İsmayıllı rayonunun Talistan kəndində şəhid Səməd Hüseynzadənin adını daşıyan küçənin asfaltlanması ilə bağlı problem iki ildir həll edilmir.
Bu barədə şəhidin qardaşı Seyid Hüseynzadə videomüraciətində bildirib.
Məlumata görə, 2023-cü ilin 18 oktyabrında kənddə şəhidin ailəsi tərəfindən ev muzeyi və bulaq kompleksi istifadəyə verilib. Lakin açılışdan bu günə qədər həmin küçənin yol problemi aradan qaldırılmayıb.
Seyid Hüseynzadə qeyd edir ki, məsələ ilə bağlı dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova müraciət olunub, lakin nəticə yoxdur, problemin həlli uzadılır.
Ailə qeyd edir ki, şəhid adını daşıyan küçənin bu vəziyyətdə qalması həm sakinləri, həm də şəhid ailəsini narahat edir. Onlar aidiyyəti qurumlardan yolun asfaltlanması məsələsinin tezliklə icrasını gözləyirlər. /Nocomment/









