"Mənzərə belədir, indi özünüz bilərsiniz..." .....                     "Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?" .....                     Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu .....                     “Core Construction” Azərbaycana saxta “Lacoste” məhsulları gətirib .....                     Bütün səlahiyyətlər sektor müdirinə verilib? .....                     “RAHAT AUTO”-dan inanılmaz dələduzluq .....                     TTY sistemində NƏ BAŞ VERİR? .....                     "Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır" .....                     İran nefti qlobal bazarı alt-üst edəcək: Bəs Azərbaycan buna hazırdırmı? .....                     Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… .....                     Paşinyanın Konstitusiya dilemması .....                     Ya Paşinyan hoqqabazlıq edir, ya da... .....                     Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli .....                     "Bunu peşəkar idmançılar da təsdiq edə bilər" .....                     Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib .....                     Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar .....                     “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb .....                     Paşinyan müxalifəti hədələdi: .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu .....                     Robert Koçaryana qarşı cinayət işi başlanacaq .....                     Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir .....                     ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... .....                     İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? .....                     "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub .....                     Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır .....                     9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir .....                     Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb .....                     `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... .....                     Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? .....                     Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb .....                     Hansı ölkədə ailələrin daha çox borcu var? .....                     16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi .....                     AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Partiya sədrindən deputata SƏRT TƏPKİ: . .....                     Turistlər Azərbaycana ona görə gəlmirlər ki: .....                     Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi .....                     Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib .....                     İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib .....                 

Paşinyanın Konstitusiya dilemması - “necə” sualı açıq qalıb
Tarix: Bu gün, 05:52 | Çap et

Ermənistanda hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdəki 105 mandatdan 64-nü qazanıb. Bu isə parlamentdə 3/5 səs çoxluğu, yəni konstitusion çoxluq deməkdir.

“Vətəndaş Müqaviləsi” 61 mandat, üstəgəl milli azlıqların, o cümlədən rus icmasının nümayəndələrinə ayrılmış 3 mandat əldə edir. “Güclü Ermənistan” 28 mandat və milli azlıq nümayəndəsi üçün ayrılmış 1 mandat, Ermənistan Bloku isə 12 mandat qazanır”, – Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan komissiyanın iclasında bildirib. İclasın yayımı yerli televiziya kanalları vasitəsilə həyata keçirilib.

Beləliklə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim partiya hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanmaqla yanaşı, konstitusiya qanunlarını qəbul etmək üçün tələb olunan 3/5 səs çoxluğunu da əldə edir.

Lakin partiyanın Ermənistan Konstitusiyasına dəyişikliklər etmək üçün zəruri olan 2/3-lük səs çoxluğu yoxdur.

Deutsche Welle qeyd edir ki, “Vətəndaş Müqaviləsi” Partiyasının formalaşdıracağı hökumətinin qarşısında mürəkkəb vəzifə dayanır. Lazımi sayda mandat əldə etməyən Nikol Paşinyan konstitusiya islahatına başlamaq məcburiyyətində qalacaq. Halbuki bu islahat Bakı tərəfindən sülh müqaviləsinin imzalanması üçün irəli sürülən əsas şərtlərdən biridir və Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi səbəbindən uzun illər davam etmiş qarşıdurmaya son qoymalıdır.

Məsələ ondadır ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üçün Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsidir. Bakı, Ermənistan Konstitusiyasında Qarabağa dair hər hansı iddiaları ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir.

Yəni hakim partiyanın əsas çətinliyi ondan ibarətdir ki, o, parlamentdə üçdə iki səs çoxluğunu – Konstitusiyaya dəyişiklik etmək üçün tələb olunan çoxluğu əldə edə bilməyib. Bu siyasi alətin olmaması Paşinyan hökumətini konstitusiya islahatını maneəsiz şəkildə başlatmaq imkanından məhrum edir.

Halbuki Konstitusiyanın dəyişdirilməsi Azərbaycanın İrəvanla hərtərəfli sülh müqaviləsi imzalaması üçün irəli sürdüyü başlıca şərtdir. Həmin müqavilə 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammitin yekunları üzrə paraflanıb.

Hazırkı mərhələdə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlaması üçün hər hansı ciddi əlamət yoxdur və ilk baxışdan, Konstitusiyaya dəyişikliklərin edilməməsi də ikitərəfli münasibətlərin normallaşması prosesinə mane olmur. Hazırda yüksək vəzifəli şəxslərin görüşləri keçirilir, vətəndaş cəmiyyəti nümayəndələri arasında təmaslar davam edir, sərhədlərin delimitasiyası prosesinin növbəti mərhələləri və nəqliyyat marşrutlarının açılması gözlənilir.

Lakin bundan sonra nə baş verəcək? Axı Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən Bakı sülh müqaviləsini imzalamayacaq.

Ermənistan hakimiyyəti üçün əsas maneə qüvvədə olan Konstitusiyanın 202-ci maddəsindədir. Həmin maddəyə əsasən, Konstitusiyanın yeni layihəsinin referenduma çıxarılması barədə qərar parlament tərəfindən ən azı üçdə iki səs çoxluğu ilə qəbul edilməlidir. Hakim Vətəndaş Müqaviləsi Partiyasının siyasi rəqiblərin dəstəyi olmadan bunu keçirməsi mümkün deyil. Yeni parlamentdə isə müxalifət adına yalnız Rusiyaya meylli revanşist qüvvələr təmsil olunur.

Maraqlıdır, hakimiyyət bu tələbi aşmağa çalışacaqmı? Ədliyyə naziri Srbui Qalyan jurnalistlərlə söhbətində bu suala birbaşa cavab verməkdən yayınıb, lakin kifayət qədər ikimənalı bəyanat səsləndirib: “Üçdə iki səs tələbi hazırda Konstitusiyada nəzərdə tutulub. Amma referendum keçirmək hüququ xalqın birbaşa malik olduğu hüquqdur”.

Hakimiyyət yeni Konstitusiyanın mətninin nə vaxt dərc ediləcəyini hələ açıqlamır. Sənəd hazırda son tamamlanma mərhələsindədir.

Bəs bundan sonra nə olacaq? Konstitusiyanı dəyişmək üçün Konstitusiyanın bəndindən yan keçməyin (nə qədər qəribə səslənsə də) hansısa yolu varmı? Yoxsa Azərbaycan və Ermənistan rəsmi sülh sazişinin imzalanmasını kənara qoyaraq, ikitərəfli münasibətləri inkişaf etdirməklə çıxış yolu tapa bilərlər?

Pressklub.az-ın suallarını region üzrə tanınmış ekspertlər cavablandırıblar.

Siyasi şərhçi Murad Sədəddinov hesab edir ki, Ermənistan Konstitusiyasında, onun Müstəqillik Bəyannaməsinə istinad edilməklə, Azərbaycana qarşı ərazi iddiaları açıq şəkildə təsbit olunduğu halda sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz.

Çünki sülh müqaviləsinin mətni beynəlxalq hüququn fundamental prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə istinad edir və belə bir vəziyyət həmin prinsiplərin kobud şəkildə pozulması olardı. Yəni ortaya paradoksal vəziyyət çıxır. Konstitusiyanın dəyişdirilməsi məsələsi birmənalı şəkildə gündəmdədir və Ermənistan tərəfi bu məsələni həll etməlidir. Necə həll etməlidir? Bu, əlbəttə ki, Ermənistan hakimiyyətinin problemidir. Bunun üçün neçə deputat səsi çatışmır? Altı? Amma düşünürəm ki, indiki hökumət müxalifətdəki müəyyən qüvvələrlə bağlı məsələləri araşdıracaq: onların parlamentə necə düşdüyünü, kim tərəfindən maliyyələşdirildiyini və sair. Beləliklə, parlamentin tərkibini müəyyən qədər dəyişmək mümkün ola bilər. Çünki müxalifət tərəfindən çoxsaylı qanun pozuntuları və seçicilərin satın alınması halları barədə artıq danışılıb.

Nikol Paşinyan seçkilərdən sonra bir neçə dəfə birmənalı şəkildə bəyan edib ki, xaricdən idarə olunan müxalif qüvvələr məsuliyyətə cəlb olunmalıdır. Mən düşünürəm ki, onların fəaliyyəti və seçki prosesində iştirakı ətraflı araşdırıldıqda, bu səsləri ümumiyyətlə hansı yolla topladıqlarına dair təkzibedilməz sübutlar ortaya çıxacaq. Məncə, bu variantlardan biridir.

Əlbəttə, başqa variantlar da var. Mən onları səsləndirmək istəmirəm. Amma hesab edirəm ki, Ermənistan hakimiyyəti ölkəni bu hörümçək torundan, ölkə daxilində fəaliyyət göstərən xarici təsir agentləri şəbəkəsindən qəti şəkildə təmizləməlidir. Çünki bu qüvvələr Ermənistanın müstəqilliyi və suverenliyi üçün açıq təhlükə yaradır və bu təhlükə həmişə qalacaq.

Buna görə də Ermənistan qanunvericiliyinə uyğun şəkildə araşdırmalar aparılmalıdır. Düşünürəm ki, bunun üçün artıq ilkin şərtlər mövcuddur. Biz gördük ki, müxalifətin iki lideri ölkəni tələsik tərk etmək istəyirdi, lakin onların qarşısı alındı. Görünür, onlar törətdikləri əməllərə görə hansı məsuliyyətin gözlədiyini anlayırlar. Beləliklə, hesab edirəm ki, Konstitusiyanın dəyişdirilməsi ilə bağlı məsələlər həll oluna bilər. Çünki bunsuz sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz”, – Murad Sədəddinov vurğulayıb.

Öz növbəsində erməni analitik və publisist İşxan Verdyan qeyd edib ki, həqiqətən də Nikol Paşinyan seçkilərdə qələbə qazanmağa nail olub, lakin onun komandası parlamentdə üçdə iki səs çoxluğunu əldə edə bilməyib.

Bu o deməkdir ki, mövcud şəraitdə Konstitusiyanın dəyişdirilməsi onlar üçün hələ də əlçatmaz vəzifə olaraq qalır.

Amma təkcə sülh müqaviləsinin imzalanması deyil, Ermənistan və Azərbaycan arasında gələcək diplomatik və hüquqi münasibətlərin inkişafı yolunda əsas problemlər də məhz Konstitusiyada gizlənir. Deməli, burada digər beynəlxalq hüquq subyekti ilə bərabərhüquqlu münasibətlərin qurulmasına mane olan müəyyən baryer mövcuddur. Başqa sözlə, ölkənin digər dövlətlə tamhüquqlu əməkdaşlıq etməsinə imkan verməyən sistemli problem göz qabağındadır.

Konstitusiya indiki formada bir çox cəhətdən müasir reallıqlara uyğun gəlmir. Və mənim başa düşdüyümə görə, Nikol Paşinyan komandası bu məsələni bu və ya digər şəkildə həll etməyə çalışacaq.

Konstitusiyanın dəyişdirilməsi üçün müxtəlif yanaşmalar mövcuddur. O cümlədən imza toplanması mexanizmləri və digər mümkün hüquqi alətlər də nəzərdən keçirilir. Hər necə olursa-olsun, əminəm ki, Nikol Paşinyan çıxış yolu tapacaq. Çünki Konstitusiya indiki vəziyyətində Ermənistanın inkişafı və firavan gələcəyi yolunda ciddi maneədir. Və böyük ehtimalla, bu maneə gec-tez aradan qaldırılacaq”, – erməni analitik hesab edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mənzərə belədir, indi özünüz bilərsiniz..." - partiya sədri
Bu gün, 07:29
"Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?" - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu - Sahibi görün kimdir
Bu gün, 07:06
“Core Construction” Azərbaycana saxta “Lacoste” məhsulları gətirib – Mallara həbs qoyuldu
Bu gün, 06:59
Bütün səlahiyyətlər sektor müdirinə verilib? - Murad Məmmədov kimdir?
Bu gün, 06:53
“RAHAT AUTO”-dan inanılmaz dələduzluq - Vətəndaşları aldadıb, ölkədən qaçdılar
Bu gün, 06:40
TTY sistemində NƏ BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 06:31
"Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:22
İran nefti qlobal bazarı alt-üst edəcək: Bəs Azərbaycan buna hazırdırmı? - AKTUAL
Bu gün, 06:19
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… – RƏSMİ
Bu gün, 06:16
Paşinyanın Konstitusiya dilemması - “necə” sualı açıq qalıb
Bu gün, 05:52
Ya Paşinyan hoqqabazlıq edir, ya da... - NƏ BAŞ VERİR?
Bu gün, 05:49
Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli - TƏFƏRRÜAT
Bu gün, 05:45
"Bunu peşəkar idmançılar da təsdiq edə bilər"
Bu gün, 05:43
Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib
Bu gün, 05:39
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar - CNN
Bu gün, 05:36
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTO
Dünən, 18:26
Paşinyan müxalifəti hədələdi: - “Kökünü qazıb məhv edəcəm!”
Dünən, 18:23
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
Dünən, 18:20
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Dünən, 18:17
Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Dünən, 18:16
ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Dünən, 18:11
İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Dünən, 18:10
"Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub
Dünən, 18:08
Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır - "Bloomberg"
Dünən, 18:07
9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir
Dünən, 18:05
Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb - KİV
Dünən, 18:03
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Dünən, 17:56
Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? - Ekspert deyir ki...
Dünən, 17:43
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
Dünən, 17:42
Hansı ölkədə ailələrin daha çox borcu var?
Dünən, 17:21
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi - TƏFƏRRÜAT
Dünən, 17:18
AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb - DİQQƏT!
Dünən, 17:13
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər - GƏLİŞMƏ
Dünən, 17:06
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər
Dünən, 17:04
Partiya sədrindən deputata SƏRT TƏPKİ: . - Elə sözlər dedi ki..
Dünən, 16:28
Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...
Dünən, 16:20
Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi - KİV
Dünən, 16:15
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI
Dünən, 16:02
İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib
Dünən, 15:54
Pekinin Rusiya və İranla bağlı öz planları var... - İNCƏLƏMƏ
Dünən, 13:21
Xəzər Türklərinə aid qeyri adi toqqa - FOTO
Dünən, 13:18
Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Dünən, 13:15
Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Dünən, 13:07
BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Dünən, 13:03
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Dünən, 12:58
Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Dünən, 12:55
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Dünən, 12:40
Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Dünən, 12:36
Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru