Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                 

Rusiyanın başlatdığı hibrid savaşın gizli səbəbləri - Bakı sərt reaksiya verir, Kremlin "məkrli planları" iflasa uğrayır
Tarix: 8-02-2026, 16:25 | Çap et

Azərbaycan Cənubi Qafqaz regionunda şəriksiz geopolitik İradə sahibidir. İkinci Qarabağ savaşından sonra bu regionda bütün istiqamətlər üzrə oyun qaydaları məhz rəsmi Bakı tərəfdən müəyyən edilir. Rəsmi Bakının razılığı olmadan Cənubi Qafqazda heç bir kənar dövlətin maraqları və iddiaları reallığa çevrilə bilməz. Və bu situasiya Azərbaycan Cənubi Qafqazdakı inkaredilməz hegemon mövqeyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Cənubi Qafqazda bu regiona aidiyyəti olmayan dövlətlərin müdaxiləsinə qarşı çıxır. Azərbaycanın siyasi rəhbərliyi hesab edir ki, Cənubi Qafqazın gələcək taleyini məhz üç region dövlətinin ortaq maraqları və siyasi iradəsi həll edə bilər. Və bu regiona aidiyyəti olmayan dövlətlərin, yaxud da beynəlxalq qurumların Cənubi Qafqazda öz geopolitik maraqlarını diqtə etməyə çalışması yolverilməzdir.

Təbii ki, rəsmi Bakının belə prinsipial və qətiyyətli mövqe tutması, Azərbaycanın bu regiona aidiyyəti olmayan dövlətlərin Cənubi Qafqaza müdaxilə cəhdlərinə müqavimət potensialı neoimperialist dairələri ciddi şəkildə həm narahat edir, həm də qıcıqlandırır. Ona görə də, hazırda Azərbaycan çapraz hücumların hədəfinə çevrilmiş kimi görünür. Belə ki, bir tərəfdən, Cənubi Qafqaza yerləşmək cəhdləri rəsmi Bakı tərəfdən qətiyyətlə bloklanmış Avropa Birliyinə bağlı qurumlar Azərbaycana qarşı qərəzli beynəlxalq kampaniya aparır.

Digər tərəfdən isə Cənubi Qafqazı hələ də Rusiyanın "əbədi və ənənəvi təsir dairəsi" hesab edən Kreml Azərbaycana qarşı siyasi-psixoloji savaş açıb. Kremldə hələ də Rusiyanı imperiya, Cənubi Qafqazı isə onun "tərkib hissəsi" hesab edirlər. Halbuki, zamanın və şərtlərin sürətlə dəyişdiyi, Rusiyanın qlobal mövqelərini artıq itirdiyi, Cənubi Qafqazın isə Kremlin deyil, məhz Azərbaycanın təsir dairəsində olduğu inkaredilməz reallıqdır. Və mövcud situasiyada Kremlin bu yeni reallığı dəyişəcək potensialı yoxdur.

Əslində, Kremldə də Rusiyanın Cənubi Qafqazda Azərbaycanın geopolitik iradəsinə uduzduğunu anlayırlar. Ancaq Kremldə hökm sürən ənənəvi neoimperialist əhval-ruhiyyə bu reallığı qəbul etməyə imkan vermir. Və ona görə də, Kreml rəsmi Bakı ilə normal münasibətlər qurmaq əvəzinə, Azərbaycanın üzərinə total hücuma keçib.

Məsələ ondadır ki, Rusiya Azərbaycana qarşı bütün "qara propaqanda arsenalı"nı hərəkətə gətirib. Belə ki, solovyovlar Kremldən Azərbaycan da daxil olmaqla, bütün postsovet dövlətlərini yenidən işğal olunmasını tələb edir. Rusiya Dövlət Dumasının MDB siyasətini təmsil edən ermənipərəst Konstantin Zatulin isə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Və rəsmi Bakının beynəlxalq hüquq normaları çərçivəsində müstəqil xarici siyasət yürütməsini Rusiyaya qarşı fəaliyyət kimi təqdim etməyə çalışır.

Maraqlıdır ki, bütün postsovet məkanını, eləcə də, Cənubi Qafqazı Rusiyanın "hegemonluq coğrafiyası" hesab edən Kreml Azərbaycana müstəqil xarici siyasət hüququ tanımaq istəmir. Kremlin təlimatları ilə Azərbaycana qarşı hibrid savaş açan solovyovlar və zatulinlər rəsmi Bakıdan Rusiyanın maraqlarına uyğun davranmağı tələb edirlər. Və bununla da Kremldə postsovet dövlətlərinin müstəqilliyinin məhz Rusiyanın maraqları ilə çərçivələnmısinə cəhd göstərildiyini təsdiqləmiş olurlar.

Ancaq Rusiya üçün neoimperialist maraqların diqtə olunma dövrü artıq çoxdan arxada qalıb. Xüsusilə də, Azərbaycan Rusiya üçün əlçatmazdır. Rəsmi Bakı Rusiyanin dəstəyi ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərini azad edib. Rusiyanın neoimperialist planları üzrə icad olunmuş "Qarabağ problemi" artıq birdəfəlik həll olunub və Kreml "terror layihəsi"ndən məhrum buraxılıb. Və indi artıq Kremlin Azərbaycana qarşı geopolitik təzyiq mexanizmi demək olar ki, qalmayıb.

Buna baxmayaraq, Kreml Azərbaycana qarşı təhdidlər üçün yeni mexanizmlər icad etməyə çalışır. Belə ki, Rusiya Azərbaycana məxsus sərnişin təyyarəsini vurmaqla, hərbi cinayət törətdi. Ancaq rəsmi Bakı Rusiyanin bu hərbi cinayətini açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və müstəqil xarici siyasətini qətiyyətlə davam etdirdi. Rusiyada yaşayan Azərbaycanlılara qarşı total zorakılıq və qəddarlıq da Kremlin ümid bəslədiyi nəticəni vermədi. Və indi Kreml rəsmi Bakını müstəqil xarici siyasətdən imtinaya məcbur etmək üçün solovyovların, zatulinlərin üzərindən açdığı boş hay-küylü hibrid savaşına ümid bəsləyir.

Ancaq rəsmi Bakı belə hibrid savaş qarşısında da geri çəkilmək niyyətində deyil. Azərbaycanın beynəlxalq nüfuzu artır, rəsmi Bakı müstəqil siyasət kursunu davam etdirir. Rəsmi Bakı ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində inamlı addımlar atır. Avropa Birliyi ilə münasibətlərin isə yeni şərtlər daxilində inkişafı davam etdirilir. Və ötən il 8 avqustda Vaşinqtonda imzalanmış, TRİPP layihəsinin reallaşdırılmasına yönəlik üçtərəfli anlaşma isə Rusiya üçün Cənubi Qafqazın tamamilə itirilməsi baxımından, hüquqi-siyasi başlanğıcdır.

Ona görə də, indi Kremldə panik durum yaşanmaqdadır. Rusiyanın şovinist propaqanda mexanizmləri artıq hərəkətə gətirilib. Üstəlik, Kremlin Azərbaycana qarşı hibrid savaşında Rusiyanın Qərbdəki agentura şəbəkəsi və ölkə daxilindəki 5-ci kolonu da iştirak edir. Belə ki, Qərbdəki agentura şəbəkəsi - Yanqland (Rusiyanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən "verbovka" olunub), Ştrasser (Rusiyanın AŞPA-dakı maraqlarına xidmət edib, Rusiyanın gizli lobbistidir. Eyni zamanda erməni diasporu ilə də əməkdaşlıq edir), Şvabe və s. kimi Kremlin təlimatlarını icra edirlər.

Digər tərəfdən, Rusiyadakı qara propaqanda mexanizmləri və Qərbdəki agentura şəbəkəsinin aktivləşdirilməsinə paralel olaraq, Azərbaycandakı 5-ci kolon da hərəkətə gətirilib. Belə ki, Ramiz Mehdiyev, Əli Həsənov, onların müxalifətdəki adamları olan Əli Kərimli, Gültəkin Hacıbəyli və s. kimi şəxslər də Kremlin Azərbaycana qarşı açdığı hibrid savaşda alət roluna yönəldiliblər. Və ölkə xaricindən Azərbaycana qarşı hibrid hücumlar başlayan kimi, dərhal daxildə də süni etiraz görüntüsünün yaradılmasına cəhdlər göstərilir.

Ancaq hazırda Qərbdəki Azərbaycana düşmən dairələrin zəifləməsi Kremlin işini çətinləşdirir. Çünki Bayden administrasiyasından fərqli olaraq, ABŞ prezidenti Donald Tramp və onun hakimiyyət komandası belə "şər yuvaları"na dəstək vermir. Əksinə, Tramp administrasiyası iftira və qara propaqanda təşkilatlarını ifşa edərək, zəiflədir. Ölkə daxilindəki 5-ci kolonun da əsasən neytrallaşdırıldığı şəraitdə Kreml Rusiyanın nəzarətində olan ayrı-ayrı YouTuber blogerlərə sifarişlə başlatdığı kampaniyalara ümid bəsləyir.

Göründüyü kimi, Rusiya Azərbaycana qarşı total hibrid savaşa başlayıb. Rəsmi Bakıdan Rusiyanın maraqlarına uyğun xarici siyasətin yürüdülməsi, hətta Kremlin təlimatları ilə hərəkət olunması tələb edilir. Yəni, Rusiya siyasi dairələri Azərbaycanın Kremldən idarə oluna biləcəyinə hələ də özlərini inandırmağa çalışırlar. Halbuki, rəsmi Bakı Kremlin bütün "şər yuvaları"na, təzyiq cəhdlərinə, təhdidlərinə müqavimət göstərib, duruş gətirmək potensialına malikdir. Ona görə də, Kremlin başlatdığı bu hibrid savaş heç bir nəticə verməyərək, iflasa uğrayacaq. Və Rusiyanın Azərbaycanın müstəqil xarici siyasətinə əngəl törətməsi artıq qətiyyən mümkün deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru