Rusiyanın "Kommersant" qəzetinin keçmiş jurnalisti Vladimir Solovyov cinayət ittihamları ilə axtarışa verilib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya mediası Solovyovun "arzuolunmaz təşkilatda iştirak" ittihamı ilə axtarışa verildiyini yazıb.
Məhkəmə onun barəsində qiyabi həbs qərarı da çıxarıb.









