Hakim düşərgənin köhnə eşalon nümayəndələri arasında sonuncu mogikan olaraq dəyərləndirilən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov üçün də vədə sona yetməkdədir. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda bildirilir ki, çox yaxın günlərdə FHN şefi ilə bağlı qərar elan olunacaq.
Mənbə deyir: "Nəhayət ki, bu addımı atırlar. Amma eyni zamanda Kəmaləddin Heydərovun oğlanlarından birinə yüksək vəzifə də verilə bilər".
Mənbə iddia edir ki, dəyişiklik ya bu həftə, ya da bu ay ərzində baş tutacaq: "Gec olmayacaq..."








