Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun yenidən qurulması (üçüncü mərhələ) ilə bağlı növbəti müqavilə imzalayıb.
Məlumata görə, işlərin üçüncü mərhələsi üzrə aparılması üçün "İnşaatçı 3" MMC ilə 45.033.980,39 manat dəyərində müqavilə bağlanıb.
Əldə etdiyimiz digər məlumata əsasən, "İnşaatçı 3" MMC-yə Operativ Vergi Nəzarəti nəticəsində əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi ilə bağlı pozuntuya görə 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Şirkətin qanuni təmsilçisi Qeys Siraclı Məmməd oğlu, nizamnamə kapitalı isə cəmi 20 manat təşkil edir.
32gün.az