Əsas Səhifə > Üst manşet / Güney Press > Bakıda təhsil adına FIRILDAQ...
Bakıda təhsil adına FIRILDAQ...Bu gün, 08:54 |
Son günlər ölkədə fəaliyyət göstərən “Xaricdə Təhsil Şirkətləri” haqqında gəzən söz-söhbətlər heç də xoş məqamlardan xəbər vermir. Doğrudur, elə şirkətlər var ki, işlərini mükəmməl həyata keçirir və tələbələrin diqqətini cəlb edir. Gələcəyimiz olan gənclərin bir qismi arzu edir ki, ölkə xaricində təhsillərini davam etsinlər, Vətənə layiqli vətəndaş kimi xidmət etsinlər. Əfsüslər olsun ki, “Xaricdə Təhsil Şirkətləri” adı altında xoşagəlməz hallara yol verilir, vətəndaşların etibarından sui-istifadə edib onların pullarını mənimsəyirlər. Qeyd etdiyim nöqsanlarla bağlı kifayət qədər arqument, dəlil göstərmək olar. XALQ-a müraciət edən Səbinə Abdullayeva Aisa Aslanovanın rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətindən şikayətçidir. Vətəndaş bildirir ki, şirkət rəhbəri Aisa Aslanova onu aldadıb və götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. O bildirir ki, öhdələrinə düşən işi görməmişdən əvvəl adı çəkilən şirkət 800 manat ödənişi ayda 200 manat ödəməklə tələb edib və bu məbləğ tam şəkildə ödənilib. Şikayətçi deyir: “Pulla birgə lazım olan sənədləri bakalavr və magistr diplomlarımın apostol və tərcümə natorial təsdiqini də təqdim etmişəm. Sonradan götürdükləri öhdəliyi yerinə yetirmədikləri üçün mən bir tərəfli qaydada müqaviləni dayandırdım. Amma bu günə qədər sənədlərimi qaytarmırlar. Hətta sənədlərin onlarda olmadığını bildirirlər. Əgər sənədlərim onlarda deyildisə mənim işimi necə görəcəkdilər”. Hal-hazırda müxtəlif bəhalər gətirilər. Mən artıq elə bir vəziyyət gəlmişəm ki, nə səndlərimi əldə edə bilirəm nə də ki, pulumu geri ala bilirəm. Müxtəlif sosial hesablarda şikayətlər zamanı şərhləri belə əngəlləyirlər. Aisa Aslanova hal-hazırdada gəncləri aldatmaqla məşgul olur bunu sosial platformada görmək olar. Belə ki, hər gün “Pilgrim Education”un sosial səhifəsində müxtəlif çağırışlar edilir və növbəti qurbanlarının axtarışındadır. Digər bir şikayətçi İndira Sultanova qızı Heydərli Asena Zaman qızını Avstriyada universitetlərin birində 2027-ci ildə ali təhsil almaq üçün təhsil şirkətlərinin birinə 2200 manat məbləğində pul ödəyəcəkdi. Əvvəlcə həmin məbləğin bir qismini, sonra isə 1400 manatını hissəli şəkildə şirkətə ödəyib. Ancaq sonradan həmin şirkət haqqında şikayətləri oxuduqdan sonra fikrindən daşınıb. İndi pulunu geri istəyir, təhsil şirkəti isə o məbləği qaytarmaqdan imtina edir. Şikayətçi İndira Sultanova deyir ki, ödədiyi pulun müqabilində heç bir xidmət almadığı üçün pulu geri istəyir.Həmçinin qeyd edək ki, müqavilədəd bildirilib ki, pul ödəndikdən sonra 3 gün müddətində geri qaytarılma ola bilərdi. Lakin Aisa Aslanovanın rəhbəri olduğu “Pilgrim Education” şirkəti heç müqaviləyədə əhməyiyyət vermir. Digər bir şikayətçi isə Aylin Hüseynovanın təhsil arzusu və ilkin təmaslar Manipulyativ strategiyalar və ödənişin qaytarılması problemleri… Bütün bu problemlərdən sonra Aylin “Pilgrim Education” ilə ciddi danışıqlar aparıb. Şirkət iyun-iyul aylarında ona Almaniya universitetlərinə müraciət etməyi təklif edib, halbuki daha əvvəl bunun mümkün olmadığını iddia edirdilər. Aylinin mail hesabına giriş tələbi isə “tələbənin nələrisə dəyişə biləcəyi” bəhanəsi ilə rədd edilib. Daha sonra şirkət Aylindən “təhvil-təslim aktı” imzalamasını istəyib. Bu aktda Aylin “Pilgrim Education”‘ın bütün xidmətlərindən razı olduğunu və şirkətin işini qüsursuz gördüyünü təsdiqləyirdi. Aslanova Aisa hətta Almaniya müraciətinin şirkət hesabına olduğunu iddia edərək onu aktı imzalamağa məcbur etməyə çalışıb, halbuki müraciət haqqını Aylin özü ödəyib. Aylin aktın məzmununu oxuduqdan sonra şirkətin bütün əməliyyatların uğurla tamamlandığını təsdiq etdirmək istədiyini anladığını bildirib. Aslanova Aisa daha sonra ona yalnız 20 faizlik geri ödəniş vəd edib və hətta onu “neqativ” olduğu üçün günahlandırıb. İxtisas uyğunsuzluğu və ekspert rəyi Maraqlı məqam ondan ibarətdir ki, bu cür şirkətlər daha çox reklam qazanır, universitetlərlə əməkdaşlıq edir, tədbirlərə dəvət edilir. Məhz bundan sonra tələbələr həmən şirkəti ciddi qəbul edərək sövdələşməyə imza atır. Həmçinin qeyd edək ki, “Pilgrim Education” sosial hesablarında ancaq gənclərin öz şəxsi təşəbbüsləri ilə əldə etdiyi uğurlar paylaşılır və Aisa Aslanova cəlbedici şuarları ilə növbəti qurbanlarını tələyə salmaq kimi görünür. Bildirir ki, açıq mənbələrdə sosial hesablardan başqa şirkət haqqında heç bir məlumat yoxdur. “Pilgrim Education” artıq 3 ildən çoxdur fəaliyyət göstərən mərkəzdir. Mərkəzin əsas xidməti xaricdə təhsillə bağlıdır. Amma bu ad altında baş verən qanunsuzluqlarla bağlı məlum olur ki, şirkət ya “yoxa çıxır”, ya da müqavilə öhdəliklərinə əməl etmirlər. Şikayətlərlə bağlı “Pilgrim Education”nun rəhbəri Aisa Aslanovdan heç münasibət öyrənə bilmədik. Geri qayıt |