Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır .....                     COP29-da özəl qurumlar da məsafədən işləyəcək? .....                     Qısqanclıq zəmnində münaqişə qanla bitdi .....                     "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" .....                     Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? .....                     İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin .....                     Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? .....                     Gürcülərə LGBT-ni sırıyırlar .....                     “Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi .....                     Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu .....                     Azərbaycanda tikinti şirkəti .....                     Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək .....                     Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu .....                     MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi .....                     Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ .....                     "Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, .....                     "Azerlime"nin müdiri cəzalandırıldı .....                     ƏÜO-da buraxılış mərasimi keçirilib .....                     Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ .....                     “Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” .....                     Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır .....                     Tanınmış aktyor CANA DOYDU: .....                     5 gün sonra dünyanın gözü burada olacaq .....                     Fəridə Əzizovaya vəzifə verildi .....                     İndi İRAN NƏ EDƏCƏK? .....                     Psixoloqların işinə valideyn maneəsi .....                     Ağacların kəsilməsinə RİH-dən CAVAB: .....                     Zəfər günü əfv olacaq? .....                     "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" .....                     Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib .....                     Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub .....                     Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? .....                     Paşinyan erməniləri ələ saldı .....                     Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? .....                     “ADY Əmlak”ın dövlətə vergi borcu var .....                     Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? .....                     Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? .....                     Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır .....                     Ermənistanın “kəsişməyən dünyası”: .....                 

Ermənistanın “kəsişməyən dünyası”: - Zəngəzur dəhlizinə alternativ qondarma layihə?
Tarix: Bu gün, 15:33 | Çap et
Ermənistanın “kəsişməyən dünyası”:
Son illərdə Rusiya və Ukrayna arasında müharibə və Yaxın Şərqdəki münaqişələr kimi geosiyasi hadisələr logistik marşrutların nəzərdən keçirilməsinə və qlobal nəqliyyat infrastrukturunda dəyişikliklərə səbəb olur. Bunun fonunda Cənubi Qafqaz ölkələri tranzitin inkişafı üçün yeni imkanlardan istifadə etməyə çalışırlar. Xüsusilə, Azərbaycan Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə birlikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialının artırılması istiqamətində fəal iş aparır. Ermənistan da kənarda qalmaq istəməyərək nəqliyyat layihələrində öz yerini tapmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan bildirir ki, “dünyanın kəsişməsi” təşəbbüsü ölkəyə on milyardlarla dollar gəlir gətirə bilər. Onun sözlərinə görə, bu layihənin əsas məqamı Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafıdır.

Ermənistan baş nazirinin aparatının rəhbəri Arayik Arutyunyan bildirir ki, Türkiyə mediasının nümayəndələri “dünyanın kəsişməsi” layihəsini işıqlandırmaq üçün Ermənistana gedəcək.

“Yaxın vaxtlarda iranlı jurnalistlərin Ermənistana dördgünlük səfəri gözlənilir. Türkiyənin bir sıra KİV nümayəndələrinin də səfəri nəzərdə tutulub. Bu səfər zamanı “dünyanın kəsişməsi” layihəsi təqdim olunacaq”.

Lakin ölkənin məhdud tranzit potensialını nəzərə alsaq, bu cür proqnozlar həddən artıq qiymətləndirilmiş kimi görünür. Hətta ən optimist ssenaridə belə əhəmiyyətli gəlir əldə etmək mümkün görünmür, yəni Paşinyanın iddialı bəyanatlarının heç bir iqtisadi əsası yoxdur.

Sadəcə olaraq, Ermənistan hər dəfə çətin vəziyyətlə üzləşəndə barışığa meyl, konstruktiv müzakirəyə açıqlıq və sülhsevərlik mesajlarını səsləndirir, lakin bu, illərdir tətbiq etdiyi siyasətlərin üstünü örtmək cəhdindən başqa bir şey deyil.

Bu ölkə bir sıra beynəlxalq platformalarda sülh təəssübkeşi kimi çıxış edir, özünü qonşularla kommunikasiya əlaqələrinə meylli kimi göstərir. Əslində isə qonşuluğundakı dövlətlərin ərazi bütövlüyünə qarşı məkrli niyyətini gizlədə bilmir və onların suverenliyinə qıcıq olur. “Dünyanın kəsişməsi” layihəsi də Ermənistanın növbəti oyunlarından biridir. Əsil məqsəd Zəngəzur dəhlizinə alternativ layihə təqdim etmək və Azərbaycanın bu işdəki fəaliyyətini sıradan çıxarmaqdır. İranlı jurnalistlərin ölkəyə dəvət edilməsi “dünyanın kəsişməsi” layihəsinin İran hökumətinin maraqlarına xidmət etdiyini açıq-aydın göstərir. Türkiyəli KİV-ə müraciət isə bu ölkənin ictimai rəyinə təsir imkanlarını artırmağa, yanlış istiqamətə yönəltməyə cəhddir.

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, “dünyanın kəsişməsi” layihəsi Azərbaycanın təklif etdiyi konfiqurasiyaların bəsit formasıdır. Orada yeni element yoxdur.

“Onlar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində özlərinə yer etmək üçün deyirlər ki, ərazilərindən beynəlxalq birliyin fəal nümayəndələri istifadə edə bilərlər. Bir növü Ermənistan özünü Azərbaycanla müqayisə edir, lakin ölkəmizin logistik imkanlarını nəzərə almır. Çünki biz imkanlarımızla bu proseslərə hazırıq. Ermənistan isə öz niyyətini reallaşmış layihə kimi təqdim etməyə çalışır.

İranın da təbii ki, bu məsələdə öz maraqları var. Buna görə də özlərini elə göstərirlər ki, guya Ermənistanla doğma qardaş kimidirlər. Türkiyəli jurnalistlərin bu prosesə cəlb olunmasına gəlincə, deyə bilərəm ki, burada qorxulu bir şey yoxdur. Göstərişdən başqa bir şey deyil. Sadəcə olaraq məsələyə xüsusi status verirlər ki, guya beynəlxalq arenada özlərini ifadə edirlər və onlara maraq artır, hətta Türkiyədən də Ermənistana gələn var. Onsuz ki, türkiyəli jurnalistlər bundan öncə də Ermənistana gedirdilər və orada çəkilişlər edirdilər. Yəni Ermənistanın bunu xəbərlərə çıxarmasına ehtiyac yoxdur. Türkiyə ilə Ermənistanın təması mövcuddur. Qardaş ölkədən Ermənistana reyslər var.

Göründüyü kimi Ermənistan qondarma layihələrlə çalışır ki, özünü inteqrasiya proseslərinə calaq etsin. Əslində isə buna heç bir hazırlıqları yoxdur. Onlar hətta üçtərəfli 10 noyabr bəyannaməsinin müddəalarını layiqincə yerinə yetirə bilmədilər. Xüsusi ilə kommunikasiyalara aid öhdəliklərin qarşısında aciz qaldılar. Bu, onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi özünü yetkin göstərməyə çalışsa da, amma real fəaliyyətə gəldikdə bacarmır. Hətta Vaşinqtondan, Brusseldən təlimat gözləyirlər. Bu, bir daha sübut edir ki, Ermənistan öz subyektivliyini tapa bilməyən dövlətdir.

Türkiyəli jurnalistlər də başa düşəcək ki, Ermənistanın boş danışıqlarından başqa bir şeyi yoxdur. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətini bərpa etməsə, onda heç bir şey alınmayacaq. Gecə-gündüz xülyalara qapılırlar ki, guya boru xətləri Fars körfəzindən Ermənistana, oradan Gürcüstana, Gürcüstandan isə Qara dənizə keçməklə Avropaya uzanacaq. Bunu reallaşdırmaq üçün Ermənistanın müasir -logistik infrastrukturu olsun. Eyni zamanda İranla Ermənistan arasında dəmir yolu çəkilsin. İran heç Astara xəttini çəkə bilmir.

Göründüyü kimi “dünyanın kəsişməsi” layihəsinin təbliğatı var, reallıqda isə ortada heç nə yoxdur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 19:00
COP29-da özəl qurumlar da məsafədən işləyəcək? - AÇIQLAMA
Bu gün, 18:56
Qısqanclıq zəmnində münaqişə qanla bitdi - Ərini öldürən Əfsanəyə hansı cəza verildi?
Bu gün, 18:11
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım BELƏ DEYİR...
Bu gün, 18:08
Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:04
İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin ilkin cücərtiləri hesab olunur
Bu gün, 17:59
Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? – Assosiasiya AÇIQLADI
Bu gün, 17:55
Gürcülərə LGBT-ni sırıyırlar - Lukaşenko
Bu gün, 17:50
“Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi
Bu gün, 17:46
Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40
Azərbaycanda tikinti şirkəti - LƏĞV OLUNUR
Bu gün, 17:33
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Bu gün, 17:29
Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu
Bu gün, 17:27
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi - Tender ləğv olundu
Bu gün, 17:24
Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi
Bu gün, 17:19
"Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, faciə ilə qarşılaşılmasın"
Bu gün, 17:17
"Azerlime"nin müdiri cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:12
ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 17:10
Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?
Bu gün, 17:06
“Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 17:00
Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 16:57
Tanınmış aktyor CANA DOYDU: - “Mən artıq hər şeylə barışmışam”
Bu gün, 16:50
5 gün sonra dünyanın gözü burada olacaq – Regionların taleyi dəyişir
Bu gün, 16:43
Fəridə Əzizovaya vəzifə verildi
Bu gün, 16:40
İndi İRAN NƏ EDƏCƏK? - GƏLİŞMƏ
Bu gün, 16:39
Psixoloqların işinə valideyn maneəsi - AKTUAL
Bu gün, 16:35
Ağacların kəsilməsinə RİH-dən CAVAB: - "Qanunvericiliyin tələblərinə uyğun qaydada..."
Bu gün, 16:31
Zəfər günü əfv olacaq? - AÇIQLAMA
Bu gün, 16:17
"Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
Bu gün, 16:13
Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:08
Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: - Erməni nazir Ermənistanı necə şoka saldı
Bu gün, 16:04
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub - DETALLAR
Bu gün, 15:56
Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? – 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər
Bu gün, 15:53
Paşinyan erməniləri ələ saldı - “Çimməyə hamamları yoxdur, amma...”
Bu gün, 15:50
Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? - İNCƏLƏMƏ
Bu gün, 15:47
“ADY Əmlak”ın dövlətə vergi borcu var - MƏBLƏĞ
Bu gün, 15:46
Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? - MƏQSƏD nədir?.. yoxsa MƏQSƏD YOXDUR?
Bu gün, 15:44
Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? - SİYAHI
Bu gün, 15:41
Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır - Rusiya Türkiyəyə ağız açdı... BƏS BİZ?
Bu gün, 15:37
Ermənistanın “kəsişməyən dünyası”: - Zəngəzur dəhlizinə alternativ qondarma layihə?
Bu gün, 15:33
Bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır - GƏLİŞMƏ
Bu gün, 15:31
Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 15:29
“Nar” mobil rabitə təlimlərinə davam edir!
Bu gün, 15:26
Ermənistan COP29-a gəlməyə bu səbəbə görə tərəddüd edirmiş... - İLGİNC
Bu gün, 14:26
Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA
Bu gün, 14:02
Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaq - NƏ ETMƏLİ?
Bu gün, 14:00
"Fransa hələ də Azərbaycanın öz gücünə..." - AKTUAL
Bu gün, 13:13
Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır
Bu gün, 13:06
"Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələrin müəllifləri, Fransa və onu "bəsləyən" lobbidir" - deputat
Bu gün, 13:01
Talıbovların keçmiş biznes ortağını məhkəməyə verdilər - SƏBƏB
Bu gün, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru