“Hamı yazdı ki, ərə gedirsən?”
Yenicag.az xəbər verir ki, tanınmış aparıcı Vüsalə Əlizadə bu sözləri öz verilişində deyib.
O, ailəsində özəl bir gün yaşandığını bildirib:
“Bacım qızının – anamın ilk nəvəsinin elçiliyi oldu. Ailəmizin bu xoş günündə vaxt azlığından sadəcə çiçəklərin fotosunu paylaşdım. Gördüm hamı yazır ki, “Vüsalə xanım, siz ailə qurursunuz, ərə gedirsiniz?”. Dedim yox canım, hələ “Hüseynova bacıları” öz məharətlərini göstərəcəklər. Bacımı təbrik edirəm”.
Aparıcı təzə qohumlarının kimliyini də açıqlayıb:
“Uşaqlıqdan dostluq etdiyim müğənni Günel Zeynalova və Tunar Rəhmanoğlu ilə qohum oluruq. Qızı Tunarın bibisioğluna nişanlamışıq”.











