“Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” - Prezidentə MÜRACİƏT OLUNDU
Tarix: 31-10-2024, 17:00 | Çap et
 Bu günlərdə Gəncə şəhəri, Aidə İmanquliyeva küçəsi, 4-cü döngə, ev 16 A ünvanında yaşayan Abdullayev Mikayıl İslam oğlu “Hürriyyət”ə müraciət edərək bildirmişdi ki, 4 il əvvəl yaxınlığa raket düşməsi nəticəsində evində ciddi çatlar əmələ gəlsə də, hələ də təmir edilmir. Bu dəfə Gəncə şəhəri, Fizuli kuçəsi, 2-ci döngə, ev 21-a ünvanında yaşayan Əliyev Mehdi Əhməd oğlu tərəfindən redaksiyamıza analoji şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 44 günlük müharibə ərəfəsində Gəncə şəhərinə düşən raket nəticəsində evləri qəzalı vəziyyətə düşüb, bəzi qurumlar dövlət tərəfindən mənzillərinin təmirinə ayrılan pulları mənimsəyib. Şikayətçi öz iddiasını sənədlərlə sübut edə biləcəyini bildirir:
“Mən, Əliyev Mehdi Əhməd oğlu, yazaraq sizin sayt vasitəsilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edirəm.
Cənab Prezident!
2020-ci ildə erməni terroru nəticəsində bizim ailəyə məxsus 2 ev qəzalı vəziyyətə düşdü. Qeyd edim ki, evlərin birində qızım öz ailəsi ilə, digərində isə mən öz ailəmlə yaşayıram. Yoxlama zamanı qızımın və mənim yaşadığım evin qəzalı olduğu təsdiq edildi. Sonradan mənim yaşadığım evi “yüngül təmirə ehtiyacı var” kimi yazıblar. Bu nə deməkdir? Ev göz qabağındadır. Bu qurumlar niyə dövlətin ayırdığı vəsaiti bizə vermir?
Məsələ ilə bağlı 4 dəfə baş nazirin müavini Şahin Mustafayevin qəbulunda olmuşam. Şəhərsalma və Arxitektura Komitəsində 10 dəfədən çox olmuşam. May ayının 20-də yenidən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun qəbulunda oldum. Kobud şəkildə mənə bildirdi ki, sənin evini qəzalı yazmayacam, birini yazmışıq, ikincisini yaza bilmərəm.
Qəbulda olarkən dedim ki, axı, mən yalan demirəm, evim həqiqətən də qəzalı vəziyyətdədir. Bir ünvanda 2 ev qəzalı vəziyyətdədirsə və bu, gözlə görünəcək şəkildədirsə, necə yəni qeydə almırsınız?! Xahiş etdim ki, Fövqəladə Hallar Nazirliyindən gəlib yenidən baxış keçirsinlər, evin bir hissəsi uçsa, uşağın-böyüyün başına nəsə düşüb ölsə, necə olacaq? Mənə cavab olaraq bildirdi ki, Fövqəladə Hallar Nazirliyi də gəlib qəzalı yazmayacaq.
Niyə yazmayacaq, başa düşə bilmirəm. Deyir ki, biz - hər iki qurum – bir yerdə işləyirik, sözümüz birdir.
Bir daha qeyd etdim ki, Şəhərsalma və Arxitektura Komitəsində işləyən əməkdaş gəlib evin qəzalı olduğunu təsdiq etmişdi, sonradan nə oldusa, sənədi dəyişdirdiniz. Dedi ki, sənə dəxli yoxdur, onu özümüz bilərik.
May ayının 23-də Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Qazax rayonunda qəbulu idi. Bir zülmlə qəbula yazıldım. O, tapşırıq verdi ki, Namiq Hümmətovun şikayətinə yenidən baxsın. 3-4 saat keçəndən sonra Fövqəladə Hallar Nazirliyindən gəlib evə baxış keçirdilər.
Mən, onlara zirzəmidə tavanı necə 100-lük dəmir borularla dirək qoyub bərkitdiyimi gösdərdim. Evin girişində və zirzəmidə əmələ gəlmiş çatları göstərdim. Evin arxasında divarı tavandan döşəməyə qədər armaturla necə bərkidib, qaynaq etdiyimi göstərdim. Onlar mənə dedilər ki, sənin evinin tam təmirinə söz veririk, evin üstünə beton kəmər tökməklə) təmir olunacaq.
Muharibədən 4 il, mənə söz vermələrindən 4 ay keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. 10 gün bundan qabaq yenə Bakıya Şəhərsalma və Arxitektura Komitəsinə getdim. Namiq Hümmətovun köməkçisi Əli və şöbə müdirü Vasif mənə bildirdilər ki, sənin o evinə “yüngül təmir” yazmışıq, əgər sən bununla razılaşmasan, imtina aktı yazacağıq və sənin evin qəzalı qalacaq.
Bu qədər özbaşınalıq olur. Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir? Sabah mənim evim ucsa, kim məsuliyyət daşıyacaq?
Cənab Prezident!
Yoldaşım 1-ci qrup əlil, oğlum isə 2-ci qrup əlildir. Evimi təmir etdirməyə maddi imkanım yoxdur.
Sizdən xahiş edirəm, müraciətimlə bağlı aidiyyəti qurumlara göstəriş verin ki, qəzalı vəziyyətdə olan evimi təmir etsinlər”.






|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31 |
|
|
|
| • Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29 |
|
|
|
| • Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15 |
|
|
|
| • Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45 |
|
|
|
| • Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09 |
|
|
|
| • Bu gün onun anım günüdür
Bu gün, 13:07 |
|
|
|
| • Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03 |
|
|
|
| • 24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55 |
|
|
|
| • Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53 |
|
|
|
| • Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49 |
|
|
|
| • AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45 |
|
|
|
| • SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33 |
|
|
|
| • ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25 |
|
|
|
| • Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17 |
|
|
|
| • Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
| • Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00 |
|
|
|
| • “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58 |
|
|
|
| • Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43 |
|
|
|
| • Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41 |
|
|
|
| • Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40 |
|
|
|
| • Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39 |
|
|
|
| • Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34 |
|
|
|
| • “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30 |
|
|
|
| • Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
| • Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18 |
|
|
|
| • Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15 |
|
|
|
| • “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57 |
|
|
|
| • Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45 |
|
|
|
| • “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41 |
|
|
|
| • Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39 |
|
|
|
| • Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37 |
|
|
|
| • Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35 |
|
|
|
| • Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
| • “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33 |
|
|
|
| • Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30 |
|
|
|
| • Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
| • Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23 |
|
|
|
| • İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14 |
|
|
|
| • “FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10 |
|
|
|
| • Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02 |
|
|
|
| • Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53 |
|
|
|
| • “28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50 |
|
|
|
| • Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42 |
|
|
|
| • ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06 |
|
|
|
| • Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05 |
|
|
|
|