"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                 

Paşinyan döyüş qabağı meydanı təmizləyir - İNCƏLƏMƏ
Tarix: 30-10-2025, 09:31 | Çap et

Ermənistanda Masis (Uluxanlı) şəhər icmasının meri David Hambartsumyan İrəvana qayıdarkən “Zvartnots” hava limanında həbs edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu təyyarədən enərkən saxlayıb. Qeyd edək ki, Hambartsumyan oktyabrın 28-də Moskvadan İrəvana uçub.

Hmbartsumyan 2018-ci ildə dinc etirazçılara qarşı silahdan istifadə etməkdə və kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinir. İrəvan şəhər məhkəməsi oktyabrın 23-də qeyd edilən ittiham üzrə Ambartsumyanın 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Ambartsumyan özü oktyabrın 27-də gizlənmək niyyətində olmadığını və oktyabrın 28-də İrəvana qayıtmaq istədiyini bildirib.

Müxalifət artıq bildirib ki, hakimiyyətin Hambartsumyana qarşı davranışı proqnozlaşdırılan idi. Çünki onlar qarşıdan gələn seçkilərdən əvvəl siyasi meydanı rəqiblərdən təmizləyirlər. Xatırladaq ki, keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası və parlamentdəki “Şərəfim var” fraksiyası David Hambartsumyanın baş nazirliyə namizədliyini irəli sürüb.

Bu məqsədlə eks-prezidentin komandası parlamentdə baş nazir Nikol Paşinyana etimadsızlıq səsverməsi keçirməyi planlaşdırdığını açıqlayıb. Qeyd edək ki, David Hambartsumyanın Ermənistana dönüşü onun seçkilərdə Rusiyanın namizədi olması barədə ehtimalların irəli sürülməsinə səbəb olub.

Lakin o, revanşist müxalifəti ətrafında birləşdirə biləcək yeni siyasi fiqur deyil. Hambartsumyan bununla üçüncü dəfədir ki, ERP və “Şərəfim var” fraksiyası tərəfindən Nikol Paşinyana alternativ kimi baş nazirliyə namizəd göstərilir. İlk dəfə bu ilin iyun ayında Paşinyana qarşı impiçment təşəbbüsü ilə çıxış edən “Şərəfim var” fraksiyası Hambartsumyanın namizədliyini irəli sürmüşdü.

Lakin onun zəruri olan dəstəyi əldə edə bilməməsi Hambartsumyanın siyasi uğursuzluğuna səbəb oldu. Belə ki, “Şərəfim var” fraksiyasının 6 deputatı var. Robert Köçəryanın “Ermənistan” blokundan seçilmiş deputatların sayı isə 28 nəfər təşkil edir.

Bu iki fraksiya birlikdə 34 imza təşkil edə bilər. İmpiçment məsələsini parlamentin müzakirəsinə təqdim etmək üçün minimum 36 deputat sayı lazımdır. Yəni nəinki Hambartsumyan, ümumilyyətlə, impiçment təklifi prosedura uyğun səsləri toplaya bilmədi. Üstəlik, Köçəryanın deputatları imzaları toplamağa hazır olduqlarını bəyan etsələr də son nəticədə Hambartsumyana dəstək vermədilər. Bu da Serj Sarkisyanla Robert Köçəryan arasındakı siyasi nifaqla bağlıdır.

İyun revanşından əliboş çıxan Serj Sarkisyan sentyabrın 26-da növbəti dəfə impiçment təşəbbüsü ilə çıxış edərək Ermənistan Respublika Partiyasından və “Şərəfim var” fraksiyasından David Hambartsumyanın namizədliyini irəli sürdü.

Bu dəfə də Robert Köçəryan Serj Sarkisyanın namizədinin lehinə imza verməməyi tapşırdı. Robert Köçəryan hələ bir neçə gün əvvəl Sarkisyana dəstək verməyəcəyini bildirmişdi.

Bu baxımdan, Serj Sarkisyan David Hambartsumyanla imtiçmentə getməyin hər hansı nəticə verməyəcəyini özü də bilir. Ona görə də Hambartsumyanı üçüncü dəfə baş nazirliyə namizəd irəli sürmək siyasi absurddur. Lakin David Hambartsumyanın həbsi Ermənistandakı siyasi vəziyyətlə bağlı bir qənaəti möhkəmlədir.

Nikol Paşinyan 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində Rusiyanın dəstəkləyə biləcəyi namizədləri cinayət məsuliyyətinə cəlb etməklə neytrallaşdırmaq taktikasını seçib. Rusiyalı milyarder Samvel Karapetyanın, Gümrü şəhərinin meri Vardan Qukasyanın, eləcə də Erməni Apostol Kilsəsində aparılan həbslər seçkilərdə həqiqətən də Paşinyanın siyasi meydanı təmizləmək niyyətindən xəbər verir.

Son günlər Serj Sarkisyanın 2005-ci ildə Ermənistan Müdafiə Nazirlyinin balansında olan torpaq sahələrini satması ittihamı üzrə məhkəmə prosesinə cəlb edilməsi onun həbsi ilə nəticələnə bilər. Bu məsələdə Robert Köçəryan da Serj Sarkisyanın zindana atılmasında maraqlı tərəfə çevrilib.

Həmin dövrdə prezident olan Köçəryan məsuliyyətdən xilas olmaq üçün məhkəmədə Serj Sarkisyanın əleyhinə ifadə verib. O bildirib ki, 2005-ci ildə müdafiə naziri Serj Sarksiyan olduğundan bu məsələnin ona aidiyyatı yoxdur. Bununla da Köçəryan Sarkisyanı qurban verməklə vəziyyətdən çıxmağa çalışıb.

Əgər Sarkisyan azadlıqdan məhrum edilərsə, bu müxalifət daxilində siyasi parçalanmanı daha da dərinləşdirəcək. Cəmi 6 faiz reytinqə malik olan Köçəryan isə revanşistlərin tam dəstəyini ala bilməyəcək. Diqqəti çəkən məqamlardan biri Qərbin Ermənistanda aparılan həbslərə səssiz qalmasıdır. Bu da seçkilərdə Qərbin Nikol Paşinyana dəstəyinin əlaməti kimi başa düşülə bilər.

Xüsusilə də, ABŞ və Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmağa yaxın olduğu və kommunikasiyaların açılmağa başladığı bir vaxtda Nikol Paşinyanaın hakimiyyətdən getməsində maraqlı deyil.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru