Dərsliklərlə bağlı NARAZILIQ – Tarix kitabları niyə tez-tez dəyişdirilir?
Tarix: 31-08-2024, 09:01 | Çap et
Təhsil sahəsindəki şikayətlərdən biri də dərsliklərlə bağlıdır. İstər müəllimlər, istər şagirdlər onlara pulsuz verilən dərslik materiallarının çətinliyindən, həmçinin, təhrif və nöqsanlardan narazıdırlar. Çünki dərslik şagirdin istinad etdiyi, ali məktəblərə qəbul olmaq üçün istifadə etdiyi əsas mənbədir.
Dərsliklərdəki nöqsanlar şagirdləri əlavə vəsait axtarmağa vadar edir ki, bu da əsas mənbə hesab edilmir.
Digər məsələ isə dərsliklərə tez-tez edilən düzəlişlərdir. Xüsusilə, tarix müəllimləri şikayətlənirlər ki, bir neçə il öncə dərslikdən çıxarılan tarixi hadisələr, faktlar yenidən dərslikdə yer alıb. Onların sözlərinə görə, söhbət həmin faktların lazımlı olub olmamasından getmir. Əsas məsələ dəyişikliyin tez-tez müzakirəyə çıxarılmamasıdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydası” təsdiq edilib. Həmin qaydaya görə, materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu nəzərə alınmalıdır.
Bəs dərsliklərə edilən düzəlişlər, dəyişikliklər aparılarkən bu qaydalar qorunurmu?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov deyib ki, dərsliklərin hazırlanmasında istənilən təcrübə qazanılmayıb:
“Dərslik məsələsi uzun illərdir müzakirə olunur. Bu barədə mütəxəssislər, ekspertlər müəyyən fikirlər söyləyirdilərsə, son vaxtlar sosial mediada valideyn və şagirdlər də müəyyən nöqsanlar tapıb göstərirlər. Dərsliklər sovet dönəmində başqa cür, bir mərkəzdən hazırlanırdı və bizim müəlliflər də həmin dərslikləri tərcümə edirdilər.
Yalnız Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi həmin standartlar əsasında bizim müəlliflər tərəfindən yazılırdı. Müstəqillik illərində bu sahədə təcrübəsizlik əmələ gəldi, çünki bu vaxta qədər biz ancaq tərcümə ilə məşğul idik. İndi bizdə bütün dərs vəsaitləri Azərbaycan müəllifləri tərəfindən yazılır. 30 il vaxt keçsə də, bu sahədə lazımi təcrübə əldə olunmayıb. Ona görə də yeni sahə olduğu üçün nöqsanlar təkrar olunur”.
O qeyd edib ki, hazırda dərsliklərin hazırlanması tender yolu ilə həyata keçirilir:
“Tenderdə ixtisasından, elmi dərəcəsindən asılı olmayaraq müəyyən şəxslər və ya qrup halında insanlar iştirak edə bilərlər. Tenderdə hansı dərslikin yazılması qeyd olunursa, həmin dərslik də nəşr olunur, yerlərə göndərilir. Bizim elə dərsliklər var ki, digər bir sahənin mütəxəssisi tərəfindən yazılır. Burada texniki, elmi səhvlər olur. Bəzən yalnız bir dərslik təqdim olunur, bu dərsliyin yaxşı və ya pis olmasından asılı olmayaraq da qəbul olunur. Çünki bu dərsliklə rəqabət aparan ikincisi yoxdur”.
Ekspert hesab edir ki, bu sahədə müsbət irəliləyişlər var:
“Əvvəllər olub ki, dərsliklərimizdə jarqon ifadələr işlədilib, müxtəlif təhriflərə yol verilib. Buna görə də bu məsələ hazırda təhsil nazirliyinin də diqqətindədir. Bununla əlaqədar Təhsil İnstitutunda xüsusi şöbə yaradılıb. İndi dərsliklərin elektron dərsliklərlə əvəzlənməsi söhbəti də aparılır. Yəni məsələdən hamı xəbərdardır, nazirlik də nöqsanları aradan qaldırmaq üçün müəyyən işlər görür”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 19:00 |
|
|
|
• COP29-da özəl qurumlar da məsafədən işləyəcək? - AÇIQLAMA
Bu gün, 18:56 |
|
|
|
• Qısqanclıq zəmnində münaqişə qanla bitdi - Ərini öldürən Əfsanəyə hansı cəza verildi?
Bu gün, 18:11 |
|
|
|
• "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım BELƏ DEYİR...
Bu gün, 18:08 |
|
|
|
• Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:04 |
|
|
|
• İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin ilkin cücərtiləri hesab olunur
Bu gün, 17:59 |
|
|
|
• Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? – Assosiasiya AÇIQLADI
Bu gün, 17:55 |
|
|
|
• Gürcülərə LGBT-ni sırıyırlar - Lukaşenko
Bu gün, 17:50 |
|
|
|
• “Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi
Bu gün, 17:46 |
|
|
|
• Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda tikinti şirkəti - LƏĞV OLUNUR
Bu gün, 17:33 |
|
|
|
• Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Bu gün, 17:29 |
|
|
|
• Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu
Bu gün, 17:27 |
|
|
|
• MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi - Tender ləğv olundu
Bu gün, 17:24 |
|
|
|
• Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi
Bu gün, 17:19 |
|
|
|
• "Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, faciə ilə qarşılaşılmasın"
Bu gün, 17:17 |
|
|
|
• "Azerlime"nin müdiri cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:12 |
|
|
|
• ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?
Bu gün, 17:06 |
|
|
|
• “Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 17:00 |
|
|
|
• Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 16:57 |
|
|
|
• Tanınmış aktyor CANA DOYDU: - “Mən artıq hər şeylə barışmışam”
Bu gün, 16:50 |
|
|
|
• 5 gün sonra dünyanın gözü burada olacaq – Regionların taleyi dəyişir
Bu gün, 16:43 |
|
|
|
• Fəridə Əzizovaya vəzifə verildi
Bu gün, 16:40 |
|
|
|
• İndi İRAN NƏ EDƏCƏK? - GƏLİŞMƏ
Bu gün, 16:39 |
|
|
|
• Psixoloqların işinə valideyn maneəsi - AKTUAL
Bu gün, 16:35 |
|
|
|
• Ağacların kəsilməsinə RİH-dən CAVAB: - "Qanunvericiliyin tələblərinə uyğun qaydada..."
Bu gün, 16:31 |
|
|
|
• Zəfər günü əfv olacaq? - AÇIQLAMA
Bu gün, 16:17 |
|
|
|
• "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
Bu gün, 16:13 |
|
|
|
• Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:08 |
|
|
|
• Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: - Erməni nazir Ermənistanı necə şoka saldı
Bu gün, 16:04 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub - DETALLAR
Bu gün, 15:56 |
|
|
|
• Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? – 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər
Bu gün, 15:53 |
|
|
|
• Paşinyan erməniləri ələ saldı - “Çimməyə hamamları yoxdur, amma...”
Bu gün, 15:50 |
|
|
|
• Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? - İNCƏLƏMƏ
Bu gün, 15:47 |
|
|
|
• “ADY Əmlak”ın dövlətə vergi borcu var - MƏBLƏĞ
Bu gün, 15:46 |
|
|
|
• Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? - MƏQSƏD nədir?.. yoxsa MƏQSƏD YOXDUR?
Bu gün, 15:44 |
|
|
|
• Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? - SİYAHI
Bu gün, 15:41 |
|
|
|
• Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır - Rusiya Türkiyəyə ağız açdı... BƏS BİZ?
Bu gün, 15:37 |
|
|
|
• Ermənistanın “kəsişməyən dünyası”: - Zəngəzur dəhlizinə alternativ qondarma layihə?
Bu gün, 15:33 |
|
|
|
• Bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır - GƏLİŞMƏ
Bu gün, 15:31 |
|
|
|
• Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 15:29 |
|
|
|
• “Nar” mobil rabitə təlimlərinə davam edir!
Bu gün, 15:26 |
|
|
|
• Ermənistan COP29-a gəlməyə bu səbəbə görə tərəddüd edirmiş... - İLGİNC
Bu gün, 14:26 |
|
|
|
• Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA
Bu gün, 14:02 |
|
|
|
• Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaq - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• "Fransa hələ də Azərbaycanın öz gücünə..." - AKTUAL
Bu gün, 13:13 |
|
|
|
• Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır
Bu gün, 13:06 |
|
|
|
• "Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələrin müəllifləri, Fransa və onu "bəsləyən" lobbidir" - deputat
Bu gün, 13:01 |
|
|
|
• Talıbovların keçmiş biznes ortağını məhkəməyə verdilər - SƏBƏB
Bu gün, 12:57 |
|
|
|
|