“Məqsədimiz heyvandarlıq təsərrüfatının fəaliyyətini araşdırmaqdır” .....                     "Körpələr doğulan kimi bilərəkdən ana südündən uzaqlaşdırılır" .....                     Tofiq İsmayılovun oğlu yenidən məhkəmə qarşısında .....                     18 ildir axtarışda olan azərbaycanlı “qanuni oğru” saxlanıldı .....                     "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı .....                     Saxta arayış verən şirkət direktorundan xəbər var .....                     Paşinyan qalib gəldi... BİZ İSƏ... .....                     Yevlax Olimpiya Kompleksinə ayrılan pullarla “Hovers Group” daha neçə çoxmənzilli bina tikə bilərdi .....                     Həkim :”Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir” .....                     Rus səfirliyindən Bakıda Puşkinin heykəli önündə TƏXRİBAT... .....                     Teatr səhnəsində özünün yox, dodağının izi qalan aktyor .....                     İranın ABŞ bazalarına zərbələri zamanı hədəflərin 70%-i uğurla vurulub .....                     Aşağı Əskiparada sərhəd hasarı niyə hələ tikilməyib? .....                     Rusiya dördüncü məğlubiyyətini Ermənistanda yaşadı .....                     Kreditlər azalıb, yoxsa problemlər? .....                     “Kontakt Home”un tələb etdiyi cərimə məbləği məhkəmədə 18 dəfə azaldılıb .....                     Paşinyanın qələbəsindən sonra Ermənistana 25 milyon dollar ayrıldı .....                     Şüvəlanda “Türk dünyasına səyahət” adlı tədbir keçirilib .....                     Cənubi Qafqazın İstanbul “qalxanı” .....                     Prezidentin fərmanlarını SABOTAJ EDƏN KİMLƏRDİR? .....                     Rusiya Ermənistan məhsullarına nəzarəti GÜCLƏNDİRİR .....                     Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib .....                     İsmayıllıda MEŞƏ ALVERÇİLƏRİ İŞ BAŞINDA... .....                     Sülh sazişinə “ev sahibliyi” uğrunda rəqabət qızışır .....                     Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək .....                     Məhkəmə rüşvət alan 19 vəzifəli şəxslə bağlı daha bir qərar çıxardı .....                     İmişlidə direktor özbaşınalığı və regional rəhbərliyin "HAQQ" məntiqi! .....                     Burda YEYİNTİ az qala GÖZƏ GİRİR... .....                     ABŞ-nin "MQ-9 Reaper" təyyarəsi vurulub və bölgədəki bazalarına zərbələr endirilib .....                     AzəriQaz-da QƏZA: XƏSARƏT ALANLAR VAR... .....                     Araz çayında batan məktəblinin meyiti tapıldı .....                     Yeni yol qaydaları qalmaqal yaratdı .....                     Burda BAZAR PRİNSİPLƏRİ hakimdir? .....                     Aİ Rusiya ilə danışıqlarda iştirak etməlidir .....                     Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki... .....                     Bu nə əyləncədir, bu nə həvəsdir? .....                     AYNA üçün vacib olanı qazancdır... .....                     "Ola bilsin ki, həmin müəllimlərlə bağlanmış əmək müqavilələrinə xitam verilsin" .....                     İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... .....                     Maaşı yubanan işçilərdən ilginc müraciət .....                 

Sülh sazişinə “ev sahibliyi” uğrunda rəqabət qızışır - İNCƏLƏMƏ
Tarix: Bu gün, 09:39 | Çap et

Moskvanın Azərbaycanla münasibətlərin müsbət dinamika üzrə inkişaf etdiyini bəyan etməsi və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bildirməsi Rusiyanın Cənubi Qafqazda təsirini qorumaq niyyətindən xəbər verir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, regionda geosiyasi vəziyyətin dəyişdiyi bir vaxtda Kreml mövqelərini itirməmək üçün daha fəal siyasət yürütməyə başlayıb. Moskvanın təşəbbüsləri artıq danışıqların başlanmasından çox prosesin formal yekunlaşmasına yönəlib.

Çünki sülh müqaviləsinin əsas mətninin böyük hissəsi tərəflər arasında razılaşdırılıb. Bu isə o deməkdir ki, məsələ artıq texniki və siyasi detalların tamamlanmasına gəlib çatıb. Belə bir mərhələdə isə “harada imzalanacaq” sualı geosiyasi rəqabətin əsas predmetinə çevrilir. Buna baxmayaraq, həm Bakı, həm də İrəvan Rusiyanın vasitəçilik platformasını diplomatik şəkildə geri çevirə bilər. Bunun başlıca səbəblərindən biri ABŞ-nin prosesdə artan fəallığıdır. Vaşinqton son aylarda regionda diplomatik aktivliyini xeyli artırıb və sülh gündəliyində əsas oyunçulardan birinə çevrilib. Hətta sülh sənədinin ilkin paraflanmasının Ağ Evdə baş tutması ehtimalı yekun imzanın da ABŞ paytaxtında atılmasını real ssenari kimi gündəmə gətirir.

ABŞ Prezidenti Donald Tramp da çıxışlarında Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan irəliləyişlərdə Vaşinqtonun rolunu xüsusi vurğulayır. Bu isə göstərir ki, sülh prosesi artıq yalnız regional deyil, qlobal siyasi rəqabətin bir hissəsinə çevrilib. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putin region ölkələrinin liderləri ilə təmaslarını intensivləşdirib və xüsusilə Ermənistandakı daxili siyasi prosesləri diqqətlə izləyir. Moskva üçün İrəvanda baş verən siyasi dəyişikliklər həm də regiondakı ümumi güc balansına birbaşa təsir edən amil kimi qiymətləndirilir.

Beləliklə, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması yalnız iki ölkə arasında münasibətlərin normallaşması deyil, eyni zamanda böyük güclər arasında nüfuz mübarizəsinin mühüm epizoduna çevrilməkdədir. Bu isə sənədin harada və hansı şərtlər altında imzalanacağını ən azı məzmunu qədər əhəmiyyətli edir.

“Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq”. Bu barədə iyunun 1-də ABŞ Prezidenti Donald Trampın “Bakı Enerji Həftəsi”nə ünvanladığı məktubda deyilir. “Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir. Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq”, - Tramp qeyd edib.

“TRİPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir”. Bu sözləri isə iyunun 2-də ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib və Vaşinqtonun rolunu bir daha qabardıb. Rubio bildirib ki, o, əslində lövbərdən daha artıqdır və inqilabi xüsusiyyətə malikdir: “Beləliklə, biz hazırda bu işdə çox fəal iştirak edirik. Biz, sözün əsl mənasında, müqaviləni imzaladıq və bu, bizə özəl sektorun, Amerika maraqlarının xeyrinə, eləcə də Ermənistan, Azərbaycan və digər regional ölkələrin xeyrinə Amerika şirkətlərinin investisiya qoymasına imkan verəcək”.

“Yeni Müsavat”a danışan deputat Elşad Musayev da əmindir ki, yekun sülh müqaviləsi Vaşinqtonda imzalanacaq. Onun sözlərinə görə, sülh mətni harada paraflanıbsa, yekun imza da orada atılacaq: “Çünki Tramp administrasiyası sülh prosesində moderatorluq təşəbbüsünə tamamilə yiyələnib. Bu prosesin bir hissəsi də TRİPP layihəsi olduğu üçün tərəflərin tarixi sülh müqaviləsini ABŞ-də imzalayacağını gözləyirəm. Sözsüz ki, alternativ versiyalar da var. Misal üçün, Gürcüstanın paytaxtında, yaxud sərhədin delimitasiya olunmuş yerində rəmzi məna daşısın deyə ikitərəfli görüşlə sənəd imzalana bilər. Artıq tərəflər arasında etimad formalaşıb və sərhədin ilk delimitasiya olunmuş hissəsində sazişin bağlanması istisna deyil. Lakin bu versiyaları az ehtimal sayıram”.

O hesab edir ki, ABŞ bu prosesi irəli aparan güc mərkəzidir və Tramp son nöqtənin də Ağ Evdə qoyulmasını istərdi: “Buna qədər ABŞ lideri dəfələrlə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan barəsində xoş sözlər deyib, onları özünün dostu adlandırıb, təbrik məktubları yollayıb, Qəzza üçün Sülh Şurasına dəvət edərək orada da hamının gözü önündə xüsusi qiymətləndirib. Son olaraq da Bakı Enerji Həftəsinə göndərdiyi məktubda bir daha vurğulamışdı ki, iyundan sonra danışıqlarda irəliləyiş gözləyir. Bu mənada ortada bir ehtiram və hörmət məsələsi dayanır. Ona görə də liderlərin yekun sülh müqaviləsini ABŞ-də imzalayacağını güman edirəm”.

E.Musayevin fikrincə, Rusiyanın könlündən sənədin Moskvada imzalanması keçir: “Bu, sırf öz piarına hesablanmış niyyətdir. Rusiya bununla göstərmək istəyir ki, 44 günlük müharibədə atəşkəsin əldə olunmasında da onun iştirakı olub, yekun sülh müqaviləsinin bağlanmasında da. Əslində 2020-2023-cü illər ərzində Kremlin belə bir fürsəti var idi. Üçtərəfli 10 noyabr sazişindən irəli gələrək həm Zəngəzur dəhlizinin açılması, həm sülh sənədinin imzalanması üçün əla imkan yaranmışdı. Həmin dövrdə Bayden administrasiyası və Avropa Birliyi prosesə şərik çıxa bilmirdilər. Yalnız bir dövr Brüssel və Makron şərik çıxmağa çalışdılar, amma yenə də Moskvanın gücü daha çox idi”.

Deputatın sözlərinə görə, buna baxmayaraq, Kreml bu şansı itirdi, sonra Ukrayna müharibəsindən çıxa bilmədi və zəiflədikcə regional siyasətində mövqeyini əldən verdi: “Üstəlik, heç bir töhfəsi olmadı, prosesi ləngitməyə çalışdı və tərəflər də bu hiyləni anladılar. Halbuki Rusiya sənədin imzalanmasında rol oynasaydı, Cənubi Qafqazda təsirləri artacaqdı. Ona görə də bu gün Rusiyanın belə bir istəyi olsa da, liderlərin sənədə Moskvada imza atacağı inandırıcı görünmür. Çünki bu müddətdə regionda ciddi dəyişikliklər olub, yeni reallıqlar meydana gəlib”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məqsədimiz heyvandarlıq təsərrüfatının fəaliyyətini araşdırmaqdır” - Tahir Məmmədov
Bu gün, 11:32
"Körpələr doğulan kimi bilərəkdən ana südündən uzaqlaşdırılır" – ŞOK İDDİA
Bu gün, 11:29
Tofiq İsmayılovun oğlu yenidən məhkəmə qarşısında - BUNA GÖRƏ...
Bu gün, 11:27
18 ildir axtarışda olan azərbaycanlı “qanuni oğru” saxlanıldı
Bu gün, 11:27
"Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
Saxta arayış verən şirkət direktorundan xəbər var
Bu gün, 11:23
Paşinyan qalib gəldi... BİZ İSƏ... - AKTUAL
Bu gün, 11:18
Yevlax Olimpiya Kompleksinə ayrılan pullarla “Hovers Group” daha neçə çoxmənzilli bina tikə bilərdi - İLGİNC FAKTLAR...
Bu gün, 11:14
Həkim :”Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir” - BU NƏDİ BELƏ?
Bu gün, 11:10
Rus səfirliyindən Bakıda Puşkinin heykəli önündə TƏXRİBAT... - NƏ BAŞ VERİR?
Bu gün, 11:00
Teatr səhnəsində özünün yox, dodağının izi qalan aktyor - Saffari yazır…
Bu gün, 10:56
İranın ABŞ bazalarına zərbələri zamanı hədəflərin 70%-i uğurla vurulub - "Fars"
Bu gün, 10:53
Aşağı Əskiparada sərhəd hasarı niyə hələ tikilməyib? - Açıqlama (FOTO)
Bu gün, 10:51
Rusiya dördüncü məğlubiyyətini Ermənistanda yaşadı - Denisenko
Bu gün, 10:49
Kreditlər azalıb, yoxsa problemlər? - Ekspert deyir ki...
Bu gün, 10:47
“Kontakt Home”un tələb etdiyi cərimə məbləği məhkəmədə 18 dəfə azaldılıb - TƏFƏRRÜAT
Bu gün, 10:43
Paşinyanın qələbəsindən sonra Ermənistana 25 milyon dollar ayrıldı - BUNA GÖRƏ...
Bu gün, 10:39
Şüvəlanda “Türk dünyasına səyahət” adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:34
Cənubi Qafqazın İstanbul “qalxanı” – Üçtərəfli görüşün mesajı aydındır
Bu gün, 10:29
Prezidentin fərmanlarını SABOTAJ EDƏN KİMLƏRDİR? - NARAZILIQ VAR...
Bu gün, 10:25
Rusiya Ermənistan məhsullarına nəzarəti GÜCLƏNDİRİR - TASS
Bu gün, 10:09
Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib - SİYAHI
Bu gün, 10:07
İsmayıllıda MEŞƏ ALVERÇİLƏRİ İŞ BAŞINDA... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:04
Sülh sazişinə “ev sahibliyi” uğrunda rəqabət qızışır - İNCƏLƏMƏ
Bu gün, 09:39
Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:28
Məhkəmə rüşvət alan 19 vəzifəli şəxslə bağlı daha bir qərar çıxardı - SİYAHI
Bu gün, 08:31
İmişlidə direktor özbaşınalığı və regional rəhbərliyin "HAQQ" məntiqi! - İTTİHAM VAR...
Bu gün, 08:29
Burda YEYİNTİ az qala GÖZƏ GİRİR... - İcazə verin şübhələnək...
Bu gün, 08:23
ABŞ-nin "MQ-9 Reaper" təyyarəsi vurulub və bölgədəki bazalarına zərbələr endirilib - SEPAH
Bu gün, 08:17
AzəriQaz-da QƏZA: XƏSARƏT ALANLAR VAR... - Hal-hazırda isə...
Bu gün, 08:13
Araz çayında batan məktəblinin meyiti tapıldı - TƏFƏRRÜAT
Bu gün, 08:04
Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
Bu gün, 08:03
Burda BAZAR PRİNSİPLƏRİ hakimdir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:01
Aİ Rusiya ilə danışıqlarda iştirak etməlidir - Zelenski belə deyir
Bu gün, 07:45
Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki... - BU NƏDİ BELƏ?
Bu gün, 07:41
Bu nə əyləncədir, bu nə həvəsdir? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:21
AYNA üçün vacib olanı qazancdır... - FAKT BUDUR!
Bu gün, 07:08
"Ola bilsin ki, həmin müəllimlərlə bağlanmış əmək müqavilələrinə xitam verilsin" - Ekspertdən AÇIQLAMA
Bu gün, 07:06
İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... - FOTOFAKT
Bu gün, 07:01
Maaşı yubanan işçilərdən ilginc müraciət - "Elə bir vəziyyət yaranıb ki..."
Bu gün, 06:56
Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Binəqədidə kim nə istədi... EDİR! - BU DA FAKT...
Bu gün, 06:45
"Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcə" - Sərdar Cəlaloğlu
Bu gün, 06:40
Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq? - AKTUAL
Bu gün, 06:37
Seçki baş tutdu, qələbə qazanıldı: Sonra nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:35
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Özümü yaxşı tanıdığım üçün mənfilərimi də etiraf edirəm" - Əməkdar artist
Bu gün, 06:26
Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək - İran ABŞ-yə xəbərdarlıq etdi
Bu gün, 06:24
ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib - KİV
Bu gün, 06:21
Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir - TUSK
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru