə yox. Bunu hamınız gözəl bilirsiniz. Deyirlər ki, İsa Qəmbər Novella Cəfəroğlunun dostudur, amma o, partiya rəhbərliyinə qayıtdıqdan sonra Novella Cəfəroğluya basqı etdilər. Yalan sözdür. İsa Qəmbər də, Arif Hacılı da mənim dostumdur, yaxın qardaşlarımdır. Heç vaxt onlardan imtina etməmişəm, etmərəm də. Dostlarından imtina edəcək insan deyiləm. Yüz adam yüz söz deyir. Bu, sadəcə, mənim əlimlə Müsavatı vurmaqdır. Mən isə Müsavatın mənim əlimlə vurulmasını istəmirəm. İstefa məktubumdan sonra İsa bəylə danışmışam. Dedi ki, bizim üçün çətin olsa da, istefanı qəbul edəcəyik. Yenə deyirəm, Müsavatdan ötrü istefa vermişəm ki, partiyaya söz gəlməsin. Dövlət naminə hər şeydən imtina edə bilərəm. Təki dövlətim, millətim bir olsun. Millətim bir-biri ilə savaş etməsin. Bir-biri ilə danışmağa dil tapsın. Nifaq olmasın. Həm hökumətdən, həm siyasi partiyalardan da bu addımı gözləyirəm. Bir-biriləri ilə dostluq etsinlər. Bir-birinizi başa düşün. Sentyabrın 1-də keçirilən seçkilərlə bağlı hansı dairələrdə narazılıqlar, pozuntular ortaya çıxıbsa, mübahisələndirəcəyik. Sözsüz ki, təkcə Müsavatda yox, bütün partiyalarda olan haqsızlıqları müdafiə edəcəyəm. Parlamentdə oturmaqdansa, dövləti qorumaq mənim üçün hər şeydən vacibdir. Dövlət üçün nə lazımdırsa, həmişə edəcəyəm! Hər şeyə görə çox sağolun, hamınıza minnətdaram”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29 ərəfəsində ölkədaxili turizm - “Hotellərdə süni qiymət artımları...”
Bu gün, 20:29 |
|
|
|
• Mövlam Şıxəliyev işində 585 minlik qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 20:26 |
|
|
|
• "Dostlarla birgə qeyd edəcəyik o müqəddəs Günü!.." - Türkoğlu ildönümü öncəsi xəstələndi...
Bu gün, 20:24 |
|
|
|
• İlkindən AYNA-ya irad - "Niyə tələsirdiniz ki?"
Bu gün, 20:20 |
|
|
|
• Bakıya gələn ermənilər belə qorunacaq - Mühafizənin təşkilində vacib detal
Bu gün, 20:17 |
|
|
|
• Cərimə qorxusu keçdi: - “Kupça”sız evlər “unuduldu”
Bu gün, 19:02 |
|
|
|
• Sürücüləri düşündürən suala cavab: Gün ərzində cərimələr necə yazılır? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Ah, bu cərimələr! Kimi, niyə cərimələr?! - Bahəddin Həzi yazır...
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanda Monqolustan ətləri - QİYMƏTLƏR
Bu gün, 18:04 |
|
|
|
• Ət indikindən 30 faiz baha ola bilərdi: - “Daha da bahalaşacaq...”
Bu gün, 18:02 |
|
|
|
• "Ermənilər başa düşür ki, arxivlər açılsa..." - ŞƏRH
Bu gün, 18:01 |
|
|
|
• İrəvanın konkret vaxtı var: ƏGƏR BU VAXTA QƏDƏR... - RƏYLƏR...
Bu gün, 17:54 |
|
|
|
• Bakı və Sumqayıt şəhərlərində qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycan Avstraliyadan 12 ton qızıl alıb – İdxal 103 dəfə artıb
Bu gün, 17:50 |
|
|
|
• Ermənistan bundan imtina etdi: - Razılaşmanın imzalanacağı tarix...
Bu gün, 17:49 |
|
|
|
• “Azfinance İnvestisiya Şirkəti” adını dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:35 |
|
|
|
• “Rüfət Həmzəyevin səmərəli fəaliyyətindən xəbərdaram” - Rəşad Məcid
Bu gün, 17:29 |
|
|
|
• Nazir şöbə rəisinə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 17:23 |
|
|
|
• Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ
Bu gün, 17:20 |
|
|
|
• Fırıldaqçılar ölüdən 1.2 milyon oğurladılar - "Baza"
Bu gün, 17:18 |
|
|
|
• İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək - Bakıdakı səfirlik də TƏSDİQLƏDİ
Bu gün, 17:09 |
|
|
|
• MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə keçirilib
Bu gün, 17:03 |
|
|
|
• Ramiz Mehdiyevlə Çovdarovun ORTAQLIĞI... - İLGİNC...
Bu gün, 17:00 |
|
|
|
• Aİ-nin Ermənistanla sövdələşməsi çətinləşib - KİV
Bu gün, 16:54 |
|
|
|
• Ermənilərə Qarabağ vədinin arxasındakı hiylə - Trampın “artsax” bəyanatı ortalığı qatdı
Bu gün, 16:51 |
|
|
|
• Türkiyə ilə anlaşma bir milyarda başa gəldi - Badasyan
Bu gün, 16:49 |
|
|
|
• Rusiya üçün döyüşən 3 min əcnəbi vətəndaşlıq aldı
Bu gün, 16:48 |
|
|
|
• Maya Sandu Moldovanın prezidenti seçilib - 55.33 faiz səslə
Bu gün, 16:45 |
|
|
|
• “Yelo Bank” gələn aydan bu limiti keçənlərdən komissiya haqqı tutacaq - DİQQƏT
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda uşaq evində QOTURLUQ - AÇIQLAMA
Bu gün, 16:34 |
|
|
|
• Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular: "Arvadına de ki..." - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
• Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir - DETALLAR
Bu gün, 16:27 |
|
|
|
• Azərbaycan-İran hərbi təlimləri... NƏYƏ XİDMƏT EDİR?
Bu gün, 16:24 |
|
|
|
• Kərəm Həsənovun qohumuna vəzifə verildi - ƏMR
Bu gün, 16:19 |
|
|
|
• Hansı valyuta ucuzlaşsa: Manat dəyərdən düşər? - AKTUAL
Bu gün, 16:10 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
Bu gün, 16:07 |
|
|
|
• Dünya Trampı dəstəkləyir, yoxsa Harrisi? - "The Economist"dən araşdırma
Bu gün, 16:01 |
|
|
|
• Olimpiya çempionu Fazil Mustafaya cavab verdi: - "Medalın iki üzü var..."
Bu gün, 15:58 |
|
|
|
• ABB-də yeni təyinat - ƏMR
Bu gün, 15:53 |
|
|
|
• Zaqatalada yeni doğulan körpə ölüb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Siqaret kötüyünü yerə atanlar daha ağır cərimələnəcək – Yeni qaydalar nəyi dəyişəcək?
Bu gün, 15:49 |
|
|
|
• Əcnəbinin ərzağına möhtacıq – Rekord artım
Bu gün, 15:47 |
|
|
|
• Bakıda orta aylıq əmək haqqı 8 manat 10 qəpik azalıb – Rəsmi
Bu gün, 15:44 |
|
|
|
• Bakı həbsxanasında məhkum ÖLDÜ
Bu gün, 15:42 |
|
|
|
• Yaxın Şərqdə gərginlik yenidən PİK HƏDDƏ – İran İsrailə qarşı quru əməliyyatlarına BAŞLAYIR?
Bu gün, 15:34 |
|
|
|
• Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir - Podolyak
Bu gün, 15:32 |
|
|
|
• İcra başçısının bacısı oğlu qəzada öldü
Bu gün, 15:29 |
|
|
|
• Qarabağ Universitetindən tələbələrin şikayəti ilə bağlı AÇIQLAMA
Bu gün, 15:21 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizini bu variantla açmaq istəyir - Rəsmi TƏKLİF
Bu gün, 15:13 |
|
|
|
• “AZIREX-2024” birgə taktiki təlimi keçirilib
Bu gün, 15:11 |
|
|
|
|