"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." .....                     Fransanın silahlandırdığı Ermənistan... .....                     Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib .....                     Əliyevin üç ölkə ilə bağlı planı: .....                     Makron gücü çatmayacaq vədlər verib, .....                     "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" .....                     Elgiz Elməddinin təklifini geri çevirib .....                     Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? .....                     Balababa Rzayevə şiddətli töhmət elan edilib .....                     Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb .....                     Zelenskinin qələbə planı işə düşür? .....                     Rəsmi İrəvanın revanşist siyasəti: .....                     Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: .....                     Vüqar Səfərli yenə narazıdır .....                     Avropanın etirafı: .....                     102 tələbəyə Prezident təqaüdü veriləcək .....                     Sabir Hacıyev “Şöhrət” ordeni ilə .....                     “Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” .....                     Ermənistan yanlış yolda addımlayır .....                     13 ildir yerinə qovuşa bilməyən ABİDƏ .....                     Ədalət Şükürovun Ayda torpağı var .....                     İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? .....                     Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... .....                     Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı .....                     Saatlıda YOLAVERDİ SİYASƏTİ... .....                     Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi .....                     Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu .....                     Övladları böyüyənə kimi azadlıq istədi .....                     Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... .....                     "Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik .....                     “Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” .....                     “Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” .....                     Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru .....                     Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək .....                     Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... .....                     "“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." .....                     Azərbaycanda DƏHŞƏT: .....                     Azərbaycana qarşı Frankofoniya təxribatı .....                     Prezidentin Cəbrayıl İSMARICLARI... .....                     İrəvanın COP29 hiyləsi .....                 

Bakı-Tehran münasibətlərində yeni dönəm... - Rəisidən sonrakı mərhələ
Tarix: 7-07-2024, 06:57 | Çap et
Bakı-Tehran münasibətlərində yeni dönəm...
İranda milliyətcə Azərbaycan türkü olan Məsud Pezeşkianın prezident seçilməsindən sonra rəsmi Tehranın xarici siyasətində gözlənilən dəyişikliklər müzakirə mövzusudur.

Bu baxımdan, İranın qarşıdakı dörd ildə Cənubi Qafqaz siyasəti, xüsuiylə də Azərbaycanla münasibətlərinin perspektivi maraq doğurur.

Qeyd edək ki, İran-Azərbaycan münasibətləri mərhum prezident Seyid İbrahim Rəisinin başçılıq etdiyi mühafizəkar komandanın hökumət başına gəlməsindən sonra daha gərgin olub.

Rəisidən əvvəl islahatçı Həsən Ruhani kabinetinin vaxtında iki ölkə arasında artmaqda olan əməkdaşlıq 2021-ci ildən etibarən Azərbaycana qarşı hərbi təhdidlərlə əvəz olunub. Buna səbəb İranın İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqları qəbul etmək istəməməsi ilə bağlıdır.

Rəsmi Tehran Azərbaycanın öz tarixi sərhədlərini bərpa etməsinə qarşı çıxır, hətta Zəngəzur dəhlizinin açılmasını özü üçün yol verilməz “qırmızı xətt”i hesab edir.

2023-ci il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı da bu baxımdan, İranla münasibətlərin böhran həddinə çatması demək idi. Seçkidə məğlub olan mühafizəkarlar hökumət kabinetini tərk etsə də, hakimiyyət strukturlarında böyük təsirə malik olan İslam İnqilabı Keşikçiləri

Korpusunun da daxil olduğu sərt xətt tərəfdarları Azərbaycanın bölgədə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsilə barışa bilmir.

İran rejimi Zəngəzur dəhlizinin açılacağı təqdirdə, Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi təsirinin artacağından narahatdır. Bölgədə Türkiyənin liderliyi ilə Türk Dövlətləri Təşkilatının milli əsaslara söykənən regional gücə çevrilməsini 35 milyona yaxın Azərbaycan türkünün yaşadığı İran özünün ərazi bütövlüyü üçün təhlükə hesab edir. Ona görə də Prezident Pezeşkianın Türkiyə və türk dövlətləri ilə münasibətləri necə quracağı aktual suallardan birinə çevrilib.

İran-Azərbaycan münasibətlərindəki mövcud gərginliyin aradan qalxması Məsud Pezişkianın başçılıq etdiyi islahatçı hökumətin Azərbaycanla normallaşma yaratmaq səylərindən çox asılıdır. Yəni Pezeşkianın seçilməsi iki ölkə arasındakı əlaqələrdə yeni mərhələnin əsasını qoya bilər.

Bu heç də Pezişkianın azərbaycanlı olması ilə bağlı deyil. Beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit “hub”ına çevrilən Azərbaycanın regionda rolunun artması İrana da kifayət qədər iqtisadi fayda gətirə bilər.

Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən istifadə etməklə İran hakimiyyəti ölkədəki sosial-iqtisadi böhranı aradan qaldırmaq üçün güclü maliyyə mənbələrinə çıxış imkanı qazanmış olar. Bu mənada, Pezeşkian hökumətinin Zəngəzur dəhlizinin açılması məsələsində sərgiləyəcəyi mövqe xüsusi əhəmiyyət kəsb edir.

İbrahim Rəisi dövründən fərqli olaraq, Pezeşkianın Azərbaycanla münasibətləri yumşaldacağına dair ehtimallar çox yüksəkdir. Lakin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin açıqlaması hakim düşərgədə Azərbaycan və türk dünyası ilə yaxınlaşmaya müqavimət göstərildiyini deməyə əsas verir.

Qeyd edək ki, Sübhani seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, İranın prinsial mövqeyinin dəyişməcəyini, Ermənistanın dostu olaraq qalacağını deyib. Bu isə Pezeşkianın İran istiblişmentində Azərbaycana düşmənçilik bəsləyən dairələrin ciddi müqaviməti ilə üzləşəcəyindən xəbər verir. Lakin bütün hallarda İran-Azərbaycan münasibətlərinin normallaşması üçün yeni siyasi şərait yaranacaq.

Buna baxmayaraq, Zəngəzur dəhlizinin açılması kimi strateji məsələlərdə İran Prezidentinin ölkənin mövqeyini dəyişmək ixtiyarı yoxdur. Belə məsələlərdə bütün səlahiyyətlər Zəngəzur dəhlizini İranın maraqlarına zidd, yəni “qırmızı xətt”i adlandıran ali rəhbər Ayətullah Seyid Əli Xameneyiyə məxsusdur.

İran Konstitusiyasının 110-cu maddəsinə görə dövlətin ümumi siyasətinin məqsəduyğunluğunun müəyyən edilməsi və onun düzgün icrasına nəzarət ali rəhbərə məxsusdur. Əgər prezident buna qarşı çıxarsa, impiçment edilə bilər. Yəni İran Konstitusiyası ali rəhbərə Prezidentin qanuni səlahiyyətlərini pozması ilə bağlı Ali Məhkəmənin rəyinə əsasən ölkənin maraqlarını nəzərə alaraq hakimiyyətdən kənarlaşdırılmaq hüququ verir.

İran Konstitusiyasının 89-cu maddəsində isə qeyd edilir ki, İslam Şurası Məclisinin, yəni parlamentdəki deputatların üçdə ikisi Prezidentin öz vəzifəsinə uyğun olmaması barədə qərar qəbul edərək ona etimadsızlıq göstərilməsi üçün ali rəhbərə müraciət edə bilər.

Yəni İranın dövlət siyasətini müəyyən etmək səlahiyyəti Ayətullah Xameneyiyə verildiyinə görə yeni təşəbbüslərlə çıxış etmək Məsud Pezeşkian üçün asan olmayacaq.

Müşfiq Abdulla
“Cebhe.info”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Bu gün, 15:07
Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Bu gün, 15:05
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Bu gün, 14:52
Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Bu gün, 14:51
Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Bu gün, 14:43
"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Bu gün, 14:42
Elgiz Elməddinin təklifini geri çevirib
Bu gün, 14:30
Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Bu gün, 14:27
Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Bu gün, 14:23
Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Bu gün, 14:14
Zelenskinin qələbə planı işə düşür? - Məğlubiyyətin qarşısını almaq üçün...
Bu gün, 14:11
Rəsmi İrəvanın revanşist siyasəti: - “Planlarından...”
Bu gün, 14:00
Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: - "Hazırkı təhsil sistemimiz uşaqları..."
Bu gün, 13:51
Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir
Bu gün, 13:47
Avropanın etirafı: - “Rusiya bizə lazımdır”
Bu gün, 13:37
102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
Bu gün, 13:34
Sabir Hacıyev “Şöhrət” ordeni ilə TƏLTİF EDİLDİ
Bu gün, 13:33
“Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” - GİLEY
Bu gün, 13:21
Ermənistan yanlış yolda addımlayır - ŞƏRH
Bu gün, 13:15
13 ildir yerinə qovuşa bilməyən ABİDƏ – Babəkin heykəlinin bəxti nə vaxt AÇILACAQ?
Bu gün, 13:08
Ədalət Şükürovun Ayda torpağı var - Özü cavab verdi
Bu gün, 13:05
İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:46
Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... - Bakıya buna görə “yox” deyir
Bu gün, 12:44
Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı - NƏ BAŞ VERİR?
Bu gün, 12:35
Saatlıda YOLAVERDİ SİYASƏTİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:31
Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi - DETALLAR
Bu gün, 12:20
Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu - FOTO
Bu gün, 12:17
Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi
Bu gün, 12:16
Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... - "Onlara Cənubi Qafqazda dayanıqlı sülh lazım deyil"
Bu gün, 12:13
"Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik - İTTİHAM VAR...
Bu gün, 12:11
“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:06
“Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” - deputat
Bu gün, 12:04
Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru - AXI NİYƏ?
Bu gün, 12:01
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək - MƏQALƏ
Bu gün, 11:58
Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... - TƏFƏRRÜAT
Bu gün, 11:52
"“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." - ÖZBAŞINALIQ!
Bu gün, 11:49
Azərbaycanda DƏHŞƏT: - kişi bank borcuna görə özünü öldürdü
Bu gün, 11:45
Azərbaycana qarşı Frankofoniya təxribatı - “İki bacı” təzədən bir arada
Bu gün, 11:42
Prezidentin Cəbrayıl İSMARICLARI... - ŞƏRH
Bu gün, 11:40
İrəvanın COP29 hiyləsi - “Qərbi Azərbaycan”dan sərt reaksiya
Bu gün, 10:16
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
Bu gün, 09:29
“Receb İvedik”i 10 ilə qədər həbs gözləyir – İddianamə təqdim olundu
Bu gün, 09:27
ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
"Həm AYNA hesabdan pul çıxır, həm mobil operator..." - BU NƏDİ BELƏ?!
Bu gün, 09:22
Nədən KAPİTAL BANK tədbirli görünmür... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14
"Bu saxta ekspertlərin çox yaxşı istedadları var..." - ETİRAZ
Bu gün, 09:09
Pezeşkian İranın “Qorbaçov”u olsa... - SENSASİON SSENARİ
Bu gün, 09:05
«Olerni» MMM: 6 aydır işçiləri maaşları ÖDƏNMİR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
"Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..." - AMMA...
Bu gün, 08:54
Burda Müəllim Günü MÜƏLLİM ADINI ləkələyirlər... - AXI NİYƏ?
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru