Rəsmən meşə alveri davam edir və bütün bunlar ən üst səviyyədə - birbaşa olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nimayədarlığı altında həyata keçirilir. "DİA-AZ" bildirir ki, hər halda təqdim etdiyimiz fakt da belə deməyə əsas yaradır. Kimsə özbaşına olaraq belə bir addımı ata bilməz...
"DİA-AZ"a daxil olan məlumatda deyilir ki, 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin (İsmayıllı meşə idarəsi) Qalınçaq meşəbəyliyinin 14 saylı meşə dolayının 13-cü kvartalında Bakı-Qəbələ magistral yolunun üstündə 10 (on) hektar meşə fondu torpağı Nazirlər Kabinetinin qərarı olmadan xəritədən çıxarılıb və Əmlak Məsələləri Dövlət Xidmətinin də elektron bazasında meşə fondundan çıxarılıb. Xatırladaq ki, həmin ərazinin bir hissəsində 8 hektarda 2025-ci ilin əvvəli meşə əkini əkilib.
Onu da əlavə edək ki, bu ərazi yola çox yaxın və turistik yer olduğundan iştaha gəliblər alverçilər.
Məsələ diqqətimizdədir, görək aidiyyatı qurumlar NƏ DEYƏCƏk...









