Ötən ilin yekununa olan məlumata görə, Azərbaycanda ev təsərrüfatlarının (ailələrin) borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 14,3% təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat məşhur “CEIC Data” portalında yer alıb.
Məlumata görə, Azərbaycanda ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti son illərdə əsasən 10-15% diapazonunda dəyişib. Göstəricinin tarixi maksimumu 2015-ci ildə 15,4%, minimum səviyyəsi isə 2005-ci ildə 3,1% olub.
Müqayisə üçün bildirək ki, region ölkələrindən Gürcüstanda bu göstərici 36,9%, Ermənistanda 33%, Rusiyada 18,7%, Belarusda 10,5%, Türkiyədə isə 10,1% olub.
Qeyd edək ki, ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbətinin ən yüksək olduğu ölkələr aşağıdakı kimi olub:
İsveçrə – 125,1%
Avstraliya – 120,3%
Kanada – 99,5%
Niderland – 97,2%
Tayvan – 94,3%
Ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbətinin ən aşağı olduğu ölkələr isə aşağıdakı kimi olub:
Tunis — 0,0%
Malavi — 0,3%
Küveyt — 1,1%
Venesuela — 3,4%
Ukrayna — 4,1%









