Binəqədi rayonunda qanunsuz tikintiyə hansı məmur himayə edir?
XALQ.online xəbər verir ki, Binəqədi rayonu R. Quliyev küçəsində qanunsuz tikinti faktı aşkarlanıb.
Yerli sakinlərin narahatlığına səbəb olan bu tikinti işlərinin hansı əsasla aparıldığı və kim tərəfindən himayə olunduğu hələlik məlum deyil.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Binəqədi icra hakimiyyətinin müavini olan Hacıbaba Babayevin “razılığı“ əsasında aparıldığı iddia olunur.
Məsələ ilə bağlı rayon Binəqədi icra hakimiyyətində və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən açıqlama almaq mümkün olmadı.