SOCAR Qaz İxrac İdarəsində artıq şəffaflığın qalmadığı iddia olunur. Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məlumata görə, sözügedən qurumda birinci müavin görəvini tutan Sərxan Babaşov idarədaxili böyük fəhlə ştatından başqa bütün ştatlar üzrə keçirilən imtahanlara müdaxilə edir. Kimdən xoşu gəlirsə və maraqlarını təmin edirsə, həmin şəxslərin vəzifəyə təyin olunmasına şərait yaradır. Məqalədə daha sonra deyilir: "İmtahanların böyük hissəsi Babaşovun müdaxiləsi ilə keçirilir. Hətta bəzi hallarda sənəd verən şəxslərə iki dəfə imtahan maneəsi yaradıldığı bildirilir.
Ən çox nöqsan olan Ağdaş Magistralını da Sərxan Babaşov xüsusi şəkildə qoruyur. Bu isə onun şəxsi maraqları ilə əlaqədardır.
Bununla yanaşı, Sərxan Babaşovun qaz ixracı ilə işləyən podratçılarla yaxın münasibətlər quraraq satınalma proseslərində fəal iştirak edir. O, özündən əvvəlki Nazim Səmədzadədən fərqli olaraq daha geniş fəaliyyət imkanlarına malikdir.
Babaşov qısa müddətdə qardaşıoğlunu vəzifəyə gətirib və yenidən onun daha yüksək vəzifəyə təyin olunması istiqamətində fəaliyyət göstərir.
Daha çox kabinet idarəçiliyinə üstünlük verən Əkbər Hacıyevin bu proseslərdən tam məlumatlı olmadığı görünür. Babaşov rəhbərliyin etibarından istifadə edərək ezamiyyət məsələlərinə də şəxsi yanaşma sərgiləyir — kimdən xoşu gəlirsə, ezamiyyətə göndərir, kimdən xoşu gəlmirsə, onun ezamiyyətinə mane olur.
Bundan əlavə, Sərxan Babaşovun bütün qohum-əqrəbasını SOCAR sistemində yerləşdirdiyi, hazırda isə Qaz İxrac İdarəsində də qohumlarını müxtəlif vəzifələrə gətirmək istiqamətində fəaliyyət göstərdiyi məlumdur..."
Əlavə bilgilərimiz olacaq...








