Camaatı boğaza yığan qurum: özlərinin isə veclərinə deyil... - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 10-12-2024, 09:57 | Çap et
 Dünyanın qeyri-sabit ölkələrində nə də baş versə, bəsit sosial problemlərlə üzləşmirlər. Hətta üzləşsələr, bunu normal məntiqlə izah etmək mümkündür. Misal üçün Suriyanı götürək. İndi ölkədə keçid hökuməti qurulacaq, ara qarışıb, məzhəb itib. Eyni zamanda, Ukraynanı qeyd edək: ölkənin bir hissəsi işğal altındadır, mütəmadi raket hücumları var, şəhərlər xarabalığa çevrilib. Şükür ki, bunların heç biri Azərbaycanda baş vermir. Sabitlikdir, terror, müharibə, anarxiya riski bizi gözləmir, güclü dövlət nəzarəti təşkil olunub. Amma o ölkələrdə bir damcı yağış yerə düşəndə heç bir fəlakət yaşanmır, bizdə isə az qala fövqəladə vəziyyət elan olunsun. Halbuki Suriya, Ukrayna müharibə ucbatından fəlakət içindədir, bizsə hər yağış yağanda biabırçılıqla üzbəüz qalırıq. Niyə? Çünki "Azərsu" ASC, ya da Dövlət Su Ehtiyatları Agentliyi başabəla qurumdur. Belə yerə deyərlər ki, Allah Dövlət Su Ehtiyatları Agentliyi kimi bir qurumu düşmənimə qismət eləsin! "Amin" deyən dillər əminik ki, çox olar. Ən azı Bakı və paytaxtın ətraf ərazilərində yaşayanlar əllərini göyə qaldırar. Çünki bu qurumun yarıtmaz, bivec, laqeyd münasibəti üzündən hər yağış yağanda əhali selin-suyun içində qalır. Nə Suriyada, nə Ukraynada, nə Əfqanıstanda belə rüsvayçılıq olmur. Artıq o həddə gəlib ki, insanlar yağış yağmaması üçün dua edirlər. Əgər konkret fakt, sübut lazımdırsa, gəlin ərazilər üzrə şikayətlərə diqqət yetirək: Anaxeber.info məlumat verir ki, sosial mediada vətəndaşların çəkib paylaşdığı videolar var. Onlara baxanda buranın Azərbaycan olduğuna inana bilmirsən. Məsələn, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi. Rəhmətlik qəzəlxan yaşasaydı, onun adını daşıyan küçənin azca yağan yağışdan Baltik gölünə çevrilməsinə bir şeir guppuldadardı. Sakinlərin yaydığı görüntülərdən məlum olur ki, yağış suları küçəyə dolub, axıntı yoxdur, insanlar boğazlı çəkmələrlə gəzirlər. İlahi, hansı zəmanədir, neçənci əsrdir? İlon Mask sürücüsüz maşın ixtira edir, dünya yaşıl enerjiyə keçid strategiyası yürüdür, kosmosa raketlər yerləşdirilir, Dövlət Su Ehtiyatları Agentliyi isə paytaxtı və Abşeronu yağış sularına qərq edib. Görün nə dərəcədə yiyəsizlik, xidmətsizlikdir ki, sakinlərin müraciətinə baxılmır, insanlar az qala qayıqla hərəkət edirlər. Belə videolardan Masazırın bir çox küçələrində görmək olar: eyni mənzərə, eyni fəaliyyətsizlik. Ancaq siyahı bununla qurtarmır: Abşeronun Xırdalan şəhərinin Əli Vəliyev küçəsi də bərbad vəziyyətdədir. Agentliyin sədri Zaur Mikayılov isə bahalı avtomobili ilə bu küçələrdən keçmədiyi üçün onu əhalinin həyatı maraqlandırmır. Əslində isə birbaşa prezidentə qarşı sabotajdır. Görəsən, sosial şəraitin kövrək vaxtında narazılığı körükləmək Zaur Mikayılovu qorxutmurmu? Əgər dövlətlə vətəndaş arasında narazılıq yaranmasından narahat olmasaydı, bu problemlərə operativ reaksiya verərdi, üstəlik, qurumun piarını aparardı ki, bu işləri görüb vətəndaşları məmnun etdik. Ancaq onları qətiyyən maraqlandırmır ki, məsələn, Bakının Şağan kəndində, Badamdar qəsəbəsində, həmçinin, Pirallahı rayonunda yağış suları hansı fəlakətə səbəb olub. Vətəndaşlar qeyd edirlər ki, kanalizasiyalara su axmır, nasosla suları çəkmirlər, hər şeyi Allahın ümidinə buraxıblar. Nəticədə insanlar boğazlı çəkmədə gəzir, maşınlar suyun altında qalır, evləri, həyətləri su basır, insanlar çölə çıxa bilmirlər. Bütün bunlar aylardır deyilir, daha əvvəlki yağış tuneldə iki nəfərin həyatına son qoydu, yenə də dərs çıxarılmır. Ümumiyyətlə, yarım saat yağışlı hava kifayətdir ki, Bakının Qaraçuxur, Bakıxanov, Yeni Günəşli, Ramana, Biləcəri, Binəqədi və bir çox ərazilərində sel-su əlindən hərəkət iflic olsun. Sosial şəbəkələrdə yağış kimi dolub - daşan videoları izləyin: Sabunçunun Əfəndiyev küçəsindən tutmuş Hövsana qədər elə küçə, yol yoxdur ki, su altında qalmasın. Hətta Masazırda həyətlərdən birinin gölə çevrildiyini əks etdirən videoda danışan sakin sarkazmla bildirirdi ki, bu hadisələr eramızdan əvvəl olub, III Dara gəlib Yunanıstanı belə işğal edib. Yəni əhali hirsindən lağ edir, "Azərsu"nun rəzil fəaliyyətsizliyini məsxərəyə qoyur. Doğurdan da sanki orta əsrlərdə yaşamaqdayıq. Qarşıdan 2025 gəlir və mətbuat daha bu məsələlər haqda yazmalı deyildi, arxaik problemlər olmalıydı. Dünya inkişaf edir, müasir texnologiyalar bir-birini əvəz edir, amma Zaur Mikayılovun rəhbərlik etdiyi struktur ölkəni hansısa Zimbabve, Mozambik səviyyəsinə endirib. Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi də buna səbəb kimi göstərilə bilər. Azərsu”ya 120 milyon dollarlıq yeni bina tikmək əvəzinə bu problemlərin həlli üçün kompleks işləri görmək haqda düşünmək lazımdır.
Azər Talıbov Anaxeber.info

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Bu gün, 12:55 |
|
|
|
| • Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Bu gün, 12:52 |
|
|
|
| • MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Bu gün, 12:49 |
|
|
|
| • Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
| • Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Bu gün, 12:41 |
|
|
|
| • Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Bu gün, 12:32 |
|
|
|
| • Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
| • 5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Bu gün, 12:25 |
|
|
|
| • Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Bu gün, 12:21 |
|
|
|
| • Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Bu gün, 12:17 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Bu gün, 12:13 |
|
|
|
| • “ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Bu gün, 12:09 |
|
|
|
| • Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Bu gün, 12:07 |
|
|
|
| • Elgizin verilişi bu tarixdə başlayacaq
Bu gün, 12:01 |
|
|
|
| • Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Bu gün, 11:55 |
|
|
|
| • Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
| • "PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Bu gün, 11:48 |
|
|
|
| • Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Bu gün, 11:44 |
|
|
|
| • "Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Bu gün, 11:39 |
|
|
|
| • 70 MİLYON, YOXSA 7 MİLYARD? – Mehdiyevin “yığdıqları” milyonlarla ölçülə bilməz...
Bu gün, 11:28 |
|
|
|
| • Röya Ayxan 80 milyon manata ev alıb? - AÇIQLAMA
Bu gün, 11:25 |
|
|
|
| • Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? - İDDİA
Bu gün, 11:21 |
|
|
|
| • İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • “Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” - NƏ BAŞ VERİR?
Bu gün, 11:08 |
|
|
|
| • Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü – MƏHKƏMƏ
Bu gün, 11:06 |
|
|
|
| • Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bu gün, 11:02 |
|
|
|
| • Paşinyanın sözləri İrəvanı qarışdırdı: - Tiqranyandan sərhəd xəbərdarlığıq
Bu gün, 11:00 |
|
|
|
| • Zelenski Putinlə bu ölkədə görüşə hazırdır
Bu gün, 10:52 |
|
|
|
| • "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Bu gün, 10:43 |
|
|
|
| • Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? - Ermənistan Müdafiə Nazirliyində qarşıdurma
Bu gün, 10:39 |
|
|
|
| • “Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:37 |
|
|
|
| • AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək
Bu gün, 10:35 |
|
|
|
| • “Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək - DETALLAR
Bu gün, 10:34 |
|
|
|
| • Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Bu gün, 10:32 |
|
|
|
| • Moskva-İrəvan gərginliyi: liderlərin fikirləri niyə toqquşdu? - qarşıdurma iki səviyyədə inkişaf edir
Bu gün, 10:30 |
|
|
|
| • İranda iqtisadi böhran ən kritik səviyyələrindən birinə çatıb – “The Jerusalem Post”
Bu gün, 10:28 |
|
|
|
| • Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
| • Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq - Sizin belə bir haqqınız yoxdur, işinizlə məşğul olun
Bu gün, 10:14 |
|
|
|
| • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTO
Bu gün, 09:56 |
|
|
|
| • Bakıya qarşı yeni ittifaq mesajı? - NƏ BAŞ VERİR?
Bu gün, 09:36 |
|
|
|
| • Bütün ermənilər Azərbaycan yanacağından istifadə edir - DETALLAR
Bu gün, 09:34 |
|
|
|
| • Bakıya qarşı Cekson-Venik düzəlişi - ABŞ-la ticarətdə daha bir əngəl
Bu gün, 08:48 |
|
|
|
| • Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb
Bu gün, 08:46 |
|
|
|
| • Sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə 18, digərinə isə cəmi 6 saat dərs yükü... - BU NƏDİ BELƏ?
Bu gün, 08:38 |
|
|
|
| • Bakı təhsil idarəsindən NAZİRLİYİN XƏBƏRİ VARMI? - İTTİHAM VAR...
Bu gün, 08:35 |
|
|
|
| • Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı... - İKT sualları niyə verilib?
Bu gün, 08:28 |
|
|
|
| • BİR DEPUTAT ELMİ RƏHBƏR, DİGƏRİ RƏSMİ OPPENENT... - AAK sədrinin qızı fəlsəfə doktoru elmi dərəcəsi alır
Bu gün, 08:19 |
|
|
|
| • Putin qərar verə bilmir, Paşinyan məsuliyyəti üzərinə götürmür - Görünəni odur ki...
Bu gün, 08:10 |
|
|
|
| • ŞƏT parıltısı altında boşluq - Bu qurum Azərbaycana nə verir?
Bu gün, 08:08 |
|
|
|
| • Si Cinpin Pezeşkiyanı niyə gözardı (iqnor) etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:04 |
|
|
|
|