"Ehtiyatlı olun". "DİA-AZ" xəbər verir ki, bu çağırışla tanınmış əmlak eksperti Elnur Fərzəliyev çıxış edib.
O daha sonra əlavə edib: "Mütəmadi olaraq müxtəlif xarici ölkələrin tikinti şirkətlərinin ölkəmizdə əmlak sərgiləri baş tutur. Bir çox hallarda isə xarici şirkətlər bu tip sərgilərdə öz əmlaklarının satışını da həyata keçirirlər. Əksər hallarda əmlak sərgilərində əmlakların satışını həyata keçirən xarici tikinti şirkətlərinin özləri deyil, onları təmsil edən və yaxud onların adından danışan xarici alqı satqı şirkətləri olur.
Almaq istədiyiniz əmlakın yerləşdiyi həmin ölkədə olmadan, mənzili fiziki olaraq görmədən, mənzil sahibi ilə və yaxud mənzili inşa edən şirkətin rəhbər şəxsləri ilə danışıb razılaşmadan, hüquqi müstəvidə rəsmi müqavilə bağlamadan sərgidə sizə təqdim olunan heç bir müqaviləyə imza atmayın. Təklif olunan həmin mənzillərin bazar dəyəri həddindən artıq baha olur ki həmin vəsaitin də ölkədən nağd şəkildə çıxarılması asan deyil. Bu tip tikinti şirkətlərinin adından danışan bəzi xarici alqı satqı şirkətlərinin nümayəndələri sizlərə hətta qısa müddətli kreditli şəkildə də satış təşkil edəcəklərini vəd edərək vəsaitin böyük bir hissəsini nağd şəkildə tələb edəcəklər. Hətta onlardan mənzil aldığınız təqdirdə həmin ölkədə vətəndaşlıq və yaxud daimi oturum alacağınızıda sizə vəd verəcəklər. Pulun ölkədən çıxarılmasını isə sözdə onların nümayəndələri həyata keçirəcəyini bildirəcəklər. Bu cür fırıldaqçılığın qurbanına çevrilərək pullarınızın əlinizdən çıxmasını istəmirsinizsə ehtiyatlı olun..."