Bununla bağlı "DİA-AZ"a Tovuz rayon İcra Hakimiyyəti adından münasibət açıqlanıb.
Açıqlamada deyilir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirildi ki, Yanıqlı meşəbəyliyinin 50 və 56 saylı meşə dolaylarına baxış keçirilmişdir. Məlum olmuşdur ki, meşə dolayının qırma üçün ayrılmış sahədə 5,5 m3 odun, 5 m3 çətirdən hazırlanmış odun qanunvericiliyin tələblərinə uyğun qaydada tədarük edilərək satış üçün hazırlanmışdır".