"Hanı o Pşemislavlar, hanı o Martinlər, İsa müəllim?!" - ETİRAZ VAR...
Tarix: 7-10-2024, 09:22 | Çap et
 "Mən AMEA prezidenti, direktor və akademik İsa Həbibbəylinin milli qayğıkeşliyinin, canıyananlığının səmimi olmasına qətiyyən inanmıram. O, Mirzə Cəlilin öz dədə-babalarını saya-hesaba salmayan, tamamilə yadlaşmış, özgələşmiş, tamam başqa mentaliteti və mədəniyyəti mənimsəmiş, başları öz işlərinə qarışmış Martin adlı nəticəsini və Pşemislavı adlı kötücəsini diplomatik nümayəndəlikləri də cəlb etməklə böyük xərclər hesabına, demək olar ki, zorla bir-iki günlüyə Cəlilin 150 illik yubileyində iştirak etmək üçün Polşadan Azərbaycana gətizdirir və bunu camaata hadisə kimi sırıyır..." diaaz.space xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov ifadə edib.
O daha sonra əlavə edib: "Halbuki bu "millətçi", "azərbaycançı", "qayğıkeş" akademik gözünün qabağında ağır maddi vəziyyətə düçar edilmiş, ehtiyacla çarpışan alim həmkarını vecinə də almır, əksinə, onun iztirablarından sanki zövq alır. Niyə? Çünki o, ölkə üçün faydalı olan həqiqi alimə nifrət edir və xarakterində qətiyyən səmimiyyət yoxdur, əksinə, qısqanclıq var. İsa Həbibovun səmimiyyəti heç vaxt dövlət, millət marağı ola bilməz. Öz şəxsi marağı üçün stəkanda fırtına qoparar, ən mənasız işlərlə məşğul olar. Hanı o Pşemislavlar, hanı o Martinlər, İsa müəllim?! Onların Azərbaycana dəxli oldumu? Əlbəttə, yox. Bunu siz də bilirsiniz ki, onları Azərbaycan, hətta Mirzə Cəlil belə əsla maraqlandırmır. Sadəcə ekzotika, şəxsi maraq və nüfuzunuzu artırmaq naminə 2019-cu ildə xərclər çəkib gətirdiniz Bakıya. Bilirdiniz ki, xalqın saf kəsimi mahiyyətinə varmadan şoka düşəcək. Bu mənasız iş üçün bu qədər xərc, səs-küy, səfərbərlik, həngamə, vur-çatlasın Azərbaycanın nəyinə lazım idi? Heç nəyinə! Fəqət İsa Həbibbəyliyə lazım idi! İsfahan lotusu Şeyx Nəsrullahın macəralarını XXI əsrdə də təkrar etmək, xalqı avam yerinə qoymaq kimə lazımdır?! Bir də ki, Mirzə Cəlil Allahdan vəhy olunmuş əfzəl peyğəmbər və ya məsum on iki imamdan biri deyil ki, düşəsən onun müqəddəs nəsil şəcərəsinin dalınca... Məhsuldar bir alimin yetişməsi üçün Azərbaycan reallığında bəzən 40-50 il vaxt lazım olur, çünki sizlərin fəaliyyəti üzündən dövlət qayğısı ünvana gəlib çatmır. O da ya yetişə, ya da yarı yolda ölə, ölməyəni də İsa Həbibov və onun kimilər çərlədib öldürər. İsa Həbibbəyli, Azərbaycan dövlətinin hesabına əldə etdiyiniz maddi imkanlarınız intəhasızdır. Dürüst və faydalı Azərbaycan alimini öldürüb mənasız Pşemislav axtarışına çıxmağı millilik və azərbaycançılıq saydınızsa, vay bizim halımıza! Bu mənada sizin səmimiyyətinizə avamlar inansa da, 11 yaşlı ağıllı uşaq belə, inanmaz!"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Həmin vaxtlar maraqlı işlər görürdük"
Bu gün, 06:20 |
|
|
|
| • Elxan Allahverdiyevin rəhbərliyi altında TİKİNTİ XAOSU - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • Global Media Group-da Adnan Əhmədzadə "təmizliyi" - Elnur Abdullayev və Məmməd Gülməmmədovdan YENİ ADDIM
Bu gün, 06:12 |
|
|
|
| • “Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır
Bu gün, 06:06 |
|
|
|
| • Əmrullayev saxta professorla bağlı qərar verəcəkmi? - Görünəni odur ki...
Bu gün, 06:02 |
|
|
|
| • Bakı, Ankara, Moskva və Brüssel arasında Ermənistan siyasətinin reallığı... - NƏ BAŞ VERİR?
Bu gün, 05:47 |
|
|
|
| • İdarəetmədə Elxan İbrahimov nümunəsi... - AKTUAL
Bu gün, 05:45 |
|
|
|
| • Niyə müalicə üçün HƏLƏ DƏ xaricə gedirik? - ARAŞDIRMA
Bu gün, 05:42 |
|
|
|
| • Ermənilərin yeni “qəhrəmanı” Avanesyan və dəyişməyən xislət - NƏ ETMƏLİ?
Bu gün, 05:39 |
|
|
|
| • Ukrayna nə NATO üzvü olacaq, nə də AB üzvü... - Kalinyak
Bu gün, 05:34 |
|
|
|
| • Aydın Məmmədov: “Adil Qeybulla bizdən üzr istəməlidir" - QALMAQAL
Bu gün, 05:32 |
|
|
|
| • Almaniyada 21 nəfər Yeni il lotereyasında ən azı bir milyon avro udub - "BİLD"
Bu gün, 05:30 |
|
|
|
| • Xalq artisti həkimi ilə fotosunu paylaşdı VƏ...
Bu gün, 05:02 |
|
|
|
| • Təkcə oturmaq üçün 80 manat... - BU DA SİZƏ YENİ İL SÜRPRİZİ...
Bu gün, 04:55 |
|
|
|
| • "RAHAT market'dən QİYMƏT FIRILDAĞI - AXI NİYƏ?..
Bu gün, 04:47 |
|
|
|
| • 'Azəriqaz'dan ƏNƏNƏVİ PROBLEM... - "Ölkə əhalisini qazsız saxlamağın bədəli olmalıdır..."
Bu gün, 04:39 |
|
|
|
| • Müştərisini soyan bankdan... ancaq qaçarlar... - GİLEY
Bu gün, 04:30 |
|
|
|
| • "Mən hansı kalondayam, görəsən?" - Məşhur YAP-çı sual edir...
Bu gün, 04:18 |
|
|
|
| • Mərkəzi Bankın hesabatındakı həqiqətlər... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:59 |
|
|
|
| • Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb - Rioni körpüsü işi
Bu gün, 03:53 |
|
|
|
| • "Bunun adı biabırçılıq deyilsə, bəs nədir..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:48 |
|
|
|
| • Azərbaycan Dövlət Neft Şirkətini İsrailə neft satmaqda ittiham edirlər - Türkiyədə təxribat...
Bu gün, 03:31 |
|
|
|
| • Tramp xəstələnəcək, müharibə bitəcək, çevriliş olacaq - Şamanlardan 2026-cı il proqnozları
Dünən, 16:29 |
|
|
|
| • "Bir-birimizi görəndə doğmalığı hiss edirik"
Dünən, 13:00 |
|
|
|
| • "Guya ki, bunların fövqəladə işləri var" - Məşhur YAP-çı sabiq deputat onları tənqid etdi
Dünən, 12:57 |
|
|
|
| • “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
Dünən, 12:54 |
|
|
|
| • Əgər yanacağın qiyməti qalxdısa... - AKTUAL
Dünən, 11:42 |
|
|
|
| • 2026-cı ildən NƏ GÖZLƏYƏK... - ARAŞDIRMA
Dünən, 11:38 |
|
|
|
| • Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar - İran alov içində
Dünən, 11:31 |
|
|
|
| • Avropa liderləri buna görə qəzəblidir
Dünən, 11:09 |
|
|
|
| • Paşinyan Azərbaycanla sülhdən danışdı - TƏFƏRRÜAT
Dünən, 11:05 |
|
|
|
| • Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN
Dünən, 11:00 |
|
|
|
| • Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI - Bu, hələ harasıdır...
Dünən, 10:53 |
|
|
|
| • Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Dünən, 10:30 |
|
|
|
| • "Amma qazın pulunu iki gün gecikdirsək..." - NARAZILIQ VAR...
Dünən, 10:26 |
|
|
|
| • "Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" - Kənan MM
Dünən, 10:19 |
|
|
|
| • 2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? - PROQNOZ
Dünən, 09:54 |
|
|
|
| • "Yaşayan Nostradamus"dan 2026-cı il üçün 10 QORXULU PROQNOZ
Dünən, 09:45 |
|
|
|
| • "Kaspi" qəzeti 145 illiyini qeyd edir
Dünən, 09:41 |
|
|
|
| • Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
| • Gürcüstanın ən varlı adamı.... - Azərbaycanda da biznesi var...
Dünən, 08:02 |
|
|
|
| • Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... - İl bitib artıq... TENDER-MENDER də lazım deyil...
Dünən, 07:59 |
|
|
|
| • 100 milyonlarla insan üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
Dünən, 07:47 |
|
|
|
| • Azərbaycanda İŞİD təbliğatı necə aparılır? - Əlixan Musayev nə etmək istəyir?
Dünən, 07:45 |
|
|
|
| • İranın Zəngəzur HƏYƏCANI - AXI NİYƏ?..
Dünən, 07:40 |
|
|
|
| • Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... - GƏLİŞMƏ
Dünən, 07:27 |
|
|
|
| • Tariflər aztəminatlıları çətin duruma salır - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:22 |
|
|
|
| • Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib - BU DA BU...
Dünən, 07:17 |
|
|
|
| • Bu il mənzil bazarı NECƏ OLACAQ... - Ekspert deyir ki...
Dünən, 07:15 |
|
|
|
| • Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... - Eminquey Akif
Dünən, 07:09 |
|
|
|
|