"Bəzi məktəb direktorları haqda gələn şikayətlər ört-basdır edilir, kiminsə himayəsində vəzifədə qalır"
Tarix: 12-09-2024, 00:02 | Çap et
“Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir”. Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, belə hallar mövcuddur. “Məktəb direktorları, valideynlərlə siz görüşürsünüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız? Mən istərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq”, - Emin Əmrullayev qeyd edib. Etiraf etməliyik ki, nazir bu mövzuda tamamilə haqlıdır. Çünki bəzi məktəb direktorları elə bilir ki, bir məktəbi idarə etmək, sanki ölkəni idarə etməkdir. Təəssüf ki, bu şəxsləri heç nə qorxutmur...
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, direktorlar təyin olunduqdan sonra onların rəhbər olaraq uğurlu olmaları insan faktoru ilə bağlıdır.
“Təkcə Azərbaycandan söhbət getmir, bütün cəmiyyətlərdə deqradasiya gedib. Müəllimlərin çalışdığı mühit kifayət qədər fərqli bir mühitdir. Burada bəzən o qədər fərqli situasiyalar yarana bildiyi üçün məktəb direktoru təyin olunacaq şəxslər yaxşıların yaxşısı olmalıdır. Məktəb direktorlarının və məktəb rəhbərliyinin yerində olması məktəbin uğur qazanması üçün lazım olan önəmli faktorlardan biridir. Təbii ki, təkcə direktor hər məsələni həll edə bilməz. Amma məktəb rəhbəri olaraq, menecer olaraq, idarəedici olaraq direktor fəaliyyətində şəffaflığı, direktorun müdrikliyi və şəxsi keyfiyyətləri çox vacibdir”-deyə İlqar Orucov bildirib.
Bu gün bir təhsil, elm adamı olaraq məktəb direktorlarının fəaliyyətindən razısınızmı? İlqar Orucov səmimi olaraq etiraf edir ki, bu gün kifayət qədər yerində olmayan məktəb direktorlarımız var.
“Çox təəssüf edirəm ki, onlar paytaxt məktəblərində çalışırlar. Böyük məktəblərin idarə etməsi onlara tapşırılır. Biz bu məsələdə kifayət qədər diqqətli olmalıyıq. Yerində olmayan direktorların məktəb idarə etməsindən uzaqlaşdırılması çox vacibdir. Bir çox hallarda o qədər neqativ hallar olur ki, buna hətta ictimai qınaq lazımdır. Tam səmimi deyim ki, məktəblərdə xoşagəlməz halların mövcudluğunda həm də direktorların kifayət qədər günahı var. Bu da birmənalı olaraq belədir”-deyə İlqar Orucov bildirib.
İlqar Orucov təəssüflə qeyd edib ki, bəzən məktəb direktorları təyin edildikdən sonra özünü məktəbdə “xan” kimi aparır, özünü məktəbin kollektivin dən üstün tutur və özünü toxunulmaz bir şəxs kimi aparır.
“Belə hallar təəssüf ki, mövcuddur. Bu səbəbdən də, məktəb direktorlarının fəaliyyəti daim monitorinq olunmalıdır. Onların fəaliyyəti daim diqqətdə saxlanılmalıdır. Eyni zamanda bu işdə bu ictimai qınaq məsələsində də valideynlər kifayət qədər aktiv olmalıdırlar.
Valideyn özünü məktəbin bir hissəsi hiss etməlidir. Bunu təkcə valideynlərin də üzərinə atmaq olmur. Nəyə görə? Çünki indi biz deyirik ki, “yerində olmayan” direktorlar var. İndi düşünün nə qədər yerində olmayan valideynlər var. Yenə də ağırlıq Elm və Təhsil Nazirliyinin, regional təhsil idarələrinin və rayonlarda olan təhsil sektorlarının üzərinə düşür”-deyə İlqar Orucov bildirib.
Məktəb direktoru necə olmalıdır? Ekspert bildirib ki, bütövlükdə təhsilə cavabdeh olan, təhsil prosesində olan və təhsilə rəhbərlik edən hər bir şəxs ilk öncə qarşısına öz vicdanını qoymalıdır: “Təhsilin nə qədər bəşəri və nə qədər ümumxalq işi olduğunun fərqində olmalıdır. Eyni zamanda təhsil sahəsində çalışan məmur belə, məmur prizmasından yox, daha çox vicdanlı vətəndaş rolunda çıxış etməlidir. Belə olan halda biz hansısa uğurlardan danışa bilərik.
Mən tam səmimi sizə deyim bəzən elə mənə siqnallar daxil olur ki, məktəb direktoru “at oynadır” və deyir ki, “burada mənəm, Bağdadda kor xəlifə”. Şikayət olur və görürsən ki, o şikayət ört-basdır edilir. Şikayət olunur, görürsən ki, kimsə onu himayə edir. Təhsildə ədalətsiz himayədarlıq olmalı deyil. Mən nazirliyin rəhbərliyinin bu işdə nə qədər prinsipal olduğunu bilirəm. Nazirlikdə olan hər bir məmur öz rəhbərindən və rəhbərinin fəaliyyətindən nümunə götürsə, biz bu istiqamətdə həqiqətən dönüş yarada bilərik”-deyə İlqar Orucov vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29 ərəfəsində ölkədaxili turizm - “Hotellərdə süni qiymət artımları...”
Bu gün, 20:29 |
|
|
|
• Mövlam Şıxəliyev işində 585 minlik qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 20:26 |
|
|
|
• "Dostlarla birgə qeyd edəcəyik o müqəddəs Günü!.." - Türkoğlu ildönümü öncəsi xəstələndi...
Bu gün, 20:24 |
|
|
|
• İlkindən AYNA-ya irad - "Niyə tələsirdiniz ki?"
Bu gün, 20:20 |
|
|
|
• Bakıya gələn ermənilər belə qorunacaq - Mühafizənin təşkilində vacib detal
Bu gün, 20:17 |
|
|
|
• Cərimə qorxusu keçdi: - “Kupça”sız evlər “unuduldu”
Bu gün, 19:02 |
|
|
|
• Sürücüləri düşündürən suala cavab: Gün ərzində cərimələr necə yazılır? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Ah, bu cərimələr! Kimi, niyə cərimələr?! - Bahəddin Həzi yazır...
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanda Monqolustan ətləri - QİYMƏTLƏR
Bu gün, 18:04 |
|
|
|
• Ət indikindən 30 faiz baha ola bilərdi: - “Daha da bahalaşacaq...”
Bu gün, 18:02 |
|
|
|
• "Ermənilər başa düşür ki, arxivlər açılsa..." - ŞƏRH
Bu gün, 18:01 |
|
|
|
• İrəvanın konkret vaxtı var: ƏGƏR BU VAXTA QƏDƏR... - RƏYLƏR...
Bu gün, 17:54 |
|
|
|
• Bakı və Sumqayıt şəhərlərində qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycan Avstraliyadan 12 ton qızıl alıb – İdxal 103 dəfə artıb
Bu gün, 17:50 |
|
|
|
• Ermənistan bundan imtina etdi: - Razılaşmanın imzalanacağı tarix...
Bu gün, 17:49 |
|
|
|
• “Azfinance İnvestisiya Şirkəti” adını dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:35 |
|
|
|
• “Rüfət Həmzəyevin səmərəli fəaliyyətindən xəbərdaram” - Rəşad Məcid
Bu gün, 17:29 |
|
|
|
• Nazir şöbə rəisinə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 17:23 |
|
|
|
• Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ
Bu gün, 17:20 |
|
|
|
• Fırıldaqçılar ölüdən 1.2 milyon oğurladılar - "Baza"
Bu gün, 17:18 |
|
|
|
• İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək - Bakıdakı səfirlik də TƏSDİQLƏDİ
Bu gün, 17:09 |
|
|
|
• MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə keçirilib
Bu gün, 17:03 |
|
|
|
• Ramiz Mehdiyevlə Çovdarovun ORTAQLIĞI... - İLGİNC...
Bu gün, 17:00 |
|
|
|
• Aİ-nin Ermənistanla sövdələşməsi çətinləşib - KİV
Bu gün, 16:54 |
|
|
|
• Ermənilərə Qarabağ vədinin arxasındakı hiylə - Trampın “artsax” bəyanatı ortalığı qatdı
Bu gün, 16:51 |
|
|
|
• Türkiyə ilə anlaşma bir milyarda başa gəldi - Badasyan
Bu gün, 16:49 |
|
|
|
• Rusiya üçün döyüşən 3 min əcnəbi vətəndaşlıq aldı
Bu gün, 16:48 |
|
|
|
• Maya Sandu Moldovanın prezidenti seçilib - 55.33 faiz səslə
Bu gün, 16:45 |
|
|
|
• “Yelo Bank” gələn aydan bu limiti keçənlərdən komissiya haqqı tutacaq - DİQQƏT
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda uşaq evində QOTURLUQ - AÇIQLAMA
Bu gün, 16:34 |
|
|
|
• Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular: "Arvadına de ki..." - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
• Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir - DETALLAR
Bu gün, 16:27 |
|
|
|
• Azərbaycan-İran hərbi təlimləri... NƏYƏ XİDMƏT EDİR?
Bu gün, 16:24 |
|
|
|
• Kərəm Həsənovun qohumuna vəzifə verildi - ƏMR
Bu gün, 16:19 |
|
|
|
• Hansı valyuta ucuzlaşsa: Manat dəyərdən düşər? - AKTUAL
Bu gün, 16:10 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
Bu gün, 16:07 |
|
|
|
• Dünya Trampı dəstəkləyir, yoxsa Harrisi? - "The Economist"dən araşdırma
Bu gün, 16:01 |
|
|
|
• Olimpiya çempionu Fazil Mustafaya cavab verdi: - "Medalın iki üzü var..."
Bu gün, 15:58 |
|
|
|
• ABB-də yeni təyinat - ƏMR
Bu gün, 15:53 |
|
|
|
• Zaqatalada yeni doğulan körpə ölüb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Siqaret kötüyünü yerə atanlar daha ağır cərimələnəcək – Yeni qaydalar nəyi dəyişəcək?
Bu gün, 15:49 |
|
|
|
• Əcnəbinin ərzağına möhtacıq – Rekord artım
Bu gün, 15:47 |
|
|
|
• Bakıda orta aylıq əmək haqqı 8 manat 10 qəpik azalıb – Rəsmi
Bu gün, 15:44 |
|
|
|
• Bakı həbsxanasında məhkum ÖLDÜ
Bu gün, 15:42 |
|
|
|
• Yaxın Şərqdə gərginlik yenidən PİK HƏDDƏ – İran İsrailə qarşı quru əməliyyatlarına BAŞLAYIR?
Bu gün, 15:34 |
|
|
|
• Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir - Podolyak
Bu gün, 15:32 |
|
|
|
• İcra başçısının bacısı oğlu qəzada öldü
Bu gün, 15:29 |
|
|
|
• Qarabağ Universitetindən tələbələrin şikayəti ilə bağlı AÇIQLAMA
Bu gün, 15:21 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizini bu variantla açmaq istəyir - Rəsmi TƏKLİF
Bu gün, 15:13 |
|
|
|
• “AZIREX-2024” birgə taktiki təlimi keçirilib
Bu gün, 15:11 |
|
|
|
|