"Deputatların sayı barədə müzakirələrə qoşularaq təklif edirəm ki, onların sayı heç olmasa 25-dək (15-dək də olar) endirilsin..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra ironik yanaşmasını belə inkişaf etdirir: "Bununla həm dövlət büdcəsi (maaş, ezamiyyə və s.), həm də Dövlət Sosial Müdafiə Fondu (pensiyalar) xeyli qənaət etmiş olar. Az saylı deputatlara o boyda bina da lazım olmayacaq. Onlara, məsələn, “Port Baku”da bir mərtəbə ayırmaq olar icarə hüququ ilə. İndiki binadan isə daha səmərəli istifadə etmək olar. İki təklifim var. İdealist təklifim: oranı parlamentarimz muzeyi etmək olar. Materialist təklifim: yerində çoxmərtəbəli yaşayış binası və ticarət mərkəzi tikmək olar..."











