“Hacıbaba Bağırov şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim”
Tarix: 11-09-2024, 16:04 | Çap et
Lent.az-ın müsahibi Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, oynadığı rollar “Qızıl Fondda” saxlanılan Aslan Fətullayevdir.
- Aslan bəy, istərdim öncə siz özünüz haqqında məlumat verəsiniz.
- 1956-cı il oktyabr ayının 20-də Lerik rayonunun Çayrud kəndində anadan olmuşam. 7 yaşımda ilk dəfə səhnəyə çıxdım. Kənd mədəniyyət evində “Nəsrəddin” komediyasında İnkir rolunda oynadım, elə o vaxtdan səhnəyə bağlandım. Məktəbi bitirəndən sonra öncə Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif fakültəsinə, sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil oldum. O ərəfədə dayanmadan məşqlərə gedir, müxtəlif rollarda oynayırdım. 19 yaşı tamam olmamış Azərbaycan teatr tarixində yaratdığı obrazı ilə Qızıl fonda düşən ilk aktyor mənəm. O vaxtlar televiziyanın “Səhər görüşləri”, “Gecə kanalı”, “Komediyalar aləminə səyahət”, “45 dəqiqə” kimi populyar verilişlərinin daim iştirakçısı idim. Buna görə tez populyarlaşdım.
- Filmlərə dəvət alırdınız?
- Bəli. “Mosfilm”in çəkdiyi “Oğlan və Maral” filmində fotoreportyor, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Cin mikrorayonda” filmində balaca cin, “Papaq”da papaqçının dostu, “Qorxma, mən səninləyəm”də İvan Spirodonoviç, “Qətl günü”ndə zindanban, “Mozalan” kino jurnalında rollarım olub. Bakıda işləyə-işləyə taleyimdən bir də Sumqayıt xətti keçdi. 1979-cu ildə Sumqayıtda “Gənclik” klubunda bədii rəhbər kimi işə başladım, 1984-cü ildən isə “Dostluq” mədəniyyət evinin direktoru təyin edildim. Düz 38 il bu mədəniyyət evinə rəhbərlik etdim.
Bizim Mədəniyyət evinin mahnı və rəqs ansamblı, sirk incəsənət kollektivi Norilskdə, Arxangelskdə, Rustavidə, Rumıniyada, Almaniyada, Türkiyədə, Kiprdə, Çexoslovakiyada qastrollardan mükafatlarla qayıdırdılar. Biz daim başqa mədəniyyət evləri ilə rəqabətdə idik. Yerli müsabiqələr bir yana, xarici müsabiqələrdə qalib olurduq. 3 dəfə ümumittifaq, 2 dəfə də beynəlxalq müsabiqələrin qalibi olduq, Avropanın ən yaxşı kollektivi adını qazandıq. O dövlət tədbiri yox idi ki, ora məni və kollektivimi dəvət etməsinlər.
- Bəs nə üçün ayrıldınız bu kollektivdən?
- Pensiya yaşım çatdı və dedim bəsdir. Düzdür, qalmaq təklif olundu, lakin ayrıldım. Hərdən görüşürük və münasibətlərimiz davam edir.
- Bildiyimə görə, siz bir də rok qrup yaradıbsınızmış. Doğrudur?
- Respublika tarixində ilk dəfə “Yuxu” adlı rok qrupu yaratdıq, qrup Azərbaycan dilində çıxış edirdi. Bu qrup 1989-cu ildə Bakıda keçirilən “Qızıl payız-89”un qalibi olub. O vaxtkı hit mahnısı “Xəzərin sahilində” mahnısı indi də unudulmayıb. “Yuxu” rok kollektivi 1990-cı ildə Almaniyada keçirilən “MAYEN - ROK-90” beynəlxalq festivalının qalibi olmuşdu, Avropanın ən güclü rok kollektivi adına layiq görülərək diskləri buraxılmışdı.
- Mədəniyyət evi ilə paralel teatrda da işləyirdiniz eləmi?
- Bəli. 2003-cü ildən Azərbaycan Akademik Milli Teatrının aktyoru kimi fəaliyyət göstərdim. "Anacan"da Qulu, "Təxribatçılar"da polis generalı, "Mən sənin dayınam"da dramaturq, "Varlı qadın" da Pəhləvan Zərlinski, "Mesenat"da H.Z.Tağıyevin xidmətçisi rollarını oynadım. Eyni vaxtda Azərbaycan televiziyasının "Ordan - burdan", "Məzəli əhvalatlar", "Bir bazar günü" kimi verilişlərdə müntəzəm çəkilirdim.
- Bu illər ərzində yolunuza daş qoyan, fakturanıza görə xətrinizə dəyən olmayıb?
- Mən mane olan insanlara öz uğurlarımla cavab verdim. Uğur var ki, kimsə sənə həsəd aparır, paxıllıq edir. Bir dəfə küsüb getdim teatrdan. Ölkədən getdim. 5-6 il xaricdə yaşadım. Rusiya, Kipr, Türkiyə...
- Nə iş görürdünüz orada bəs?
- Şou proqramlar təşkil edirdim. Balaca bir kollektiv yaratmışdım. Həm də yaxşı rəqqasam axı. Yaxşı da qazanırdıq.
- Bəs nə əcəb gəldiniz geri?
- Anama görə. Dözmürdü orda olmağıma. Zəng etdilər ki, anan xəstədir. Yalandan deyirmişlər. Gəldim. Rəhmətlik o vaxt dedi, getmə, getmədim. Nəyim vardı qaldı oralarda. Sonralar deyirdi, kaş səni buraxardım. Peşman olmuşdu. Amma gec idi daha.
- Sizinlə söhbət edib, elə bütün tamaşaçıları maraqlandıran bir sualı verməsəm olmaz. Ailənizdə sizdən başqa balaca boylu adam olub?
- Bir bacım olub. O rəhmətə getdi. Bizdə uşaq ikən hipofiz vəzində problem yaranmışdı. Bunun əslində müalicəsi var idi. Valideynlərim müalicə etdirirdilər. Sadəcə mən iynələrdən sonra pis hala qalırdım deyə boyun qaçırtdım, etdirmədim. Gördüm ki, xeyri yoxdur.
- Bu nə zaman olmuşdu?
- Birinci sinifdə oxuyanda. Dedim etdirməyəcəm, etdirmədim.
- Deyəsən uşaqlıqdan çox inadkar olmusunuz.
- Mən sözü bir dəfə deyirəm. Bax tutaq ki, bacı-qardaşlar yığışmışıq bir yerə deyirik saat birdə görüşüb filan yerə gedəcəyik. Heç vaxt heç kimi gözlətmərəm. 15 dəqiqə qabaqdan gəlirəm. Amma 5 dəqiqə gecikən olanda onları gözləməyib çıxıb gedirəm.
- Evlənərkən boy məsələsi problem oldu?
- Yox. Xanımım normal boy ölçüsündədir. Evlənməzdən öncə oturduq danışdıq. Atasıgil də gördülər ki, mən qazanacam, ailəmi dolandıracam. Bu bacarığım var. Heç bir problem etmədilər. İndi bir qızım bir də nəvəm var.
- Küsənsiniz?
- Sizə bir şey danışım. İllər öncə Hollivuddan bir rejissor gəlmişdi Bakıya. Məni öz filminə çəkmək istəyirdi. Məndən əlavə bir neçə yerli aktyor da bu filmdə çəkiləcəkdi. Filmdəki roluma uyğun saçlarımı uzatmışdım. Kinostudiyada görüş oldu. Hollivudlu rejissor bildirdi ki, Aslanı filmə çəkmək istəyirəm. Sizin fikirləriniz də mənə maraqlıdır. O zaman bizimkilərdən bir rejissor köməkçisi işləyən bir nəfər, adını çəkməyəcəm, cavan rəhmətə getdi, dedi ki Aslan çoxdandır tamaşalara çəkilmir, aktyorluq qabiliyyətini itirmiş ola bilər. Bu söz mənim çox bərk xətrimə dəydi. Həddən artıq qəlbim qırıldı. Qapını çırpıb çıxdım. Gedib saçımı kəsdirdim. Hətta bir daha filmə filan dəvət almayım deyə gedib özümə qızıl dişlər də qoydurdum. Axı aktyorun qızıl dişləri olmamalıdır. Uzun müddət teatrdan da, kinodan da küsdüm. Axırda rəhmətlik Hacıbaba Bağırov, Yaşar Nuri, Səyavuş Aslan gəldilər, xətrimi çox istəyirdilər, dedilər teatrdan səhnədən küsmək nədir, qayıt.
- Yaxşı dostlarınız olub?
- Yox. Dostluq başqa mövhumdur. Yanlış anlayır çoxu onu. Bir dostum vardı, səhv addım atdı mənə qarşı. “Salam-sağ ol” qalıb. Amma daha əvvəlki Aslan olmadım ona qarşı.
- 38 il böyük bir kollektivdə rəhbər vəzifədə olmusuz. Necə bir rəhbər idiniz? İşçilərə əsəbiləşəndə necə cəzalandırırdınız?
- Cəza? (fikirləşir). İşdən çıxmaq istəyəni işdən çıxmağa qoymurdum. Deyirdim qoy məsuliyyəti anlasın. İşdə ciddi olmaq lazımdır. İşdən sonra mən də hamı kimi sadə insan olurdum.
- Heç toylara tamada kimi getmisiz?
- Yox. Toy məclisində artıq-əskik danışan olur. Mən də bunu götürə bilmirəm. Bircə dəfə dostumun toyuna getmişəm. O məclisdə də bəyin dayısı içmişdi, bir az duzsuz danışdı, mikrofonu qoydum ki, çıxıb gedim, ev sahibləri buraxmadılar, dedilər içmiş adama fikir
- Bəs dava necə eləmisiniz?
- Yox.
- Boyunuz sizə sənətinizdə mane olub yoxsa dəstək? Hər halda boyunuza görə, çox fərqlənirdiniz. Və dünya kino tarixində fiziki görünüşündəki fərqlilikdən uğurla istifadə edib, ulduz olan aktyorlar çox olub.
- Boyu qətiyyən özümə kompleks eləməmişəm. Əsas xarakterdir, bacarıqdır, qabiliyyətdir. Yola çıxanda on nəfərdən 8-i mənimlə hörmətlə görüşüb salamlaşır. Qarşıma məqsəd qoymuşam, edəcəyəm demişəm, eləmişəm. Mümkün deyil ki, etməyəm.
- Sizcə potensialınızı ortaya qoya bilmisiniz? İstədiyiniz rolları oynamısız?
- Bəzi reallıqlar var ki onlarla barışmaq lazım gəlir. Hər aktyor Hamlet, Romeo olmur. Amma yaxşı aktyor ən xırda rola kolorit qatıb, onu çox maraqlı edə bilər. Əsas rejissordur. Rejissor yaxşı olarsa, düzgün aktyor seçimi edərsə, ortaya yaxşı iş çıxar. Niyə bizim ölkədə “Oskar” alan filmlər yoxdur? Eləsinlər də. Yaxşı rejissorlar lazımdır. Bir aktyoru bir ampluada görür, həmişə onu eyni xarakterli rollara çəkir. Rolunun əsirinə dönmüş o qədər aktyor var. Niyə məni Hollivud, Rusiya rejissoru görüb istifadə edir, siz etmirsiniz? Yaxşı ssenari, yaxşı rejissor ola, o filmi “Oskar” alacaq səviyyədə oynayaram. Asan görünsə də, aktyorluq dünyanın ən çətin peşəsidir.
- Yəqin ki, tamaşalarda, filmlərdə çəkilərkən maraqlı anlar yaşanmış olar.
- Çox olub. “Sonqulunun sərgüzəştləri”ndə Hacıbaba Bağırov şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşını oynayırdım. Məşqlər bitdi, çəkiliş başlayacaq. Rol çox xoşuma gəlmişdi. İstəyirdim lap təbii alınsın. Mən öz rollarıma maraqlı ştrixlər qatırdım. Çəkiliş bulvarda idi. Bir neçə cavan uşaq keçirdi yanımızdan başlarında yekə “aerodrom” kepka, əllərində təsbeh. Dedilər müəllim, nə kömək lazımdı. Dedim kepka ilə təsbehi verin mənə. Verdilər. Hacıbabaya demədim. Çəkiliş başladı, qızın zırpı qardaşı gəlməlidir, Hacıbaba guya qorxur. Mən pilləkənləri asta-asta çıxıram, öncə zırpı qardaşın kepkası görünür, sonra altından mən. İnanın elə dərindən qəhqəhə çəkdi, çəkilişin sonuna qədər mənə baxdıqca gülürdü, iş dayanırdı. Hacıbaba güldürsə də, əslində özü çox sərt, ciddi adam idi. TV “Cənnətin qəbzi” adlı teletamaşada qapıda duran zəbanini oynayırdım. Əlimdə nizə olmalıydı. Dedilər boyuna uyğun nizə verək. Dedim yox, elə edin nizə özümdən 4-5 dəfə də uzun olsun. Elədilər. Çox maraqlı görünürdü. “Qətl günü” filmində Qorxmaz Əlilinin atası Məmməd Əli ilə tərəf müqabili idik. Filmin rejissoruna dedi ki, kaş Aslanı lap çoxdan tanıyaydım. “Ondan istifadə edin. Bu aktyor sizə “Oskar” qazandırar”. Yenə deyirəm, hər şey rejissorlardan asılıdır.
- Kukla Teatrı spesifik teatrdır. Orada sizə çətin olmadı?
- 2008-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışıram. Uşaqları sevirəm, kollektivi sevirəm, işimi sevirəm. Bir işi sevirsənsə, o sənə çətin görünmür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29 ərəfəsində ölkədaxili turizm - “Hotellərdə süni qiymət artımları...”
Bu gün, 20:29 |
|
|
|
• Mövlam Şıxəliyev işində 585 minlik qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 20:26 |
|
|
|
• "Dostlarla birgə qeyd edəcəyik o müqəddəs Günü!.." - Türkoğlu ildönümü öncəsi xəstələndi...
Bu gün, 20:24 |
|
|
|
• İlkindən AYNA-ya irad - "Niyə tələsirdiniz ki?"
Bu gün, 20:20 |
|
|
|
• Bakıya gələn ermənilər belə qorunacaq - Mühafizənin təşkilində vacib detal
Bu gün, 20:17 |
|
|
|
• Cərimə qorxusu keçdi: - “Kupça”sız evlər “unuduldu”
Bu gün, 19:02 |
|
|
|
• Sürücüləri düşündürən suala cavab: Gün ərzində cərimələr necə yazılır? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Ah, bu cərimələr! Kimi, niyə cərimələr?! - Bahəddin Həzi yazır...
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanda Monqolustan ətləri - QİYMƏTLƏR
Bu gün, 18:04 |
|
|
|
• Ət indikindən 30 faiz baha ola bilərdi: - “Daha da bahalaşacaq...”
Bu gün, 18:02 |
|
|
|
• "Ermənilər başa düşür ki, arxivlər açılsa..." - ŞƏRH
Bu gün, 18:01 |
|
|
|
• İrəvanın konkret vaxtı var: ƏGƏR BU VAXTA QƏDƏR... - RƏYLƏR...
Bu gün, 17:54 |
|
|
|
• Bakı və Sumqayıt şəhərlərində qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycan Avstraliyadan 12 ton qızıl alıb – İdxal 103 dəfə artıb
Bu gün, 17:50 |
|
|
|
• Ermənistan bundan imtina etdi: - Razılaşmanın imzalanacağı tarix...
Bu gün, 17:49 |
|
|
|
• “Azfinance İnvestisiya Şirkəti” adını dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:35 |
|
|
|
• “Rüfət Həmzəyevin səmərəli fəaliyyətindən xəbərdaram” - Rəşad Məcid
Bu gün, 17:29 |
|
|
|
• Nazir şöbə rəisinə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 17:23 |
|
|
|
• Biləsuvar fermerləri ÇƏTİN DURUMDA – Xəstəlik səbəbindən pomidor sahələrdə ÇÜRÜDÜ
Bu gün, 17:20 |
|
|
|
• Fırıldaqçılar ölüdən 1.2 milyon oğurladılar - "Baza"
Bu gün, 17:18 |
|
|
|
• İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək - Bakıdakı səfirlik də TƏSDİQLƏDİ
Bu gün, 17:09 |
|
|
|
• MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə keçirilib
Bu gün, 17:03 |
|
|
|
• Ramiz Mehdiyevlə Çovdarovun ORTAQLIĞI... - İLGİNC...
Bu gün, 17:00 |
|
|
|
• Aİ-nin Ermənistanla sövdələşməsi çətinləşib - KİV
Bu gün, 16:54 |
|
|
|
• Ermənilərə Qarabağ vədinin arxasındakı hiylə - Trampın “artsax” bəyanatı ortalığı qatdı
Bu gün, 16:51 |
|
|
|
• Türkiyə ilə anlaşma bir milyarda başa gəldi - Badasyan
Bu gün, 16:49 |
|
|
|
• Rusiya üçün döyüşən 3 min əcnəbi vətəndaşlıq aldı
Bu gün, 16:48 |
|
|
|
• Maya Sandu Moldovanın prezidenti seçilib - 55.33 faiz səslə
Bu gün, 16:45 |
|
|
|
• “Yelo Bank” gələn aydan bu limiti keçənlərdən komissiya haqqı tutacaq - DİQQƏT
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda uşaq evində QOTURLUQ - AÇIQLAMA
Bu gün, 16:34 |
|
|
|
• Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular: "Arvadına de ki..." - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
• Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir - DETALLAR
Bu gün, 16:27 |
|
|
|
• Azərbaycan-İran hərbi təlimləri... NƏYƏ XİDMƏT EDİR?
Bu gün, 16:24 |
|
|
|
• Kərəm Həsənovun qohumuna vəzifə verildi - ƏMR
Bu gün, 16:19 |
|
|
|
• Hansı valyuta ucuzlaşsa: Manat dəyərdən düşər? - AKTUAL
Bu gün, 16:10 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
Bu gün, 16:07 |
|
|
|
• Dünya Trampı dəstəkləyir, yoxsa Harrisi? - "The Economist"dən araşdırma
Bu gün, 16:01 |
|
|
|
• Olimpiya çempionu Fazil Mustafaya cavab verdi: - "Medalın iki üzü var..."
Bu gün, 15:58 |
|
|
|
• ABB-də yeni təyinat - ƏMR
Bu gün, 15:53 |
|
|
|
• Zaqatalada yeni doğulan körpə ölüb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Siqaret kötüyünü yerə atanlar daha ağır cərimələnəcək – Yeni qaydalar nəyi dəyişəcək?
Bu gün, 15:49 |
|
|
|
• Əcnəbinin ərzağına möhtacıq – Rekord artım
Bu gün, 15:47 |
|
|
|
• Bakıda orta aylıq əmək haqqı 8 manat 10 qəpik azalıb – Rəsmi
Bu gün, 15:44 |
|
|
|
• Bakı həbsxanasında məhkum ÖLDÜ
Bu gün, 15:42 |
|
|
|
• Yaxın Şərqdə gərginlik yenidən PİK HƏDDƏ – İran İsrailə qarşı quru əməliyyatlarına BAŞLAYIR?
Bu gün, 15:34 |
|
|
|
• Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir - Podolyak
Bu gün, 15:32 |
|
|
|
• İcra başçısının bacısı oğlu qəzada öldü
Bu gün, 15:29 |
|
|
|
• Qarabağ Universitetindən tələbələrin şikayəti ilə bağlı AÇIQLAMA
Bu gün, 15:21 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizini bu variantla açmaq istəyir - Rəsmi TƏKLİF
Bu gün, 15:13 |
|
|
|
• “AZIREX-2024” birgə taktiki təlimi keçirilib
Bu gün, 15:11 |
|
|
|
|