Satdıqları məhsul zay çıxanda, müştərini şərləyirlər... - BU DA FAKT!!!
Tarix: 19-09-2024, 10:04 |
Çap et
"Demək, "Kontakt Home" mağazasından məhsul almışam. Məhsul işləmədiyi üçün resetə vermişəm. Reset deyir məhsulu təmir etmək üçün ləvazimatlar yoxdur. Düzgün qulluq edilmədiyinə görə qüsur müştəridədir. Reallıq budur məhsulu 1 dəfə istifadə etmişəm. İşləməyib resetə vermişəm. İndi bunların dediyindən belə bir şey çıxır ortaya..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fərid Hüseyn adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Məhsulun təmiri üçün ləvazimatlar olmadığı üçün müştərinin üzərinə atır.
Ya da xarab məhsulu satırlar üzərilərindən atmaq üçün belə bəhanə edirlər.
Ayıbdı... ələ salmayın... işinizi düzgün edin, "Kontakt Home"..."