"Gəncə ölübdür... ağlayanı yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu sözlər sözügedən Gəncə sakinlərinin sosial şəbəkə üzərindən etdikləri müraciətdə yer alıb.
Sakinlər "DİA-AZ"a müraciətlərində qeyd edirlər ki, bu gün Gəncə həqiqətən də Azərbaycanın "İKİNCİ ƏN BÖYÜK ŞƏHƏRİ" ünvanından daha çox Azərbaycanın "ƏN BÖYÜK KƏNDİ" adına layiqdir.
Sakinlər yazır: "Gəncəyə qonaq gələndə utanmaqdan keçib... burda yaşayanların günü qaradır. Yollar elə bir haldadır ki, Gəncə ucqar bir dağ kəndini xatırladır. Dəfələrlə aidiyyatı üzrə icra hakimiyyəti başda olmaqla, bütün idarələrə şikayət etmişik, amma eşidən olmayıb.
Biz burdan Bakıdakı rəhbər şəxslərə müraciət edirik: Gəlib Şahsevənlər, Eminbəyli və başqa küçələrə baxsınlar. Çox bərbad vəziyyətdədir yollar. İnsafsiz məmurlar dövlətin pullarını belə yeyib dağıdırlar. Pul yeyildiyindən yol da yoxdur...
Daşkəsənə gedən yol, Bayan kəndindən başlayaraq sona qədər bərbad vəziyyətdədir. Həmin yol 1928-ci ildə almanlar tərəfindən çəkilib, bu günə qədər də təmir olunmayıb. Yenə də yüksək kefiyyətlidi, Deməli, yolu çəkənlərin vicdanı olsa, yola ayrılan pulu yeməyib, almanlar kimi davransalar, yollar dözümlü olar.
Biz xahiş edirik: Gəncənin yollarına çarə edin..."








