Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə ilginc faktları ictimailəşdirib. "DİA-AZ" NHMT sədrinin açıqlamasını təqdim edir:
Yazırlar ki, “Azəriqaz” İB üzrə 460 nəfər usta ştatına yerləşdirilən işçilərə 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 764 700 AZN əməkhaqqı hesablanmışdır. Bu isə hər işçiyə orta hesabla 1 660 AZN əməkhaqqı düşməsi deməkdir.
Bu vəziyyət haqlı olaraq ciddi suallar doğurur:
-fəhlə ştatlarının kütləvi şəkildə ləğv edilməsi, onların əvəzində usta ştatlarının yaradılması və işçilərin bu ştatlara yerləşdirilməsi zamanı ayrı-seçkiliyin tətbiqi kimin təşəbbüsü ilə həyata keçirilmişdir?
Nəticə etibarı ilə sonda bu təşəbbüs sayğac əməliyyatları üzrə çilingər sayının azaldılması , xidmətlərin keyfiyyətinə, təhlükəsizliyə və istehlakçı məmnunluğuna birbaşa təsir göstərir!"








