Əsas Səhifə > Manşet, Siyasət > Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT

Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT


Bu gün, 09:34
Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT
"Nəzərinizə çatdırmaq istəyirəm ki:
1. Mərkəzi Banka ərizə ilə etdiyim müraciətlərdə və orada şəxsən qəbullarda olarkən qeyd etmişəm ki, 2024-cü ilin fevral ayında "Bank Respublika"dan 60 min manat məbləğində ipoteka krediti götürmüşəm. Həmin məbləğ 36 aya 2170 manat olmaqla bölündü. Mənim aylıq maaşım 950 manat, təqaüdüm isə 600 manat təşkil edirdi. İkisi birlikdə 1550 manat təşkil edir. Mənə aylıq bölünən 2170 manat mənim aylıq qazancımdan 620 manat çox idi. Mən 2024-cü ilin fevral ayından noyabr ayına qədər öhdəlik üzrə yazılmış aylıq 2170 manat məbləği hər ay gecikdirmədən çətinliklə də olsa ödəmişəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımova ünvanlanan müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Noyabr ayında dəfələrlə banka gedib ərizə ilə müraciət etdim. Qalıq məbləği 3 ilə deyil 4 ilə bölmələrini xahiş etdim. Mənim israrlı təkidlərimdən sonra onlar mənə zəng edərək ödəniş cədvəlinin yeniləndiyini, aylıq ödənişin 1470 manat olacağını və 50-60 manat məbləğində xidmət haqqı verəcəyimi söylədilər. Ödəniş cədvəlini yenilədikləri üçün aylıq ödənişi dekabr ayından ödəyəcəyimi dedilər. Mən banka getdim. Onlar mənə artıq bu dəfə 600-700 manat məbləğində notarial xidmət haqqı olacağını dedilər və məni bankın yaxınlığında yerləşən 46 saylı notariusa göndərdilər. Notariusda mənə heç bir əlavə xidmət haqqı lazım olmadığını, bunun yalnız bank daxili əməliyyat olduğunu dedilər. Mən banka geri qayıtdım və öz iradlarımı onlara bildirdim.
2. Növbəti aylarda (dekabr, yanvar, fevral) yenə heç bir gecikmə olmadan hər ay onların dediyi yeni qrafik üzrə 1470 manatı bir gün belə gecikdirmədən ödəmişəm. Noyabr ayında ödənişin olmamasının səbəbi isə onların mənə yeni qrafik üzrə ödənişi dekabr ayından ödəyəcəyimi dedikləri olub.
3. Əvvəla, mən hər ay öhdəmə düşən ödənişləri bir gün belə gecikdirmədən ödədiyim halda “notarial xidmət haqqı” adı altında məndən istədikləri pulu vermədiyimə görə bankın bəzi işçiləri mənə qarşı qərəzli mövqedə dayanıb. Məni kredit üzrə öhdəlikləri tam və vaxtında yerinə yetirməməkdə günahlandırırlar. Görəsən öhdəliyi pozan kimdir? Bankın bəzi işçiləri, yoxsa mən?
4. Sonrası isə, əgər “notarial xidmət” adı altında məndən tələb olunan 600-700 manat məbləğ qanuni idisə, onda bank bir surətini Mərkəzi Banka, bir surətini isə mənə ünvanladığı məktubda nəyə görə qeyd etmir ki, həqiqətən də notarial xidmət haqqı vacib idi və mən onu ödəməkdən imtina etdiyimə görə onlar ikinci dəfə tərtib etdikləri ödəniş cədvəlini ləğv ediblər.
5. Mən yuxarıda da qeyd etdiyim ki, kredit üzrə öhdəlikləri tam və vaxtında yerinə yetirmişəm. Bank özü qanunları pozaraq və səlahiyyətlərindən sui-istifadə edərək, ödənişləri bir gün belə gecikdirmədiyim halda məndən notarial orqanına müraciət edib.
6. Aylıq ödənişi hesablayarkən mənim real aylıq qazancımı nəzərə almayan, mənim üçün minimal dolanışıq xərci saxlamayan, rəsmi aylıq qazancımdan mənə artıq pul hesablayan, yeni ödəniş cədvəli tərtib etdikləri üçün notarial xidmət haqqı adı altında məndən 600-700 manat məbləğində pul istəyən, bu məbləği verməyəndə yeni ödəniş cədvəlini mənə xəbərdarlıq etmədən ləğv edən, ödənişləri bir gün belə gecikdirmədiyim halda mənim üçün notarius vasitəsilə icra qeydi göndərən, hələ bu azmış kimi, məni öhdəliyi tam və vaxtında yerinə yetirməməkdə günahlandıran bank qanunları pozur, yoxsa ki, mən ?
7. Üç il müddətinə 60 min manat pulun müqabilində 18104 manat faiz borcu hesablayan bank bir il müddətində həmin məbləğin 9500 manat məbləğini artıq alıb. Qalan 8600 manat faiz borcu iki il müddətinə ona artıq sərf etmir. Ona görə də müxtəlif bəhanələr qoyaraq verdiyi pulu geri almaq istəyir.
Xahiş edirəm, diqqətlə araşdırın və ölçü götürün..."

Geri qayıt