"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                 

Rusiyada azərbaycanlılara qarşı ksenofobiya niyə normaya çevrilir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 8-01-2026, 06:40 | Çap et

Rusiyada milli zəmində nifrət getdikcə daha geniş vüsət alır və tədricən cəmiyyət tərəfindən “məqbul” hesab edilən təqib formasına çevrilir. Yekaterinburqda baş vermiş son hadisə bu təhlükəli prosesin açıq və narahatedici simptomu kimi qiymətləndirilə bilər.

Yerli KİV-in yaydığı məlumata görə, Yekaterinburqdakı Dəmiryolu rayonunun administrasiya rəhbəri Vitali Perşin Azərbaycan əsilli ailənin uşaqlarının Yeni il arzularını yerinə yetirdikdən sonra sosial şəbəkələrdə kütləvi təzyiq və təhqirlərə məruz qalıb. Bu barədə şəhər meriyası məlumat yayıb.

Yeni il ərəfəsində məmur “Arzular ağacı”ndan üç uşağın istəklərinin yazıldığı şarı götürüb. Uşaqlar kiçik velosiped, şirniyyat və yaradıcılıq üçün dəst xahiş ediblər. Qaydalara əsasən, ağacdakı çoxsaylı şarlardan yalnız biri götürülür və Perşin həmin şarın içində hansı uşağın arzusu olduğunu bilməyib. Lakin hədiyyələr təqdim edildikdən sonra Telegram kanallarında və sosial şəbəkələrdə millətçi xarakterli şərhlər və açıq təhqirlərlə müşayiət olunan kampaniya başlayıb.

Şəhər meriyasından vurğulayıblar ki, sözügedən ailənin üzvləri artıq 20 ildən çoxdur Rusiya vətəndaşıdırlar və baş verənlər açıq-aşkar ksenofobiya nümunəsidir. Bildirilir ki, ailə çoxuşaqlıdır və ən kiçik uşaq əlilliyi olan azyaşlıdır.

Nəticədə uşaqların atası təhqir və nifrət dalğasını dayandırmaq, məsələyə son qoymaq üçün Vitali Perşindən hədiyyələri geri götürməsini xahiş edib.

Qeyd edək ki, “Arzular ağacı” federal xeyriyyə aksiyasıdır və bu aksiya çərçivəsində məmurlar və deputatlar uşaqların, yaşlıların və fiziki məhdudiyyətli şəxslərin Yeni il arzularını yerinə yetirirlər.

Hadisəni Rusiyanın “Veçerniye vedomosti” Telegram kanalı belə təsvir edir:

Yekaterinburqdakı Dəmiryolu rayonunun administrasiyası “Xeyirxahlığın təbliği, uşaqlara xoşbəxtlik bəxş etmək” başlıqlı xəbər yayıb. Xəbərdə rayon rəhbəri Vitali Perşinin ümum-Rusiya “Arzular ağacı” xeyriyyə aksiyası çərçivəsində Yekaterinburqdan olan üç uşağın – 8 yaşlı Əli, 7 yaşlı Milena və onların kiçik qardaşı Vaqifin arzularını yerinə yetirməsindən bəhs olunur.

Əli Şaxta babadan idman velosipedi, Milena yaradıcılıq üçün dəst, Vaqif isə şirniyyat istəyib. Əvvəlcə Perşin bəzədilmiş yolkanın üzərindən yalnız Əlinin arzusunun yazıldığı şarı götürüb. Lakin ailənin çoxuşaqlı olduğunu nəzərə alaraq, onların hər üçünə hədiyyə təqdim edib.

Bu paylaşım sosial şəbəkələrdə kəskin neqativ reaksiyalara səbəb olub – “Ayıb olsun”, “Rus şəhərində rus uşağı tapılmadı?” kimi şərhlər yazılıb. Bəzi kanallarda Perşini hətta “rusofob” adlandırıblar.

Nifrət dalğası təkcə məmura deyil, hətta azyaşlı uşaqlara da yönəlib. Bu isə ailə başçısını Perşindən hədiyyələri geri götürməsini xahiş etməyə məcbur edib – məqsəd internet məkanında yayılan çirkin hücumları dayandırmaq olub.

Rayon administrasiyası bildirir ki, Əli və Milena Tatişev adına gimnaziyada oxuyurlar, uşaqların atası tikinti sahəsində çalışır, anaları isə evdar qadındır”.

Oxşar məlumat “Yekaterinburq. Qlavnoye” Telegram kanalında da yer alıb:

Yekaterinburqda gözümüzün önündə iyrənc hadisə baş verir.

Qısa desək, Yeni il ərəfəsində Dəmiryolu rayonunun rəhbəri Vitali Perşin “Arzular ağacı”ndan eyni ailəyə aid üç uşağın xahişinin yazıldığı təsadüfi şar götürüb. 8 yaşlı Əli, onun kiçik qardaşı Vaqif və bacısı Milena velosiped, şirniyyat və yaradıcılıq üçün dəst istəyiblər. Adamın “bədbəxtlikdən onların şarı çıxıb” deməyə dil gəlmir, amma başqa ifadə etmək də mümkün deyil.

Hadisə xəbərə çevrilən an nifrət axını “kanalizasiya seli” kimi axmağa başlayıb. Artıq 20 ildən çoxdur Rusiya vətəndaşı olan azərbaycanlı ailə də, “şarla bəxti gətirməyən” məmurlar da bu “kanalizasiya selində” boğulublar. Məmurlar sosial şəbəkələrdə təhqirə öyrəşmiş ola bilərlər. Amma böyük bir Telegram kanalının təşviqi ilə nifrət seli hətta 10 yaşı tamam olmayan uşaqlara və onların valideynlərinə yönəlib.

Nəticədə ailə başçısı bu çirkin kampaniyanın dayanması üçün Perşindən hədiyyələri geri götürməyi xahiş edib.

Deyəsən, bu, ilk belə hadisədir. Amma sual başqadır: biz hələ hər şeyi gördükmü? “Arzular ağacı” üçün uşaqları milli mənsubiyyətə görə seçmək təklifləri olubmu? Dinə görə ayırmaq təklifi səslənibmi? Belə təkliflər olmasını gözləməliyikmi? Suallar əlbəttə ki, ritorikdir. Amma insani baxımdan soruşmaq istəyirsən: hamı bu qədərmi qəddarlaşıb?

Son abzasdakı suallar doğrudan da yerinə düşür. Lakin daha bir sual yaranır: postsovet məkanından Rusiyaya köçmüş, bu ölkənin vətəndaşlığını qəbul etmiş yüz minlərlə insan indi necə yaşamalıdır? Millətçi tendensiyalar açıq şəkildə özünü göstərir və artıq bütün əxlaq normalarını aşır. Əgər əvvəllər bu cür nifrəti yalnız marginal skinhed qrupları səsləndirirdisə, indi bunu öz adı-soyadını açıq şəkildə yazan adi Rusiya vətəndaşları sosial şəbəkələrdə nümayiş etdirir. Belə bir mühitdə necə yaşamaq olar? Ölkədən köçmək? Bəs bu tendensiyaların sonu nə olacaq?

Pressklub.az-ın sualları ilə bağlı fikrini bildirən Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov ilk növbədə xatırladıb ki, Rusiya cəmiyyətində ksenofobiya yeni tendensiya deyil.

O da məlumdur ki, Rusiya hakimiyyəti “böyük dövlət” ideyalarını təbliğ etdikcə bu meyl daha da güclənir. Bu ideologiyada əsas rol amerikalılarda olduğu kimi millətə deyil, “titullu xalqa” ayrılır. Digər xalqlara isə avtomatik olaraq “kiçik qardaş” rolu ayrılır.

Postsovet, postkommunist mərhələsində bu yanaşma özünü Rusiyada 1990-cı illərdə Moskva hakimiyyətinin uydurduğu “Qafqaz millətindən olan şəxslər” anlayışı ilə göstərdi. Bu termin absurddur, çünki Qafqazda çoxsaylı millətlər yaşayır və onlar bəzən öz aralarında bir-biri ilə yola getmirlər. Lakin bu, “Qafqazda hamı abrek, hamı yeyir çörək” düşüncəsi ilə yaşayanlar üçün arqument deyil. Bu halda mifik “Qafqaz milləti” anlayışı antropoloji yox, daha çox “pasport” xarakteri daşıyır – yəni, “Rusiyanı xilas edirik” adı altında kimləri döyməyin mümkün olduğunu göstərir. Hakimiyyətin işarə etdiyi şəxslərin – yəhudilərin, almanların, qafqazlıların, ukraynalıların və s. – konkret olaraq nəyə görə hədəfə çevrilməsi siyasi konyunkturdan asılı olurdu. Amma məqsəd həmişə eyni idi: kasıb və məhrum rusiyalıların diqqətini dövlət siyasətinin uğursuzluqlarından yayındırmaq. Təəccüblüdür ki, bu köhnə üsul hər dəfə Rusiya mentalitetində işləyir.

Mənim fikrimcə, azərbaycanlılar bu dəfə ona görə “günahkar” seçiliblər ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və Avropa yönümlü siyasəti açıq şəkildə dəstəklədiyini gizlətmir. Artıq sübuta yetirilib ki, bizim mülki təyyarəmiz Rusiya ərazisi üzərində rusiyalı hərbçilərin günahı ucbatından vurulub, amma buna görə heç kim cəzalandırılmayıb. Azərbaycan bu məsələyə etiraz etməyə cəsarət edəndə isə diasporumuz yada salındı və ölkənin bir neçə bölgəsində tanınmış, varlı nümayəndələrimiz həbs olundu. Bəziləri öldürüldü (məsələn, elə indi adı hallanan Yekaterinburqda Səfərov qardaşlarından ikisi), digərlərinin isə əmlakı əlindən alındı.

Başqasının var dövlətini əlindən almaq ac mədəsinin qurultusunun səbəbkarını axtaran rusiyalıların sevimli məşğuliyyətidir. Rusiyadakı azərbaycanlılarının rifahı uzun illərdir gözə soxulur. Təsadüfi deyil ki, yolka şarı ilə bağlı “insidenti” sakitləşdirməyə çalışan rayon administrasiyası hədiyyə alan azərbaycanlı uşaqların valideynlərinin nə oliqarx, nə də ticarət mərkəzlərinin və ya neft şirkətlərinin sahibləri olmadıqlarını xüsusi olaraq vurğuladı: “Ataları inşaatçı, anaları isə evdar qadındır”. Amma “sülh yaradanlar” bununla da kifayətlənməyib, 7–8 yaşlı uşaqların harada təhsil aldıqlarını da açıqladılar. Orada onlara qarşı təzyiq olub-olmadığı məlum deyil, lakin uşaqların atası rayon rəhbərindən hədiyyələri geri götürməsini xahiş edib”, – hüquq müdafiəçisi hadisənin detallarını diqqətə çatdırır.

Onun sözlərinə görə, təqib obyektinə çevrilmiş azərbaycanlı ailə artıq 20 ildən çoxdur Rusiyada yaşayır və Rusiya vətəndaşlığına malikdir. “Bu ailə postsovet məkanından kütləvi şəkildə gəlmiş, Rusiyaya loyal olan və açıq desək, bu ölkənin acınacaqlı demoqrafik vəziyyətini xilas edən “gəlmələrin” gur axınında sadəcə bir damladır.

Statistikaya görə, 2015–2024-cü illər arasında, yəni 10 il ərzində Rusiya əhalisi cəmi 0,9 milyon nəfər artıb – 145,3 milyondan 146,2 milyona qədər. Bu artım da işğal edilmiş ərazilər hesabına baş verib. Eyni dövrdə ərazisinə görə dəfələrlə kiçik olan Azərbaycanın əhalisi 0,71 milyon nəfər artaraq 9,75 milyondan 10,46 milyona çatıb. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin qiymətləndirməsinə görə, hazırda Rusiya əhalisinin sayı Banqladeşdən (174,7 milyon) azdır və 2030-cu ilə qədər hətta Efiopiya da onu geridə qoyacaq. Elə təkcə bu səbəbdən Yekaterinburqda “bəxti gətirməyərək hədiyyə verilən” ailə kimi miqrantlara daha diqqətlə yanaşmaq lazımdır.

Məndə belə bir təəssürat yaranıb ki, ötən ilin iyununda Yekaterinburqda Azərbaycan diasporuna qarşı federal səviyyədə təşkil olunmuş iyrənc təxribata lazımi hüquqi qiymət verilməməsi bu şəhərdəki nifrət püskürənləri hələ uzun müddət ruhlandıracaq. Amma görünür, bu dəfə söhbət yuxarıdan verilmiş sifarişdən yox, yerli ksenofobların şərhlərindən gedir. Belələri hər zaman tapılır. Burada vacib olan odur ki, rayon administrasiyası özünə yaxın olan sayt vasitəsilə reaksiya verərək şərhlərin müəlliflərini “azğınlaşmış” adlandırıb. Digər internet nəşrləri də insidentə adekvat reaksiya göstərib.

Lakin təqiblər vəzifəli şəxslər – məsələn, məktəb müəllimləri səviyyəsində davam edərsə və ya daha kəskin forma alarsa, Yekaterinburq hakimiyyəti tədbir görməyə məcbur olacaq. Əks halda yuxarı instansiyalara şikayət etmək yerinə düşər, çünki uğursuz xeyriyyə aksiyası federal miqyas daşıyır. Hətta nifrət yayanlara və ya buna hərəkətsiz qalan məmurlara qarşı məhkəməyə müraciət etmək də mümkündür. Çünki belə hallarda lazımi reaksiya verməmək faktiki olaraq təqibi təşviq etmək deməkdir. Amma Yekaterinburqda dağıdılmış və başsız qalmış Azərbaycan diasporunda bunu kim təşkil edəcək və kim dəstəkləyəcək?”, – Eldar Zeynalov sual edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru