"Qərbin addımları dağıdıcılığa xidmət edir” .....                     “Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” .....                     “Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış .....                     Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər .....                     "Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." .....                     Fransanın silahlandırdığı Ermənistan... .....                     Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib .....                     Əliyevin üç ölkə ilə bağlı planı: .....                     Makron gücü çatmayacaq vədlər verib, .....                     "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" .....                     Elgiz Elməddinin təklifini geri çevirib .....                     Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? .....                     Balababa Rzayevə şiddətli töhmət elan edilib .....                     Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb .....                     Zelenskinin qələbə planı işə düşür? .....                     Rəsmi İrəvanın revanşist siyasəti: .....                     Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: .....                     Vüqar Səfərli yenə narazıdır .....                     Avropanın etirafı: .....                     102 tələbəyə Prezident təqaüdü veriləcək .....                     Sabir Hacıyev “Şöhrət” ordeni ilə .....                     “Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” .....                     Ermənistan yanlış yolda addımlayır .....                     13 ildir yerinə qovuşa bilməyən ABİDƏ .....                     Ədalət Şükürovun Ayda torpağı var .....                     İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? .....                     Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... .....                     Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı .....                     Saatlıda YOLAVERDİ SİYASƏTİ... .....                     Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi .....                     Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu .....                     Övladları böyüyənə kimi azadlıq istədi .....                     Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... .....                     "Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik .....                     “Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” .....                     “Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” .....                     Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru .....                     Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək .....                     Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... .....                     "“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." .....                 

“Müəllimi hazırda dövlətdən narazı salan sizin səriştəsiz idarəetmənizdir…” - NAZİRƏ İTTİHAM...
Tarix: 27-04-2023, 09:07 | Çap et
“Müəllimi hazırda dövlətdən narazı salan sizin səriştəsiz idarəetmənizdir…”
Gəncə şəhər sakini Zeynalova Elvira Oruc qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə İngilis dili müəllimi kimi fəaliyyət göstərən E.Zeynalovanın məktubunu olduğu kimi oxuculara təqdim edirik:

(Əvvəli bu linkdə: Aqronom ingilis dili dərsi keçir, xadimə sinif rəhbəri olub... - Gəncə təhsilinin REAL ÜZÜ...)

“21.10.2022-ci il tarixdə Mətanət Qarayeva vəzifəsində etdiyi nöqsanlara görə işdən azad edildi və hazırda bununla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma gedir. M.Qarayevanın yerinə müvəqqəti müdir təyin edilsə də, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin bəxti gətirmədi. Növbəti əvəzedici müdir kim oldu: Anar Qədiməliyevin əmisi nəvəsinin qaynanası. Hansı ki, o, yəni təlim-tərbiyə üzrə direktor müavini Məmmədova Nüşabə Zakir qızı müvəqqəti müdir kimi təyin olunmazdan bir necə gün öncə Elim və Təhsil nazirinin Daxili Nəzarət Şöbəsi tərəfindən siddətli töhmət almışdı.

Yeri gəlmişkən, Nüşabə Məmmədova həm də İ.Qayıbov adına orta məktəbin sabiq direktoru Məmmədov Müsəddinin gəlinidir. Beləliklə, Anar Qədimalıyev Nüşabə Məmmədovanın çoxdankı arzusunu həyata keçirmiş oldu.

Dəyişən nəsə yoxdu, yenə də aqronom ingilis dili, baytar, texnoloq isə musiqi dərsi deyir, MİQ-dən keçən müəllimlərsə iş axtarır. Hələ, üstəlik, Anar Qədiməliyev “Təhsilin keyfiyyəti” sektoru yaradıb, sektor müdiri Sevinc Quliyevaya özünə məxsus olan Göygöldə yerləşən tədris mərkəzinin sınaq imtahanları üçün Gəncə məktəblərində biletlər satdırır. Bu da oldu, tədrisin keyfiyyəti.

Mətanət Qarayevanı maliyyə maxinasiyalarına görə işdən azad edən Anar Qədiməliyev bu günə qədər davam edən maxinasiyalara bəs niyə göz yumur? Səbəbi yəqin ondadır ki, bu gün onun qohumu olan Azər İbrahimovun qaynanası çoxdankı arzusuna qovuşaraq, bir az da o pullansın.

Azər İbrahimova gəlincə isə, müəllimə bir saat artıq dərs yazılarsa bu maxinasiya sayılır, amma Təhsil İdarəsində günbəgün artan şöbələr, ora təyinat alan önəmli məmurların yaxınlarının ştatları deyil. Məsələn, indi də İ.Qayıbov adına 1 nömrəli məktəbin rus bölməsinin müdir müavini Səbinə İmamverdiyevanın qanun pozuntularına göz yumulur. Səbinə İmamverdiyeva hər gün məktəbdə olsaydı, yəni tez-tez icazəsiz olaraq ölkə xaricinə çıxşlar etməsəydi, yəqin ki, rəhbərlik etdiyi rus bölməsinin sinif jurnallarında baş verən maliyə pozuntularını görərdi. Bu haqda mən dəfələrlə şifahi müraciət etsəm də, hələlik bir nəticəsi yoxdur. Belə çıxır ki, Anar Qədiməliyev, onun təyin etdiyi direktor əvəzi Nüşabə Məmmədova və Səbinə İmamverdiyeva hazırda Mətanət Qarayevanın yolu ilə gedirlər. Rəhbərlik dəyişsə də, idarəetmə üsulu dəyişmədi. Bəs, dəyişən nə oldu?

Bu məktəbdə tək rus bölməsi deyil, ibtidai siniflər üzrə müdir müavini Gülnar Məmmədova da eynilə Səbinə İmamverdiyevanın yolu ilə gedir. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin ev dərsləri üçün nəzərdə tutulan sinif jurnallarına diqqət yetirəndə dərhal gözə çarpan odur ki, maliyə pozuntularına yol verilmələr davam edir. Hətta bu pozuntulara vəzifə bölgüsü təhkim olunanın özü şərait yaradır, yəni dünən Səbinə İmamverdiyeva, bu gün Gülnar Məmmədova… Şagirdlərə isə evlərdə təyin olunan dərslər keçirilmir. Gəncə Prokurorluğuna təqdim olunan ibtidai sinifə məxsus 1 “D” sinifinin jurnalı buna subutdur.

Məktəb direktorunun vəzifə bölgüsündə əmrlə həvalə etdiyi fərdi ev dərslərinə nəzarət edən Gülnar Məmmədova fərdi ev dərslərinin saxtalaşaraq tərtib olunmasında fəal iştirak edir. Sinif jurnallarında böyük maliyə pozuntuları edən Gülnar Məmmədovaya bu haqda dəfələrlə müraciət etsəm də, pozuntular hal-hazırda da davam edir. Mən bununla bağlı sübutlarımı redaksiyaya, eləcə də hüquq-mühafizə orqanlarına təqdim edə bilərəm. Bu sübutları 15.04.2023-cü il tarixində Gəncə şəhər Prokurorluğuna şəxsən yazılı təqdim etsəm də, hələ nəticəsi yoxdur.

Tarix yenidən təkrar olunur. Prezident İlham Əliyev 2023-cü ili Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” elan etmişdir. Mən 08.05.2023-cü il tarixdə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı 100 illik yubileyi münasibəti ilə xatirə gecəsi təşkil etmək istədim. Bu haqda çalışdığım rus bölməsinin müdir müavini Səbinə İmamverdiyevaya, ibtidai siniflər üzrə müdir müavini Gülnar Məmmədovaya, eləcə də müdir əvəzi Nüşabə Məmmədovaya bildirmişdim. Bu tədbirin keçirilməsi üçün mənə dəstək əvəzinə, təpkilər göstərməyə başladılar. Məktəbdə baş verən qanun pozuntuları ilə əlaqədar Prezident İlham Əliyevə, Elm və Təhsil naziri Emin Əmrullayevə, DTX sədri Əli Nağıyevə, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-rezident Mehriban xanım Əliyevaya, Gəncə şəhər Baş Prokrorluğuna məktub, həmçinin teleqram vasitəsilə müraciət etsəm də, nəticəsi yoxdur. Bu həqiqəti xəbər verdiyim üçün şəxsi işimə tikilməklə, töhmət belə almışam. Yəni Anar Qədiməliyev və Nüşabə Məmmədova bundan hiddətlənərək, mənə qarşı qanunsuz təqib və təzyiqləri daha da artırdılar.

15.03.2023 və 29.03.2023-cü il tarixlərində sinifdə dərs keçərkən Nüşabə Məmmədova əsas iş yeri Göygöl və Naftalan şəhərində olan, DTX-nın Gəncə şöbəsində rəis müavini olan Tural Quliyevin yoldaşı, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Təhsilin keyfiyyəti sektoruna Anar Qədiməliyev tərəfindən təyin olunan Sevinc Quliyevanın təpkilərinə məruz qaldım.

Yeri gəlmişkən, Sevinc Quliyeva kimi, Anar Qədiməliyevin dövlət qulluğuna daimi təyin etdiyi kadrları bu il dövlət qulluğu ilə bağlı 18.03.2023-cü ildə tarixində keçirilən imtahandan keçə bilməsələr də, hələ iş başındadırlar. Dövlət qulluğu imtahanından keçə bilməyən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məktəblərdə, o cümlədən Nüşabə Məmmədovanın dəstəkçisi olaraq çalışdığımız məktəbdə “at oynadan” Sevinc Quliyeva heç bir müvafiq sənəd təqdim etmədən istədiyi zaman kobud formada siniflərə daxil ola bilir. Şəxsən mənim dərs dediyim birinci siniflərə daxil olaraq, şagirdlərin və valideyinlərin qarşısında nüfuzdan salıcı hərəkətlər etsə də, ona irad tutan yoxdur. Səbəb isə, onun həyat yoldaşının DTX əməkdaşı olması ola bilər. Bu hadisə ilə bağlı mən sübutlarımı təqdim etməyə hazıram.

Bir halda kı, Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında “Xalq dövlətdən narazıdırsa, buna mən nə edim?” deyirsə, ondan aşağıda olan kadrlarına nə deyəsən?! Bir müəllim olaraq nazir Əmrullayevə göstəriş vermək mənə düşməz, amma vətəndaş olaraq demək istəyirəm: o unudur ki, özü də dövləti təmsil edən Təhsil Nazirliyinin rəhbəridir. Müəllimi hazırda dövlətdən narazı salansa onun səriştəsiz idarəetməsidir. Belə olmasaydı, bu gün ölkənin ikinci böyük şəhərində təhsil sistemindən anlayışı olmayan Anar Qədiməliyevlər, Sevinc Quliyevalar və daha kimlər iş başında olub, təhsili məhv etməzdilər.

Yeri gəlmişkən, mənim Hürrüyyət TV vasitəsilə çalışdığım məktəbdə baş verən qanun pozuntuları, özbaşınalıqlarla bağlı açıqlamalarıma Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən absurd bir cavab aldım. Sən demə, bu məktəbdə bütün baş verənlərin əsas səbəbkarı mənəm. Burada Mirzə Ələkbər Sabirin sözlərin yadıma düşdü:

“Hökm еyləyəcəkmiş bütün aləmdə cəhalət, –

Dildadеyi-irfanları nеylərdin, ilahi?!”

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərbin addımları dağıdıcılığa xidmət edir” - Azərbaycana qarşı qarayaxma
Bu gün, 00:28
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
Bu gün, 00:22
“Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış - GƏLİŞMƏ
Bu gün, 00:17
Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər - MÜRACİƏT
Dünən, 20:40
"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Dünən, 15:07
Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Dünən, 15:05
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Dünən, 14:52
Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Dünən, 14:51
Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Dünən, 14:43
"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Dünən, 14:42
Elgiz Elməddinin təklifini geri çevirib
Dünən, 14:30
Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Dünən, 14:27
Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Dünən, 14:23
Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Dünən, 14:14
Zelenskinin qələbə planı işə düşür? - Məğlubiyyətin qarşısını almaq üçün...
Dünən, 14:11
Rəsmi İrəvanın revanşist siyasəti: - “Planlarından...”
Dünən, 14:00
Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: - "Hazırkı təhsil sistemimiz uşaqları..."
Dünən, 13:51
Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir
Dünən, 13:47
Avropanın etirafı: - “Rusiya bizə lazımdır”
Dünən, 13:37
102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
Dünən, 13:34
Sabir Hacıyev “Şöhrət” ordeni ilə TƏLTİF EDİLDİ
Dünən, 13:33
“Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” - GİLEY
Dünən, 13:21
Ermənistan yanlış yolda addımlayır - ŞƏRH
Dünən, 13:15
13 ildir yerinə qovuşa bilməyən ABİDƏ – Babəkin heykəlinin bəxti nə vaxt AÇILACAQ?
Dünən, 13:08
Ədalət Şükürovun Ayda torpağı var - Özü cavab verdi
Dünən, 13:05
İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? - GƏLİŞMƏ
Dünən, 12:46
Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... - Bakıya buna görə “yox” deyir
Dünən, 12:44
Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı - NƏ BAŞ VERİR?
Dünən, 12:35
Saatlıda YOLAVERDİ SİYASƏTİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 12:31
Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi - DETALLAR
Dünən, 12:20
Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu - FOTO
Dünən, 12:17
Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi
Dünən, 12:16
Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... - "Onlara Cənubi Qafqazda dayanıqlı sülh lazım deyil"
Dünən, 12:13
"Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik - İTTİHAM VAR...
Dünən, 12:11
“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:06
“Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” - deputat
Dünən, 12:04
Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru - AXI NİYƏ?
Dünən, 12:01
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək - MƏQALƏ
Dünən, 11:58
Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... - TƏFƏRRÜAT
Dünən, 11:52
"“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." - ÖZBAŞINALIQ!
Dünən, 11:49
Azərbaycanda DƏHŞƏT: - kişi bank borcuna görə özünü öldürdü
Dünən, 11:45
Azərbaycana qarşı Frankofoniya təxribatı - “İki bacı” təzədən bir arada
Dünən, 11:42
Prezidentin Cəbrayıl İSMARICLARI... - ŞƏRH
Dünən, 11:40
İrəvanın COP29 hiyləsi - “Qərbi Azərbaycan”dan sərt reaksiya
Dünən, 10:16
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
Dünən, 09:29
“Receb İvedik”i 10 ilə qədər həbs gözləyir – İddianamə təqdim olundu
Dünən, 09:27
ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26
"Həm AYNA hesabdan pul çıxır, həm mobil operator..." - BU NƏDİ BELƏ?!
Dünən, 09:22
Nədən KAPİTAL BANK tədbirli görünmür... - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:14
"Bu saxta ekspertlərin çox yaxşı istedadları var..." - ETİRAZ
Dünən, 09:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru