Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                     AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                     Arzu Kazımovu kim himayə edir ki... .....                     Tarixdə ilk: Ermənistan silah satdı .....                     İran ABŞ qarşısında yeni şərt irəli sürdü: .....                     AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir .....                     WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir .....                     Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı .....                     Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq .....                     17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? .....                     Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi .....                     Burda rəsmən bazar açıblar... .....                     Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var .....                     Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı .....                     Azərbaycan neftinin qiyməti 118 dolları keçib .....                     Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... .....                     Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? .....                     İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... .....                     “Space FM”ə yeni direktor təyin edildi .....                     Tramp IRS-ə qarşı iddiasını geri çəkib: .....                     Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... .....                     Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... .....                     Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                 

Diplomlu və diplomsuz vətəndaş eyni dərdi bölüşür - Dişsizlikdən işsizliyə...
Tarix: 25-01-2026, 06:30 | Çap et

Azərbaycanda işsizliyin statistikası rəsmi rəqəmlərdən daha aydın görünür. Real durum isə müsbət mənada xeyli fərqlidir. Belə ki, ölkədə təxminən 5.3 milyon nəfər əməkqabiliyyətli əhali var, (ümumi ölkə vətəndaşlarının təqribən 50 faizini təşkil edir) amma rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayı 1.782 min nəfərdir. Bu işçilərin 865,7 min nəfəri dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Müstəqil ekspertlərin hesablamalarına görə, Azərbaycanda təqribən 1 milyon nəfər insan xidməti müqavilə ilə çalışır, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və s. Bu rəqəmləri ümumi əməkqabiliyyətli vətəndaşların sayından (5.3 milyon) çıxdıqda təqribən 2.9 milyon nəfərin nə ilə məşğul olduğu haqda konkret məlumat yoxdur. Hökumət aqrar sektorda çalışanları-pay torpaq sahiblərini də qeyri-məşğul hesab etmir. Beləliklə, arzulanan rəsmi işsizlik rəqəmi - 5.2 faiz alınır. 2025-ci ilin avqust ayına olan rəsmi rəqəmlərə görə, Azərbaycanda 281 min nəfərdən artıq vətəndaş rəsmən işsizdir.

Ölkə başçısı İlham Əliyev də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycanda iş tapmaq problemi yoxdur. "İşləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə”, - dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, inkişaf etmiş ölkələrdə Azərbaycandan da böyük faizlə ölçülən işsizlik var: "Amma mənim sözüm odur ki, bu gün Azərbaycan kimi ölkədə, geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə iş axtarmağa davam edirlər. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin doqquz ayı ərzində ölkə üzrə 91 718 iş yeri açılıb. Amma rəsmi statistika başqa bir rəqəm də verir: həmin dövr ərzində ölkədə 88,8 min iş yeri bağlanıb. Yəni iş yerlərinin sayı təqribən 3 min artıb. Amma rəsmi statistika bağlanan iş yerlərinin hansı sahələri əhatə etdiyi, hansı səbəblərdən qapandığı haqda detallı məlumat açıqlamır. Qeyri-rəsmi statistikaya görə, bağlanan iş yerlərinin bir çoxu bir neçə il əvvəl yaradılan, özünü doğrultmuş bizneslərdi. Bağlanma səbəbləri müxtəlif ola bilər, lakin başlıca səbəblər sırasında dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının intensiv müdaxilələri, ölkədə alıcılıq qabiliyyətinin azalması, vergi, cərimə və rüsumların artırılması var. Ölkə mediasında, sosial şəbəkələrdə bu haqda çoxsaylı şikayətlər yer alır.

Yeni iş yerləri isə daha çox Dövlət Vergi Xidmətində qeydiyyata alınan VÖEN-lər və əmək müqavilələridir. Burada real iş yerlərinin sayını müəyyənləşdirmək mümkün deyil, çünki yeni iş yeri kimi qeydə alınanların bir çoxu “ağartma” əməliyyatının məhsuludur. Yəni, iş yeri uzun illər faktiki mövcud olub, amma vergi müfəttişlərinin səyi nəticəsində aşkara çıxarılıb, işverən cərimələnib və əmək müqaviləsi qeydə alınıb. Qeyd edək ki, son bir ildə vergi əməkdaşları rayonlarda fermerlərə qarşı çoxsaylı reydlər keçirib. İşçiləri müqaviləsiz mövsümü işlərə cəlb edən sahibkarlara ağır cərimə sanksiyaları tətbiq edilib. Bu rəqəmlər 4-200 min manat arasında dəyişir.

İş yerləri ilə bağlı məlumat qıtlığını Dövlət Məşğulluq Agentliyinin açıqladığı hesabat qismən doldura bilir. Bu hesabat həm də ölkənin əmək bazarındakı acınacaqlı mənzərəni göz önünə sərir. Məlum olur ki, ali təhsil alan vətəndaşın durumu diplomu, peşəsi olmayan həmyerlisindən o qədər də fərqli deyil...

Agentliyin məlumatına görə, 2018–2023-cü illərdə Azərbaycanda ali təhsil müəssisələrini bitirənlərin ümumi sayı 120 min 776 nəfər olub. Məzunların 58,6%-i, yəni 70 min 769 nəfəri işlə təmin edilib, qalan hissə isə əmək bazarında yer tapa bilməyib. Məzunların 41 min 69 nəfər, yəni işləyənlərin 58%-i 400 manatdan aşağı maaş alıb. Aylıq əmək haqqı 1551 manatdan yuxarı olan məzunların sayı cəmi 582 nəfərdi.

Bu statistikadan belə çıxır ki, qeyd olunan beşillikdə 50 minə yaxın universitet məzunu ümumiyyətlə özünə iş tapa bilməyib. Yarıdan çoxu isə ixtisasına baxmayaraq, minimum əməkhaqqına razı olub. 121 minə yaxın məzundan cəmi 582 nəfəri dövlət qulluğunda və ya özəl sektorda nisbətən yüksək maaşlı iş sahibi olub. Haşiyə olaraq vurğulayaq ki, dövlət qulluğuna qəbul olunmaq Azərbaycanda çox ciddi problemdir, həm qanunvericilik, həm də bürokratik əngəllər gənclərin yolunu bağlayır (Bu, ayrıca araşdırma mövzusudur – müəl.).

Məşğulluq Agentliyinin hesabatında diqqətçəkən məqamlardan biri universitet məzunlarının harada iş tapmalarıdır. Qurum ilk onluğu açıqlayıb:

Bu siyahıya 1 203 nəfərlə “Araz Supermarket” MMC başçılıq edir. Onu “Kapital Bank” ASC (994 nəfər), Bakı Şəhəri Təhsil İdarəsi (858 nəfər) və “Dost İş Mərkəzi” MMC (708 nəfər) izləyir. İlk onluqda həmçinin “ABC-Telecom” MMC (“Kontakt Home”) – 557 nəfər, “Unibank KB” ASC – 516 nəfər, “McDonald’s” ASC – 503 nəfər, “OBA Market” MMC – 496 nəfər, “ANC Group” MMC (“Rahat market”) – 492 nəfər və “Azərbaycan Supermarket” MMC (“Bravo market”) – 487 nəfər yer alıb.

Göründüyü kimi, yeni iş yerləri daha çox xidmət, ticarət və bank-maliyyə sektorunda yaradılıb. Belə çıxır ki, Azərbaycanda son 10 ildə büdcədən ən böyük vəsaitlərin ayrıldığı (ildə 6-7 milyard manat) tikinti sektorunda yaradılan iş yerlərinin sayı birinci onluğa düşmür.

İş yerləri ilə bağlı 2025-ci ilin statistik məlumatları təhlil edən iqtisadçı Toğrul Maşallı da bu məqama diqqət çəkir. Bildirir ki, ölkənin "tikinti meydançası" qismində Qarabağ yox, məhz Bakı çıxış edir. Belə ki, tikinti sahəsində açılan iş yerlərin 76.7%-i Bakının payına düşür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına tikinti sahəsində açılan iş yerlərinin cəmi 235-i düşür. Bu iqtisadi rayonlarda müvafiq olaraq ən çox iş yeri təhsil və turistlərin yerləşdirilməsi sahələrində açılıb.
İqtisadçı bir məsələyə də aydınlıq gətirir: ”Əlbəttə, qeyd edə bilərsiniz ki, müvafiq işləri həyata keçirən şirkətlər Bakıda qeydiyyatdan keçiblər deyə onların məlumatları Bakı üzrə qeydə alınır. Bununla belə, ölkə üzrə 2025-ci ilin doqquz ayı ərzində 91 718 iş yeri açılıb. Ümumi muzdla çalışan şəxslərin sayında bu cəmi 2.9 min nəfərlik artım verib. Başqa sözlə, yalnız rəsmi statistikaya görə 91,7 min iş yeri açıldığı halda 88,8 min iş yeri bağlanıb. Eyni zamanda rəsmi olaraq ölkədə 278.7 min işsiz var”.

Bir məqamı da qeyd edək ki, 2026-cı ilin yanvarından 1-dən etibarən özəl sektorda çalışanlar 3 faiz gəlir vergisi ödəyəcəklər. Bu rəqəm gələn il 7 faiz olacaq, sonrakı illərdə daha da artırılması nəzərdə tutulur. Müstəqil ekspertlər hesab edirlər ki, hökumətin güzəştləri ləğv etməsi özəl sektoru daha çətin vəziyyətə sala bilər. Belə ki, vergi yükünün artması əmək müqavilələrinin ləğv olunmasına, ikili mühasibatın yenidən vüsət almasına gətirib çıxarır. Birinci rübün nəticələrində özəl sektorda məşğulluğun, yeni iş yerlərinin azalması mütləq görünəcək.

Bir sözlə, hökumətin özəl sektoru çətin vəziyyətə salan qərarlarına parlamentdən, ictimai qurumlardan və özəl sektordan təpkilərin olmaması ölkədə biznes mühitinin ağırlaşmasına rəvac verir. Necə deyərlər, dişsilzik işsizlik gətirir...

Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru