Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? – 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər
Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra bu ölkədə vəziyyət daha da gərginləşib. Prezident Salome Zurabişvili seçki günü xalqı meydanlara səslədi. O, seçkinin nəticələrini tanımadığını bəyan etdi. Parlament binası önündə keçirilən etiraz aksiyasında tribunaya qalxdı, çıxış etdi.
Onun bu rəftarı Gürcüstanda siyasi gərginliyi daha da artırıb. Salome Zurabişvili Qərb xəttini təmsil edir. O və ailəsi uzun illər Fransada yaşayıb. Gürcüstan siyasətinə də Fransadan gələrək qoşulub.
S.Zurabişvilinin inqilab lideri kimi davranması, prosesləri ələ almağa təşəbbüs göstərməsi onu hədəfə çıxarır. Bəs görəsən, mürəkkəb geosiyasi şəraitdə xanım prezident qurban seçilə bilərmi? Məsələn, onu Pakistanın sabiq Baş naziri Bənazir Bhuttonun taleyi gözləyirmi?
Mümkündürmü, xarici xüsusi xidmət və kəşfiyyat orqanları Zurabişvilini öldürüb, hadisənin günahkarı kimi hakim partiyanı göstərsin? Bənazir Bhutto da 2007-ci ilin dekabr ayında seçki öncəsi aksiyada çıxış edən zaman terror hücumu nəticəsində qətlə yetirilmişdi.
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli mövzunu Globalinfo.az-a şərh edib. O, bildirib ki, hakimiyyət böhranı şəraitində dövlətin daxili və xarici təhlükəsizliyi dərhal onun ən “yumşaq qarnı” kimi ön plana çıxır:
“Üstəlik, bu, həm də o ölkədə baş verir ki, hazırda davam edən Ukrayna müharibəsi bu ölkənin yerləşdiyi regionu növbəti toqquşma zonasının orbitinə çevirir. Dünyanın Dəniz və Quru gücləri (Seapower, Landpower) Aralıq dənizində, Koreya yarımadasında, Kipr zonasında, Şərqi Çin dənizində, Baltiklərdə, Qara dənizdə və s. həssas coğrafiyalarda dünyanın yenidən bölüşdürülməsi uğrunda amansız savaş aparırlar. Hər gücün öz “Faşoda”sı var və təəssüf ki, Cənubi Qafqazın Azərbaycan istisna, digər iki dövləti qlobal siyasi qurbanlıq kimi öz növbələrini gözləməyə sadəcə tərk ediliblər”.
Əziz Əlibəylinin sözlərinə görə, ölkənin prezidenti faktiki olaraq, seçilmiş hökuməti qeyri-legitim elan edərək, ona qarşı müxalif hərəkatı dəstəklədi, bir növ, yeni Saakaşviçilik təşəbbüsünü öz üzərinə götürdü:
“2003-cü ildə o, Gürcüstana səfir təyin edilib. “Qızılgül inqilabı”ndan sonra, 2004-cü ildə Mixail Saakaşvili prezident seçiləndə, tezliklə gürcü mühacirlərin qızı olan Fransa səfirini necə olursa, kəşf edir və onu Gürcüstan vətəndaşı edir. O, dərhal da Gürcüstanın xarici işlər naziri təyin edilir. Bir il yarımdan sonra Saakaşvili onunla anlaşa bilmədiyi üçün işdən çıxardır. Zurabişvili bundan o qədər qəzəblənir ki, Saakaşvili rejimi haqqında “La tragédie géorgienne 2003 – 2008: de la révolution des Roses à la guerre” (Gürcüstan faciəsi 2003-2008) adlı acı həqiqətlərlə dolu bir kitab yazır”.
Ə.Əlibəyli S.Zurabaşvilinin B.Bhuttonun taleyini yaşaya biləcəyi ehtimalını belə dəyərləndirib:
“Salome Zurabaşvili bu minvalla bir kor gülləyə qurban gedərək “demokratiya şəhidi” ola bilərmi?
Sırf qadındır deyə yox, amma siyasətdə qadındır deyə Bənazir Bhutto praktikası, təcrübəsi necə, Tbilisidə təkrarlanarmı? Bu adam indi hamı üçün problem, hamı üçün çıxış yoludur.
Belə şəxslərin siyasi qətlinə böyük mərkəzlərdən fərman verilməsi aydın proqnoz içərisindədir. Ona atılacaq bir güllə nəticəsində partlamağa hazır bütün gürcü cəmiyyətin çalxalaya bilər. Hər halda, ən yaxşı çıxış yolu, Saakaşvilinin qərarını ləğv etmək və Salomeni vətəndaşlıqdan məhrum etməkdir. Ya vətən – Gürcüstan, ya vətəndaş – Salome”.
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, ABŞ Cənubi Qafqazı öz nəzarətinə götürmək istəyir:
“Hələ Gürcüstanda xarici agentlər haqqında qanun müzakirə edilərkən Vaşinqton bu ölkədə dövlət çevrilişinə cəhd üçün planlar hazırlamışdı. Hətta nəzərətində olan QHT-lər və agentura şəbəkəsi vasitəsilə buna cəhdi etmişdi. Təbii ki, proses baş tutmadı. Hakim Gürcü Arzusu Partiyası müstəqil siyasət yürütmək, ölkənin azadlığını qorumaq üçün sözügedən qanunu qəbul etdi. Bu, həm də Gürcüstanın forpost olmadığına dair mesaj idi”.
Politoloq bildirib ki, keçmiş prezident Mixail Saakaşvilinin dövründə olduğu kimi, Gürcüstanın Qərbin təlimatlarını yerinə yetirən ölkə olmasını istəyirlər:
“Növbəti mərhələdə parlament seçkilərinə ümid bəslənirdi. Yəni bu yolla müxaliflət koalisiyasının hakimiyyətə gəlməsi və Tbilisinin itaətdə saxlanılması gözləntisi vardı. Lakin plan baş tutmadı, gürcü xalqı seçkidə öz iradəsini göstərdi”.
A.Məsiyevin sözlərinə görə, Gürcüstanın nəzarətə götürülməsi üçün ABŞ Ukrayna ssenarisini işə salıb:
“Gürcüstan Prezidenti Salome Zurabişvili isə bu prosesin görünən simasıdır. Prezident dövlətin deyil, Qərbin maraqlarına uyğun davranır. Təbii ki, seçki sonrası bunların olması gözlənilirdi. Tbilisidə xaos yaratmaq üçün katalizatora ehtiyac var. Ukraynada Maydan hərəkatında olduğu kimi Gürcüstanda da prezidentə qarşı sui-qəsd törədiləcəyini demək çətindir. Amma bu versiyaya bənzər bir hadisənin olması mümkündür”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 19:00 |
|
|
|
• COP29-da özəl qurumlar da məsafədən işləyəcək? - AÇIQLAMA
Bu gün, 18:56 |
|
|
|
• Qısqanclıq zəmnində münaqişə qanla bitdi - Ərini öldürən Əfsanəyə hansı cəza verildi?
Bu gün, 18:11 |
|
|
|
• "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım BELƏ DEYİR...
Bu gün, 18:08 |
|
|
|
• Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:04 |
|
|
|
• İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin ilkin cücərtiləri hesab olunur
Bu gün, 17:59 |
|
|
|
• Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? – Assosiasiya AÇIQLADI
Bu gün, 17:55 |
|
|
|
• Gürcülərə LGBT-ni sırıyırlar - Lukaşenko
Bu gün, 17:50 |
|
|
|
• “Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi
Bu gün, 17:46 |
|
|
|
• Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda tikinti şirkəti - LƏĞV OLUNUR
Bu gün, 17:33 |
|
|
|
• Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Bu gün, 17:29 |
|
|
|
• Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu
Bu gün, 17:27 |
|
|
|
• MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi - Tender ləğv olundu
Bu gün, 17:24 |
|
|
|
• Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi
Bu gün, 17:19 |
|
|
|
• "Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, faciə ilə qarşılaşılmasın"
Bu gün, 17:17 |
|
|
|
• "Azerlime"nin müdiri cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:12 |
|
|
|
• ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?
Bu gün, 17:06 |
|
|
|
• “Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 17:00 |
|
|
|
• Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 16:57 |
|
|
|
• Tanınmış aktyor CANA DOYDU: - “Mən artıq hər şeylə barışmışam”
Bu gün, 16:50 |
|
|
|
• 5 gün sonra dünyanın gözü burada olacaq – Regionların taleyi dəyişir
Bu gün, 16:43 |
|
|
|
• Fəridə Əzizovaya vəzifə verildi
Bu gün, 16:40 |
|
|
|
• İndi İRAN NƏ EDƏCƏK? - GƏLİŞMƏ
Bu gün, 16:39 |
|
|
|
• Psixoloqların işinə valideyn maneəsi - AKTUAL
Bu gün, 16:35 |
|
|
|
• Ağacların kəsilməsinə RİH-dən CAVAB: - "Qanunvericiliyin tələblərinə uyğun qaydada..."
Bu gün, 16:31 |
|
|
|
• Zəfər günü əfv olacaq? - AÇIQLAMA
Bu gün, 16:17 |
|
|
|
• "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
Bu gün, 16:13 |
|
|
|
• Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:08 |
|
|
|
• Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: - Erməni nazir Ermənistanı necə şoka saldı
Bu gün, 16:04 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub - DETALLAR
Bu gün, 15:56 |
|
|
|
• Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? – 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər
Bu gün, 15:53 |
|
|
|
• Paşinyan erməniləri ələ saldı - “Çimməyə hamamları yoxdur, amma...”
Bu gün, 15:50 |
|
|
|
• Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? - İNCƏLƏMƏ
Bu gün, 15:47 |
|
|
|
• “ADY Əmlak”ın dövlətə vergi borcu var - MƏBLƏĞ
Bu gün, 15:46 |
|
|
|
• Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? - MƏQSƏD nədir?.. yoxsa MƏQSƏD YOXDUR?
Bu gün, 15:44 |
|
|
|
• Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? - SİYAHI
Bu gün, 15:41 |
|
|
|
• Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır - Rusiya Türkiyəyə ağız açdı... BƏS BİZ?
Bu gün, 15:37 |
|
|
|
• Ermənistanın “kəsişməyən dünyası”: - Zəngəzur dəhlizinə alternativ qondarma layihə?
Bu gün, 15:33 |
|
|
|
• Bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır - GƏLİŞMƏ
Bu gün, 15:31 |
|
|
|
• Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 15:29 |
|
|
|
• “Nar” mobil rabitə təlimlərinə davam edir!
Bu gün, 15:26 |
|
|
|
• Ermənistan COP29-a gəlməyə bu səbəbə görə tərəddüd edirmiş... - İLGİNC
Bu gün, 14:26 |
|
|
|
• Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA
Bu gün, 14:02 |
|
|
|
• Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaq - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• "Fransa hələ də Azərbaycanın öz gücünə..." - AKTUAL
Bu gün, 13:13 |
|
|
|
• Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır
Bu gün, 13:06 |
|
|
|
• "Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələrin müəllifləri, Fransa və onu "bəsləyən" lobbidir" - deputat
Bu gün, 13:01 |
|
|
|
• Talıbovların keçmiş biznes ortağını məhkəməyə verdilər - SƏBƏB
Bu gün, 12:57 |
|
|
|
|