Əsas Səhifə > Siyasət, Manşet > Satdıqları məhsul zay çıxanda, müştərini şərləyirlər...

Satdıqları məhsul zay çıxanda, müştərini şərləyirlər...


19-09-2024, 10:04
Satdıqları məhsul zay çıxanda, müştərini şərləyirlər...
"Demək, "Kontakt Home" mağazasından məhsul almışam. Məhsul işləmədiyi üçün resetə vermişəm. Reset deyir məhsulu təmir etmək üçün ləvazimatlar yoxdur. Düzgün qulluq edilmədiyinə görə qüsur müştəridədir. Reallıq budur məhsulu 1 dəfə istifadə etmişəm. İşləməyib resetə vermişəm. İndi bunların dediyindən belə bir şey çıxır ortaya..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fərid Hüseyn adlı istifadəçi giley edir.

Satdıqları məhsul zay çıxanda, müştərini şərləyirlər...

Narazı vətəndaş daha sonra yazır: "Məhsulun təmiri üçün ləvazimatlar olmadığı üçün müştərinin üzərinə atır.

Ya da xarab məhsulu satırlar üzərilərindən atmaq üçün belə bəhanə edirlər.

Ayıbdı... ələ salmayın... işinizi düzgün edin, "Kontakt Home"..."

Geri qayıt