Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb

Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb


Bu gün, 09:42

Ermənistanın dövlət borcu 2018-ci ilin may ayından, Nikol Paşinyanın baş nazirliyi dövründən bəri 110,6% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS Ermənistan Statistika Komitəsinin materialları əsasında araşdırma aparıb.

Ermənistanın sosial-iqtisadi vəziyyəti ilə bağlı 30 aprel 2018-ci il tarixinə olan məlumatlara görə, ölkənin dövlət borcu 6,87 milyard dollar, 30 aprel 2026-cı il tarixinə isə 14,46 milyard dollar təşkil edib. Ən yüksək həddi 2026-cı ilin fevral ayında qeydə alınıb, dövlət borcu 14,78 milyard dollara çatıb ki, bu da Paşinyanın baş nazirliyinin əvvəlindən 115,2% artım deməkdir.

Bundan əlavə, 2025-ci ilin dekabrında Ermənistan hökuməti dövlət borcunun hesablanması metodunu dəyişdirib və artıq daxili və xarici hökumət öhdəliklərini, eləcə də Mərkəzi Bankın borcunu daxil etmir.

Eyni dövrdə xarici borc 21,6% artımla 5,49 milyard dollardan 6,68 milyard dollara yüksəlib.


Geri qayıt