Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Tarix: 28-02-2025, 09:34 | Çap et
 "Nəzərinizə çatdırmaq istəyirəm ki: 1. Mərkəzi Banka ərizə ilə etdiyim müraciətlərdə və orada şəxsən qəbullarda olarkən qeyd etmişəm ki, 2024-cü ilin fevral ayında "Bank Respublika"dan 60 min manat məbləğində ipoteka krediti götürmüşəm. Həmin məbləğ 36 aya 2170 manat olmaqla bölündü. Mənim aylıq maaşım 950 manat, təqaüdüm isə 600 manat təşkil edirdi. İkisi birlikdə 1550 manat təşkil edir. Mənə aylıq bölünən 2170 manat mənim aylıq qazancımdan 620 manat çox idi. Mən 2024-cü ilin fevral ayından noyabr ayına qədər öhdəlik üzrə yazılmış aylıq 2170 manat məbləği hər ay gecikdirmədən çətinliklə də olsa ödəmişəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımova ünvanlanan müraciətdə deyilir. Müraciətdə daha sonra bildirilir: "Noyabr ayında dəfələrlə banka gedib ərizə ilə müraciət etdim. Qalıq məbləği 3 ilə deyil 4 ilə bölmələrini xahiş etdim. Mənim israrlı təkidlərimdən sonra onlar mənə zəng edərək ödəniş cədvəlinin yeniləndiyini, aylıq ödənişin 1470 manat olacağını və 50-60 manat məbləğində xidmət haqqı verəcəyimi söylədilər. Ödəniş cədvəlini yenilədikləri üçün aylıq ödənişi dekabr ayından ödəyəcəyimi dedilər. Mən banka getdim. Onlar mənə artıq bu dəfə 600-700 manat məbləğində notarial xidmət haqqı olacağını dedilər və məni bankın yaxınlığında yerləşən 46 saylı notariusa göndərdilər. Notariusda mənə heç bir əlavə xidmət haqqı lazım olmadığını, bunun yalnız bank daxili əməliyyat olduğunu dedilər. Mən banka geri qayıtdım və öz iradlarımı onlara bildirdim. 2. Növbəti aylarda (dekabr, yanvar, fevral) yenə heç bir gecikmə olmadan hər ay onların dediyi yeni qrafik üzrə 1470 manatı bir gün belə gecikdirmədən ödəmişəm. Noyabr ayında ödənişin olmamasının səbəbi isə onların mənə yeni qrafik üzrə ödənişi dekabr ayından ödəyəcəyimi dedikləri olub. 3. Əvvəla, mən hər ay öhdəmə düşən ödənişləri bir gün belə gecikdirmədən ödədiyim halda “notarial xidmət haqqı” adı altında məndən istədikləri pulu vermədiyimə görə bankın bəzi işçiləri mənə qarşı qərəzli mövqedə dayanıb. Məni kredit üzrə öhdəlikləri tam və vaxtında yerinə yetirməməkdə günahlandırırlar. Görəsən öhdəliyi pozan kimdir? Bankın bəzi işçiləri, yoxsa mən? 4. Sonrası isə, əgər “notarial xidmət” adı altında məndən tələb olunan 600-700 manat məbləğ qanuni idisə, onda bank bir surətini Mərkəzi Banka, bir surətini isə mənə ünvanladığı məktubda nəyə görə qeyd etmir ki, həqiqətən də notarial xidmət haqqı vacib idi və mən onu ödəməkdən imtina etdiyimə görə onlar ikinci dəfə tərtib etdikləri ödəniş cədvəlini ləğv ediblər. 5. Mən yuxarıda da qeyd etdiyim ki, kredit üzrə öhdəlikləri tam və vaxtında yerinə yetirmişəm. Bank özü qanunları pozaraq və səlahiyyətlərindən sui-istifadə edərək, ödənişləri bir gün belə gecikdirmədiyim halda məndən notarial orqanına müraciət edib. 6. Aylıq ödənişi hesablayarkən mənim real aylıq qazancımı nəzərə almayan, mənim üçün minimal dolanışıq xərci saxlamayan, rəsmi aylıq qazancımdan mənə artıq pul hesablayan, yeni ödəniş cədvəli tərtib etdikləri üçün notarial xidmət haqqı adı altında məndən 600-700 manat məbləğində pul istəyən, bu məbləği verməyəndə yeni ödəniş cədvəlini mənə xəbərdarlıq etmədən ləğv edən, ödənişləri bir gün belə gecikdirmədiyim halda mənim üçün notarius vasitəsilə icra qeydi göndərən, hələ bu azmış kimi, məni öhdəliyi tam və vaxtında yerinə yetirməməkdə günahlandıran bank qanunları pozur, yoxsa ki, mən ? 7. Üç il müddətinə 60 min manat pulun müqabilində 18104 manat faiz borcu hesablayan bank bir il müddətində həmin məbləğin 9500 manat məbləğini artıq alıb. Qalan 8600 manat faiz borcu iki il müddətinə ona artıq sərf etmir. Ona görə də müxtəlif bəhanələr qoyaraq verdiyi pulu geri almaq istəyir. Xahiş edirəm, diqqətlə araşdırın və ölçü götürün..."


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan Ermənistanı Rusiyadan XİLAS EDİR... - HƏM DƏ...
Bu gün, 04:13 |
|
|
|
| • 5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
Bu gün, 04:03 |
|
|
|
| • Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldı - TƏFƏRRÜAT
Bu gün, 03:59 |
|
|
|
| • Eldar Əzizovun vəzifəyə təyin olunan oğlu ilə bağlı maraqlı fakt - SƏN DEMƏ...
Bu gün, 03:57 |
|
|
|
| • Hacı Əliyev bu vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 03:53 |
|
|
|
| • BMT Baş katibi Yaxın Şərqdə gərginliyin artmasından narahatdır - KİV
Bu gün, 03:49 |
|
|
|
| • BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
Dünən, 18:06 |
|
|
|
| • İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
| • Əsmər Əliyeva vəzifəsindən azad edildi
Dünən, 17:59 |
|
|
|
| • Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu
Dünən, 17:49 |
|
|
|
| • Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
Dünən, 17:44 |
|
|
|
| • İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dünən, 17:42 |
|
|
|
| • Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı - İNCƏLƏMƏ
Dünən, 17:28 |
|
|
|
| • Dünyada “ultra varlılar”ın sayı sürətlə artır - SİYAHI
Dünən, 17:21 |
|
|
|
| • İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:10 |
|
|
|
| • MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək
Dünən, 17:06 |
|
|
|
| • “Bir Kredit” BOKT-un – 14 FİLİALI LƏĞV EDİLİB
Dünən, 17:04 |
|
|
|
| • Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Dünən, 16:53 |
|
|
|
| • Keçmiş məmur dələduzluqda ittiham olunur: - “Nə evdən çıxır, nə də pulumuzu verir”
Dünən, 16:51 |
|
|
|
| • "Zamiqi olduğu kimi qəbul edin"
Dünən, 16:41 |
|
|
|
| • Qan ver, həyat xilas et!
Dünən, 16:23 |
|
|
|
| • Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik - Pezeşkian
Dünən, 16:21 |
|
|
|
| • Saxta nikaha girənlər həbs oluna bilər
Dünən, 16:19 |
|
|
|
| • Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Dünən, 15:39 |
|
|
|
| • İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Dünən, 15:32 |
|
|
|
| • Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Dünən, 15:28 |
|
|
|
| • "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Dünən, 15:21 |
|
|
|
| • Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Dünən, 15:19 |
|
|
|
| • Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Dünən, 15:09 |
|
|
|
| • “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Dünən, 15:05 |
|
|
|
| • Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Dünən, 15:04 |
|
|
|
| • Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:46 |
|
|
|
| • Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Dünən, 14:42 |
|
|
|
| • Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Dünən, 14:12 |
|
|
|
| • Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Dünən, 14:10 |
|
|
|
| • Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Dünən, 14:08 |
|
|
|
| • İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Dünən, 13:52 |
|
|
|
| • "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 13:22 |
|
|
|
| • "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 13:18 |
|
|
|
| • Ruslan Quliyev vəfat etdi
Dünən, 13:09 |
|
|
|
| • “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:06 |
|
|
|
| • Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Dünən, 13:02 |
|
|
|
| • “Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Dünən, 13:00 |
|
|
|
| • MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Dünən, 12:59 |
|
|
|
| • İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Dünən, 12:57 |
|
|
|
| • Dostları Aysuna XƏYANƏT EDİB?
Dünən, 12:49 |
|
|
|
| • Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Dünən, 12:47 |
|
|
|
| • Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:44 |
|
|
|
| • 500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Dünən, 12:35 |
|
|
|
|