"Böyük Qayıdış" Strategiyası və... .....                     İcra başçıları üçün yaş həddi .....                     TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM .....                     Ordumuz yeni modelə keçir, gücünü artırır .....                     Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... .....                     “Buraxılış imtahanı DİM-dən alınmalıdır” .....                     “Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” .....                     Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... .....                     "Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı .....                     Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb .....                     İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir .....                     'Texniki nasazlıq' adı altında SOYĞUN .....                     Taliban Əfqanıstanı zülmətə bürüyür... .....                     Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... .....                     AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... .....                     "Siyasi müstəvidə də vəziyyət dəyişir..." .....                     “Azercell”in vətəndaşın cibinə girməkliyi... .....                     Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... .....                     Əli Həsənov hələ də TENDER UDUR .....                     Naxçıvanda işıq dirəyi YEYİNTİSİ .....                     Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... .....                     Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb .....                     Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” .....                     40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Bakıda kişi ondan pul istəyən sevgilisini döydü .....                     Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: .....                     Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib .....                     İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var .....                     Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu .....                     Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib .....                     “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib .....                     Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib .....                     Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib .....                     Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib .....                     Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir .....                     İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası .....                     Ən radikal “erməni”nin Bakıya növbəti hücumu .....                     SEPAH İsraili müharibə ilə təhdid etdi .....                 

Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... – HƏYAT HEKAYƏTİ
Tarix: Bu gün, 07:00 | Çap et

Bakının Buzovna qəsəbəsinin məzarlığında çox məzar var, amma hamının diqqətini çəkən qoşa qəbirə insanlar “qoşa xoşbəxt məzar” deyir...

Mətbuatda belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Mömünat Qurbanova hadisə yerindəcə keçinib”.

Quru, ürəksiz informasiyaları sevmirəm, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur.

Bu dəfə də elə oldu.

Qəhrəmanım “Dərviş Parisi partladır” filmində Şərəfnisə, “Qaçaq Nəbi”də Həcər obrazlarında çəkilən, aktyor Ənvər Həsənovun həyat yoldaşı, aktrisa Mömünat Qurbanovadır.

Buzovnada sadə bir ailədə dünyaya gəlib Mömünat xanım. Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundanmı, yoxsa xarakterinə görəmi Mömünat hamıdan ərköyün və çılğın uşaq idi.

Ona görə də orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən olan bu qız məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verəndə hamı bunu ərköyünlük kimi qarşıladı və reaksiya vermədilər. Dedilər, yəqin tezliklə həvəsdən düşüb özünə “düz-əməlli peşə” tapar.

Amma Mömünatın bu ərköyünlüyü ötəri olmadı. Hələ orta məktəb illərində “7 oğul istərəm” filminə o qədər baxmışdı ki, filmi əzbər bilirdi. Cəlalın (Ənvər Həsənovun-red.) dedikləri dilindən düşmürdü. Cəlalın şəklini otağının divarından asmışdı. Hərdən bu foto ilə söhbət edirdi. Ona demişdi ki, səninlə bir filmə çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələr, tənqidlər, təriflər qovluqda, Mömünatın kitab dolabında layiqli yerdə dururdu. İllər keçəcək Mömünat Qurbanova Ənvər Həsənovun evinə həmin qovluqla gəlin köçəcəkdi. Amma hələ buna bir neçə il var. Hələ Mömünat institutun aşağı kurslarında oxuyur, Ənvər Həsənov isə ardıcıl olaraq kinolara çəkilirdi.

1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçirirdi. Tələbə Mömünat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyirdi. Sınağa gələn tələbə qızlar arasında Mömünat Qurbanova Kamil Rüstəmbəyovun sərraf rejissor gözündən yayınmır. Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”,- deyə yarızarafat cavab verir. Amma hər ikisi hiss edir ki, aktrisada əsl bəy, xan qızlarına, xanımlarına xas şahanə görkəm var.

Şərəfnisə roluna ən layiqli namizəd kimi sınaq çəkilişlərindən də Mömünat qalib çıxır.

Ənvər Həsənovun danışdıqlarından: “Münasibətlərimiz elə bu filmlə də başladı. Filmin çəkilişləri başa çatar-çatmaz nişanlandıq”.

1978-ci ildə institutu bitirən Mömünat Qurbanovaya o vaxt hamıya verilən təyinat əvəzinə azad təyinat verilir, çünki artıq tanınmış aktyor Ənvər Həsənovun həyat yoldaşı idi. Ənvər Həsənov onda “Azərbaycanfilm”də çalışırdı.

Ənvər isə onu daha çox evdə görmək istəyirdi: “İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Mömünatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü, bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim”.

İllər keçir, artıq aktrisa olmayacağı ilə sevimli Ənvərin xətrinə razılaşmış Mömünat daha bir filmə dəvət alır. Bu dəfə dəvət deyildi, tələb idi. Ailənin dostu Şeyx Əbdül Mahmudbəyov Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər rolunda Mömünatdan başqa heç bir aktrisanı təsəvvür edə bilmirdi.

Ənvər Həsənov deyir: “Mömünatın igid, ağıllı qadın görkəmi vardı. Çox ağıllı və çox şən qadın idi. Onun sayəsində ailəmizin çoxlu dostları vardı. Onun iştirak etdiyi məclislərdə kollektiv şənlik olardı. Həsən Turabovla Əbdül dedilər ki, razı olmasan, onu qaçırdıb sənsiz çəkəcəyik. Əlacım kəsildi, razılaşdım. Nəbini Həsənağa Turabov oynasa da Həcərlə olan əksər mehribançılıq səhnələrində özüm oynamışam, qrimi elə ediblər ki, hiss olunmayıb. Həcərin at çapmaq səhnələrini də Mömünatın təhlükəsizliyi üçün özüm oynayırdım, çünki mənim təcrübəm vardı, məharətlə at çapırdım. Bir dəfə çəkiliş vaxtı həvəslənib özü mindi ata, at da onu götürüb baş alıb getdi, yaxşı ki, qabağı divara dirəndi. Onda Mömünata möhkəm acığım tutdu, elə bildim itirdim onu. Ona bir şey olsa nə edəcəyimi təsəvvürümə belə gətirə bilmirdim”.

Həcər rolunu oynayanda Mömünatla Ənvərin Aytən adlı bir qızları vardı. Onlar çox övlad istəyirdilər, amma tale yalnız Aytəni bəxş etdi. İkinci uşağın dünyaya gəlməsi üçün Mömünat xanım həyatını riskə qoymalı idi. Ondan olsa, riskə gedərdi. Ancaq Ənvər Həsənov nəyinsə xətrinə Mömünatın həyatını riskə atmağa razı olmadı.

“Mömünat cəmi üç filmə çəkilib, üçündə də mənimlə birgə. Üçüncü film kommersiya filmi idi, hələ də ekranlara çıxmayıb. İndi sevinirəm ki, heç olmasa üç filmə çəkilib, tarixdə qalacaq o filmlərlə. Daha çox çəkilsəydi, böyük uğurlar qazanardı. İncəsənət Muzeyində çalışırdı, elmi dərəcəsi də vardı, tez bir zamanda şöbə müdiri oldu, yəni yaranışdan istedadlı, şən, fəal insan idi”.

Bir gün dostları ilə birgə növbəti ailə şənliyini qeyd etmək üçün şəhər kənarına çıxmaq istədilər.

Mömünat xanımın 50 yaşı olurdu, dekabrın 8-i idi. Dostları onları Nabrana dəvət etmişdilər. Razılaşmışdılar, amma nədənsə yola çıxmaq vaxtı gələndə tərəddüd etdilər. Mömünat xanım axşam nə isə yuxu görübmüş, əhvalı pis imiş.

“Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Mömünat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Mömünat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Mömünat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Mömünat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi...”

50 yaşını qeyd edən kimi dərhal əbədiyyətə qovuşmaq yazılıbmış taleyinə. Ənvər Həsənova isə ondan sonra “bəlkə”lərlə, “kaş” özünə əzab vermək.

Mömünatsız bir dəqiqəsi yox idi. Hər an düşünür, xatırlayır, müşkül suallara öz özlüyündə cavab axtarırdı.

Tale elə gətirib ki, yeznəsi də gənc köçüb həyatdan. Qızı, Murad adlı balaca nəvəsi Ənvər Həsənovla bir yerdə yaşayırdılar. Bir-birlərinə dəstək, dayaq olurdular. Bir də təsəllisi çəkmək istədiyi və çəkəcəyinə inandığı filmlər idi.

Hər il dekabrın 8-i onun ailəsində doğum günü ilə ölüm günü bir yerdə qeyd olunurdu. Düz Ənvər Həsənov dünyasını dəyişənə qədər.

2025-ci il martin 16-da uzun sürən xastəlikdən, əsəbi gərginlikdən, vicdan əzabından (Xanımının ölümündə özünü günahkar bilirdi) sonra Ənvər Həsənov da 74 yaşında dünyasını dəyişdi. Çəkmək istədiyi filmlərin arzusu da onunla birlikdə Mömünata qovuşdu. Hərdən adama elə gəlir, “hansını seçirsən – film çəkməyi, yoxsa Mömünata qovuşmağı” - soruşsaydılar, Ənvər Həsənov ikincini seçərdi.

Bakının Buzovna qəsəbəsinin məzarlığında qoşa, qoşa xoşbəxt məzar var...

Ruhları şad olsun…

Müəllif: Ramilə Qurbanlı - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Böyük Qayıdış" Strategiyası və... - İNCƏLƏMƏ
Bu gün, 08:36
İcra başçıları üçün yaş həddi - AKTUAL
Bu gün, 08:21
TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM - AY MAŞALLAH...
Bu gün, 07:17
Ordumuz yeni modelə keçir, gücünü artırır - ŞƏRH
Bu gün, 07:10
Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Bu gün, 07:06
“Buraxılış imtahanı DİM-dən alınmalıdır” - Şagirdləri qorumaq üçün...
Bu gün, 07:04
“Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” - ETİRAZ VAR!
Bu gün, 07:02
Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... – HƏYAT HEKAYƏTİ
Bu gün, 07:00
"Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı — Şirkəti "Marsol Group"la nə bağlayır?
Bu gün, 06:56
Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:51
İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir – İran panikada
Bu gün, 06:49
'Texniki nasazlıq' adı altında SOYĞUN - "Hər kəsi avam bilməyin..."
Bu gün, 06:36
Taliban Əfqanıstanı zülmətə bürüyür... - KİV
Bu gün, 06:30
Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... - İlin sonunadək...
Bu gün, 05:58
"Siyasi müstəvidə də vəziyyət dəyişir..." - Arif Hacılı
Bu gün, 05:36
“Azercell”in vətəndaşın cibinə girməkliyi... - GİLEY
Bu gün, 05:22
Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Cəlilov Musayevi ram edə biləcəkmi...
Bu gün, 05:15
Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... - FAKT BUDUR!
Bu gün, 05:04
Əli Həsənov hələ də TENDER UDUR - TƏFƏRRÜAT
Bu gün, 04:56
Naxçıvanda işıq dirəyi YEYİNTİSİ - "...ora heç kəsin ürəyi yanmır"
Bu gün, 04:49
Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... - AÇILMAYACAQ QAPINI KİM DÖYƏR Kİ...
Bu gün, 04:40
Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb - Naxçıvan Muxtar "Dərəbəyliyində" mütləqiyyət rejimi
Bu gün, 04:36
Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” - İTTİHAM VAR...
Bu gün, 04:29
40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Dünən, 17:26
Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Dünən, 17:15
Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Dünən, 17:14
Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Dünən, 17:10
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dünən, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Dünən, 17:00
Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:53
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Dünən, 16:40
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Dünən, 16:37
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Dünən, 16:35
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Dünən, 16:33
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Dünən, 16:31
Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Dünən, 16:02
İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Dünən, 16:01
Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Dünən, 15:58
SEPAH İsraili müharibə ilə təhdid etdi
Dünən, 15:56
Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Dünən, 15:55
“Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Dünən, 15:53
BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Dünən, 15:50
“Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Dünən, 15:45
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Dünən, 15:43
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Dünən, 15:42
"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Dünən, 15:34
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Dünən, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Dünən, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Dünən, 13:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru