Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı .....                     “Bakıda və Abşeronda həkimlə təmin olunma, hətta Avropa standartları səviyyəsindədir” .....                     Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım .....                     Fanatını polisə şikayət edib .....                     Zəngilanda “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermədi: ONLAR DA YOLU BAĞLADI .....                     Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub .....                     Uşaqpulu... .....                     Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb .....                     Efiopiya necə quruya həbs olunmuş ölkəyə çevrildi? .....                     Müəllimlərlə bağlı şok qərar VERİLDİ .....                     Belə olmaz, ay Səidə! .....                     Putindən Paşinyana “ikinci Ukrayna” HƏDƏSİ .....                     Külək nəticəsində Bakıda 41 ağac sınıb .....                     Qaz İxrac İdarəsinin işçiləri TROL ORDUSUNA çevrilib... .....                     Ermənistanın paraddakı "Canavar"ları saxta çıxdı .....                     Kritik seçkiyə 8 gün qalmış sorğunun nəticəsi .....                     Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı .....                     “Tədbir görülməsə fəsadlara yol aça bilər” .....                     Azərbaycan neftinin qiyməti 98 dollara düşüb .....                     Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb .....                     Xalq artistindən ETİRAZ .....                     “Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” .....                     “Bir telefon zəngi ilə həll edərdim” .....                     MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... .....                     Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... .....                     "Bakıxanov Mall"un dam örtüyü uçdu .....                     BMT-nin xüsusi məruzəçilərinə verilən rüşvət və: .....                     Pambığın maya dəyəri və satış qiyməti açıqlandı .....                     Aİİ-dən çıxış Ermənistan üçün şok effekti yarada bilər .....                     UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək .....                     “Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” .....                     Bayram günlərində də PUL YIĞIRLAR... .....                     AYNA-nın cərimə paradoksu .....                     Tənqidi fikirlərə belə dözümsüzdürlər... .....                     DSX əməkdaşı jurnalisti döyməklə hədələdi .....                     Satışda açıq-aşkar TƏHLÜKƏ... .....                     Nağdsız hesablaşmalar: İqtisadiyyata nə verdi? .....                     Ermənistanın silahlanma tempi onun sülh səylərini dəfələrlə üstələyir... .....                     Ermənistandan "əzələ nümayişi": Paşinyan sülhü yox, müharibəni seçir? .....                     Putinin köməkçisi elan etdi, Ermənistanla bağlı sənəd qəbul olundu .....                 

Uşaqpulu... və ya dövlətin gələcəyi ilə müqaviləsi
Tarix: Bu gün, 11:52 | Çap et

Azərbaycanda qəribə bir ənənə formalaşıb. Ölkədə hansısa ciddi sosial problem ortaya çıxan kimi hamı danışmağa başlayır - deputatlar danışır, jurnalistlər təkrarlayır, ekspertlər rəy bildirir, sosial şəbəkələr pıçıldaşır. Bir neçə gün ərzində televiziya efirləri “narahatıq”, “düşünməliyik”, “araşdırılmalıdır” tipli cümlələrlə dolur. Sonra isə hər şey sakitləşir. Problem digəri ilə əvəzlənir. Və hər şey yenidən başlayır.
Uşaqpulu məsələsi də illərdir belədir.

Bu mövzu Azərbaycan cəmiyyətində artıq sosial məsələdən çox psixoloji gərginliyə çevrilib. Çünki vətəndaş anlamır: əgər dünyanın böyük hissəsində dövlət uşağı strateji sərvət hesab edirsə, niyə Azərbaycan bu məsələyə sanki əlavə yük kimi baxır? Ən maraqlısı isə budur ki, mübahisə edən tərəflərin heç biri real təklif və ya model təqdim etmir.

Bir tərəf deyir: "Hamıya uşaqpulu verilsin!". Digər tərəf isə dərhal cavab verir: "Büdcə çatmaz! İnsanlar işləməz! Asılılıq yaranar! Pulu yoxdursa, niyə uşaq dünyaya gətirir?". Və müzakirə burada bitir. Sanki söhbət dövlətdən yox, zərərdə olan hansısa özəl şirkətin maliyyə iclasından gedir.
Halbuki dövlət biznes layihəsi deyil. Şirkət gəlir üçün yaşayır. Dövlət isə insan üçün. Şirkət zərər edən filialını ləğv edə bilər. Dövlət isə öz vətəndaşını ləğv edə bilməz. Məsələ məhz burada başlayır.

HÖKUMƏT NİYƏ QORXUR?

Ədalətli olmaq lazımdır. Dövlətin də öz arqumentləri var. Azərbaycanda 14 yaşına çatmamış 2 milyondan çox uşaq var. Dövlət hər birinə ayda 100 azn müavinat versə, bu büdcəyə ayda 200 milyon AZN, ildə isə 2,5 milyard çox vəsaitə başa gələcək. Üstəlik, hökumət qorxur ki, insanlar uşaqpulu üçün sistemdən istifadə edər (korrupsiya və digər saxta müavinətlər), əmək bazarında passivlik yaranar, dövlət daimi ağır öhdəlik altına girər.

Bu qorxuların müəyyən iqtisadi əsası var. Amma problem ondadır ki, Azərbaycan uzun illərdir bu məsələni yalnız xərc kimi hesablayır, heç bu məsələ ilə bağlı digər vacib sualı vermir: Bəs uşaqpulunun verilməməsinin qiyməti nə qədərdir?

Bəli, uşaqpulunun verilməməsinin də qiyməti var:
- Demoqrafik geriləmə, ailələrin dağılması, doğum səviyyəsinin azalması;
- Kölgə iqtisadiyyatının böyüməsi, rəsmi maaşların gizlədilməsi;
- Sosial aqressiya, gənclərin ölkədən getməsi və nəticə olaraq ölkənin sürətlə qocalması.

Və bunların hər biri gələcəkdə dövlətə bu gün qənaət etdiyi vəsaitdən qat-qat baha başa gələ bilər. Dövlət gərək qənaət etdiyini düşündüyü yerdə gələcəyini itirməsin.

DÜNYA NİYƏ UŞAQPULU VERİR?

Bu gün Almaniya, İsveç, Norveç, Fransa, Yaponiya və hətta doğum böhranı yaşayan Cənubi Koreya uşağa dövlət dəstəyi verir. Bəziləri bunu sosializm hesab edir. Əslində isə bu, çox sərt dövlətçilikdir. Çünki həmin ölkələr anlayır - neft tükənir, qızıl azalır, şirkətlər müflisləşir, siyasi ittifaqlar dəyişir. Amma dövlətin gələcəyinə ümid verən yeganə resurs daim yaşayır — o da uşaqdır. Məsələnin ironiyası ondadır ki, dünyanın ən kapitalist iqtisadiyyatları belə bu həqiqəti anlayıb.

Çünki müasir dövlətlər artıq uşağa “xərc” kimi yox, gələcəyin vergi ödəyicisi, alimi, mühəndisi, müəllimi, həkimi və bu dövləti düşmənlərdən qoruyan əsgəri kimi baxırlar. Bir uşaq bəzən gələcəkdə on illərlə dövlət büdcəsini dolduracaq iqtisadi subyektə çevrilir. Bir uşaq bəzən gələcəkdə Şərqdə ilk Azərbaycan Demokratik Respublikasını yaradan Məhəmməd Əmin Rəsulzadə olur. Digəri ölkəni min bir sınaqdan çıxararaq müasir dövlətə çevirən Heydər Əliyev olur. Onun övladı İlham Əliyev isə minlərlə digər Azərbaycan ailəsinin böyütdüyü övladlarla birlikdə itirilmiş torpaqları geri qaytarır.

Bəs Lüdviq van Bethoven, Viktor Hüqo, Mixail Lomonosov, Çarli Çaplin və Hacı Zeynalabdin Tağıyev? Tarix göstərir ki, dahilər adətən saraylarda yox, həyatın çətinlikləri içində yetişirlər. Dövlət isə məhz ona görə dövlət adlanır ki, gələcəyin Tağıyevini, Rəsulzadəsini, Əliyevini - onların Vətənə verəçəklərini bugünkü imkanları ilə ölçməsin. Bu səbəbdən inkişaf etmiş ölkələr uşağa verilən dəstəyi sədəqə kimi yox, strateji sərmayə kimi qəbul edirlər.

AZƏRBAYCANDAKI ƏSAS PROBLEM NƏDİR?

Azərbaycanın bugünkü problemi sosializmdən kapitalizmə keçid deyil. Problem daha dərindir. Niyəsə çoxları kapitalizmi dövlət modeli kimi deyil, biznes layihəsi kimi başa düşür. Bu yanlış yanaşmanın dərinləşdiyi modeldə:
• vətəndaş “insan” yox, “xərc və ya qazanc maddəsi” olur;
• sosial siyasət “sərmayə” yox, “ziyan” kimi görünür;
• uşaq isə gələcəyin resursu yox, əlavə maliyyə problemi hesab edilir.

Bu səbəbdən bəzən efirlərdə və ya sosial şəbəkələrdə çox təhlükəli fikirlər səslənir: “Pulun yoxdur, niyə uşaq dünyaya gətirirsən?” Bu fikri səsləndirənlər bəlkə də iqtisadi məntiqə əsaslandıqlarını düşünürlər. Lakin dövlətçilik yalnız iqtisadi məntiqdən ibarət deyil.

Dövlətin vəzifəsi yalnız gəlir və xərcləri hesablamaq yox, həm də cəmiyyətin gələcəyini qorumaqdır. Çünki belə çıxır ki, yalnız imkanlı insanların uşaq sahibi olmaq hüququ var. Bəs adi insanlar sevib-sevilə bilməz? Ailə qura bilməz? Həyata uşaq gətirə bilməz? Yəni yoxsul ailənin gələcək yaratmaq haqqı yoxdur? Bəs Lüdviq van Bethoven, Viktor Hüqo, Mixail Lomonosov, Çarli Çaplin və Hacı Zeynalabdin Tağıyev?

Tarix göstərir ki, dahilər adətən yoxsul ailələrdən çıxırlar. Bu artıq sosial məsələ deyil. Bu, dövlətin öz vətəndaşı ilə münasibət fəlsəfəsidir. Əgər dövlət yalnız iqtisadi səmərəliliklə düşünəcəksə, onda sabah yaşlı insan da, əlil və xəstə vətəndaşlarımız da “səmərəsiz yük” hesab edilə bilər. Halbuki dövlətin mahiyyəti məhz zəifi qorumaqdır. Yoxsa dövlətlə baqqal dükanı arasında fərq qalmaz.

BƏS ÇIXIŞ YOLU NƏDİR?

Dünyada ciddi ziyalılar və ekspertlər artıq “uşaqpulu verilsinmi?” sualını yox, “necə verilsin ki, həm ailəyə kömək etsin, həm dövlət büdcəsini dağıtmasın?” sualını müzakirə edirlər. Məsələ “hamıya pul paylamaq” deyil. Məsələ ağıllı sosial model qurmaqdır. Və əslində bunun üçün elə də fantastik büdcələr lazım deyil. Aşağıdakı təkliflər də məhz bu məntiqdən doğur.

1. Gəlirə görə diferensial sistem
Unutmaq lazım deyil ki, belə proqramlarda dövlət birbaşa pul yox, ağıllı sosial dəstək modeli yaratmalıdır. Yəni, dövlət sadəcə pul paylamır, ailənin yükünü azaldır. Bu çox mühüm fərqdir. Məsələn:
- aylıq gəliri, aktivləri və əmanətləri yüksək olan ailələrə uşaqpulu verilməyə bilər;
- dəstək əsasən gəliri müəyyən səviyyədən aşağı olan ailələrə yönəldilə bilər.
Xarici ölkələrdə bunun adı "Means-Tested Benefit" — yəni “yoxlanılmış dəstək” modelidir. Bu həm büdcəni qoruyar, həm də sosial ədaləti təmin edər. Axı uşaqpulu imkanlı vətəndaşın deyil, dövlət dəstəyinə ehtiyacı olan ailənin haqqıdır.

2. Vergi güzəşti modeli
Mən ən maraqlı çıxış yollarından birini məhz bunda görürəm. Uşaqlı ailələr maaşlarından tutulan gəlir vergisinin müəyyən hissəsindən azad edilə bilər. Məsələn:
- 1 uşağa görə 25%;
- 2 uşağa görə 40%;
- 3 uşağa görə 60%;
- 4 və daha çox uşağa görə daha böyük güzəştlər.
Beləliklə, vətəndaş real dəstək alır, insanlar maaşlarını gizlətməyə maraqlı olmur, dövlət böyük birbaşa xərc çəkmir, kölgə iqtisadiyyatı azalır, rəsmi əmək bazarı böyüyür. Bu artıq sosial yardımla yanaşı, iqtisadiyyatın leqallaşdırılması modeli kimi də qəbul oluna bilər.

3. Müvəqqəti işsiz ailə dəstəyi
İşsiz valideynlərə minimum əmək haqqının müəyyən hissəsi qədər müvəqqəti uşaq dəstəyi verilə bilər. Amma paralel olaraq:
- dövlət həmin ailəni işlə təmin etməli;
- peşəsi olmayan vətəndaşlar üçün peşə hazırlığı proqramları yaratmalı;
- dəstəyi mərhələli şəkildə azaltmalıdır.
Nəticə olaraq:
- vətəndaş küçədə qalmır və sosial sistemə qoşulmağa motivasiya edilir,
- sistem daimi asılılıq yaratmır, vətəndaşlar dövlətin ehtiyacı olan peşələri öyrənirlər,
- maaşlar zərfdə alınmır - real əmək haqqı gizlədilmir,
- ən əsası isə, sosial fondlar zərər görmür.

4. Puldan daha vacib olan sosial paketlər
Müasir dünyada ailəyə dəstək təkcə pul deyil. Müxtəlif sosial paketlər bəzi hallarda imkansız ailələrə real dəstək olur:
- ictimai nəqliyyatda güzəştlər (məktəbli kartları və ailə kartları),
- pulsuz dövlət səhiyyəsi (pulsuz peyvənd, pulsuz pediatr xidməti, uşaqlar üçün həyati vacib dərman təminatı),
- pulsuz dövlət təhsili (pulsuz kitablar, məktəb ləvazimatı);
- üçüncü və sonrakı uşaqlara əlavə demoqrafik bonuslar (çoxuşaqlı ailələr üçün ipoteka üstünlükləri və aşağı faizli kreditlər).
Bunlar dövlət üçün daha ucuz, ailə üçün isə effektiv mexanizmlərdir.

ƏSAS MƏSƏLƏ NƏDİR?

Əsas məsələ budur ki, dövlət uşağı problem kimi görməsin. Çünki tarix göstərir: əhalisini zəiflədən dövlətlər sonda iqtisadiyyatını da itirirlər. Bu gün Avropa, ABŞ, Rusiya, Yaponiya və bir çox digər ölkələr demoqrafik böhran yaşayırlar. Gənclər gec evlənirlər. Daha az uşaq sahibi olurlar. Bəzən isə ümumiyyətlə ailə qurmaqdan imtina edirlər.

Bu, yalnız bir iqtisadi sistemin deyil, müasir urbanizasiya, istehlak cəmiyyəti və həyat bahalaşmasının yaratdığı qlobal demoqrafik böhrandır. Azərbaycan da sürətlə bu istiqamətdə gedir. Lakin bu problem bu gün həll olunarsa, gələcək üçün ciddi təminat yarada bilər.

Əgər dövlət bu gün bir avtomobil yolunun tikintisini gələcəyə sərmayə hesab edirsə, niyə gələcəyin müəllimini, həkimini, mühəndisini və əsgərini böyüdən ailəyə verilən dəstək sərmayə hesab olunmur? Axı tikilən yolların yolçuları məhz İnsanlardır. İnsan isə uşaqdan başlayır.

VƏ ƏN SONDA...

Bir daha təkrarlamaq istəyirəm - Dövlətin ən böyük sərvəti neft deyil — o tükənir. Qızıl deyil — o satılır. Şirkətlər deyil — onlar müflisləşə bilir. Siyasi ittifaqlar deyil — onlar dəyişir. Dövlətin ən böyük sərvəti insandır. İnsanın ən böyük davamı isə uşaqlardır.

Dövlət uşağa verilən dəstəyi xərc kimi deyil, gələcəyin iqtisadiyyatına qoyulan sərmayə kimi görməlidir. Bu məqalədə mən “uşaqpulu”nu sovet tipli sosializm kimi yox, dövlətlə vətəndaş arasında strateji müqavilə kimi təqdim edirəm. Biznes layihəsində zərər edən filial ləğv oluna bilər. Amma dövlət öz vətəndaşını ləğv edə bilməz. Çünki dövlətin əsas məqsədi mənfəət deyil, davamlılıqdır.

Müəllif: Vahid Mustafa Yev - anspress.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı – Sərt CAVAB
Bu gün, 12:25
“Bakıda və Abşeronda həkimlə təmin olunma, hətta Avropa standartları səviyyəsindədir” - Müşfiq Məmmədli belə deyir...
Bu gün, 12:21
Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım - Qordon
Bu gün, 12:13
Fanatını polisə şikayət edib - yazdığı şərhlərə görə...
Bu gün, 12:09
Zəngilanda “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermədi: ONLAR DA YOLU BAĞLADI - NARAZILIQ VAR...
Bu gün, 12:05
Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub - KİV
Bu gün, 11:54
Uşaqpulu... və ya dövlətin gələcəyi ilə müqaviləsi
Bu gün, 11:52
Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb
Bu gün, 11:43
Efiopiya necə quruya həbs olunmuş ölkəyə çevrildi?
Bu gün, 11:41
Müəllimlərlə bağlı şok qərar VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:38
Belə olmaz, ay Səidə! - REAKSİYA
Bu gün, 11:29
Putindən Paşinyana “ikinci Ukrayna” HƏDƏSİ – İrəvan QARIŞIR...
Bu gün, 11:20
Külək nəticəsində Bakıda 41 ağac sınıb - AÇIQLAMA
Bu gün, 11:18
Qaz İxrac İdarəsinin işçiləri TROL ORDUSUNA çevrilib... - Babaşov nəyi gizlətməyə çalışır?
Bu gün, 11:17
Ermənistanın paraddakı "Canavar"ları saxta çıxdı - Kəşfiyyatı belə aparacaqlar?
Bu gün, 10:58
Kritik seçkiyə 8 gün qalmış sorğunun nəticəsi - "Hökumət müxalifətin əlinə keçir...”
Bu gün, 10:50
Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı - TƏFƏRRÜAT
Bu gün, 10:48
“Tədbir görülməsə fəsadlara yol aça bilər” - aramsız yağan yağışlar torpaq sürüşmələrini aktivləşdirə bilər?
Bu gün, 10:39
Azərbaycan neftinin qiyməti 98 dollara düşüb
Bu gün, 10:36
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb - SƏBƏB
Bu gün, 10:35
Xalq artistindən ETİRAZ - “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir”
Bu gün, 10:24
“Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı?
Bu gün, 10:23
“Bir telefon zəngi ilə həll edərdim” - Köçəryan müharibədən danışdı
Bu gün, 10:15
MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... - Bakı üçün təhlükə siqnalı
Bu gün, 10:11
Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... - "Bu qədər böyük hoteldə..."
Bu gün, 09:53
"Bakıxanov Mall"un dam örtüyü uçdu - TƏHLÜKƏLİ ANLAR (VİDEO)
Bu gün, 09:43
BMT-nin xüsusi məruzəçilərinə verilən rüşvət və: - seçici xarakterli “müstəqillik”
Bu gün, 09:37
Pambığın maya dəyəri və satış qiyməti açıqlandı – Rayonlar üzrə siyahı
Bu gün, 09:35
Aİİ-dən çıxış Ermənistan üçün şok effekti yarada bilər – Gizli hesablar üzə çıxır
Bu gün, 09:32
UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək
Bu gün, 09:27
“Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” – Ağsu sakini ÇARƏSİZ DURUMDA
Bu gün, 09:25
Bayram günlərində də PUL YIĞIRLAR... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 09:20
AYNA-nın cərimə paradoksu - Günah mobil operatorun üzrəinə atılır…
Bu gün, 09:03
Tənqidi fikirlərə belə dözümsüzdürlər... - "Mənfi rəyləri də silirlər..."
Bu gün, 08:54
DSX əməkdaşı jurnalisti döyməklə hədələdi - "Maska taxıb…"
Bu gün, 07:23
Satışda açıq-aşkar TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Nağdsız hesablaşmalar: İqtisadiyyata nə verdi? - ARAŞDIRMA
Bu gün, 07:15
Ermənistanın silahlanma tempi onun sülh səylərini dəfələrlə üstələyir... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Ermənistandan "əzələ nümayişi": Paşinyan sülhü yox, müharibəni seçir? - GƏLİŞMƏ
Bu gün, 07:12
Putinin köməkçisi elan etdi, Ermənistanla bağlı sənəd qəbul olundu - Hədəf Paşinyandır...
Bu gün, 07:02
Əslində qərarı Putin verir, digərləri də... - AKTUAL
Bu gün, 07:00
"Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir" - NARAZILIQ VAR...
Bu gün, 06:53
"Neçə illərdir deyirəm ki, bu hava şəraiti dünyada idarə olunur..." - Nura Suri
Bu gün, 06:37
"Putinin öz cibi olan “Qazprom” bunu istəmir..." - ONA GÖRƏ DƏ...
Bu gün, 06:31
Trampla bağlı daha bir qadağa... - hakim belə qərara gəlib ki...
Bu gün, 06:09
Rəşid Mahmudov özünə sual verirmi heç... - REAKSİYA
Bu gün, 06:00
44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı - Köçəryandan etiraf
Bu gün, 05:29
Rumıniya Prezidenti dron insidentinin səbəbini açıqlayıb
Bu gün, 05:27
Rusiya qırıcıları hava məkanını pozdu, Fransa hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 05:25
Rusiya Ermənistandan bəzi giləmeyvə və tərəvəzlərin idxalına məhdudiyyət tətbiq edib - KİV
Bu gün, 05:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru