"Bu gün (dünən nəzərdə tutulur -red.) səhər yeməyi adı ilə Şıxov tərəfdə "Ramada" otelin ərazisində yerləşən "Marmaris" restoranında olduq... "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir:
"Mən belə bərbad servis, bərbad restoran görməmişdim. Hər şey köhnə idi, xidmət yox idi. Yeməklər deyəsən oteldə açıq stoldan qalan artıqlar idi...
Şörək, meyvə, şokolad yağı-hamısı köhnə, isti yemək 2 saata gəldi, o da 6 nəfərə 1 boşqab, demək olar ki, ac gəlib evdə yedik..."