"Mən sizi Şəki şəhəri 199a kvartalından narahat edirəm". Bu barədə "DİA-AZ"a sosial şəbəkə üzərindən müraciət edən Ramiz Bəkirli yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Bizim kvartalda 4 ilə yaxındır ki qaz yoxdur. Hər dəfə də aidiyyatı üzrə müraciət edirik... deyirlər: büdcədə vəsait yoxdur...
Bəs necə olur ki şəhərin yuxarı hissələrində qaz ola-ola yenidən həmin ərazidə iş gedir, əraziyə xeyli sayda turba töküblər və güclü iş rejimində də olan qaz turbalarını yenisi ilə dəyişirlər. Amma bizim kvartala heç baxan da yoxdur.
Bildirim ki, özüm ikinci qrup hərbi xidmət əliliyəm və iki övladım var...
Vallah, soyuq qış aylarında vəziyyətimiz çox pis olur. Çox xahiş edirəm: ən azı bu il qaz çəkilişinə bizə köməklik göstərsinlər..."








