"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                 

Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Axundovanın yaxını növbəti həbsin astanasında
Tarix: 7-01-2026, 16:38 | Çap et

Ramiz Mehdiyevə donos-məktublarında “siz mənim ağsaqqalımsız” yazan, çıxışlarında “Ramiz müəllimin kitabları hər kəsin stolüstü kitabı olmalıdır” kimi açıqlamaları unudulmayan sabiq səfir Elmira Axundovanın adı yenidən gündəmdədir. Bu dəfə onun yaxın çevrəsindən olan Elnur İbrahimovun işi üzərindən sadiq “mehdiyevçi”nin adı gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə Elnur İbrahimovun apellyasiya şikayətinə baxılıb.

Axundovanın yaxını Sabunçu Rayon Məhkəməsinin onun işi üzrə çıxardığı qərarı “texniki səhv” kimi təqdim etməyə çalışsa da, məhkəmə onun bu arqumentini qəbul etməyib.

Məsələ burasındadır ki, Elnur İbrahimovun üzərində təmin olunmuş 350 min manatlıq mülki iddia olub. O, həmin mülki iddia üzrə uzun illər hər hansı bir ödəmə etməyib. Mülki iddiaçı Fərman Məmmədov Sabunçu Rayon Məhkəməsinə müraciət etməklə 350 min manatın indeksasiya olunmasını xahiş edib. Məhkəmə 350 min manatın indeksasiya olunması üçün müvafiq ekspertiza təyin edib. Nəticədə məbləğin indeksasiyası aparılıb və 513 min manat olaraq müəyyən edilib.

Əslində məsələ 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu yaxın çevrəsində iş adamı kimi təqdim edib. Dubaydan gətiriləcək dəftərxana ləvazimatları ilə böyük gəlir vəd olunub, dividend adı altında vəsaitlər toplanıb. Axundovanın ailə dostlarından ümumilikdə 8 milyon manat toplanıb. Amma realda bu “biznes” kağız üzərində qurulmuş sxemdən başqa bir şey olmayıb. Dividend adı ilə geri qaytarılan pullar zərərçəkənlərin öz vəsaitlərinin cüzi hissəsi olub. Dələduzluq sxeminin üstü açılandan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər, deputatın oğlu Həbib Axundovun adını çəkiblər.

Elmira Axundova isə prosesə müdaxilə edərək zərərçəkənləri sakitləşdirməyə çalışıb. “Narahat olmayın, pullar qaytarılacaq” - deyərək vəziyyəti manipulyasiya edib.

Sonrakı mərhələdə “günah keçisi” kimi Elnur İbrahimov ön plana çıxarılıb. Bütün pulların ona çatdığı görüntüsü yaradılıb. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra İbrahimov gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk edib və Rusiyada ailəsi ilə birgə zərərçəkənlərin pulları hesabına kef çəkib.

Azərbaycan hüquq-mühafizə orqanları onu təxminən 3 il tapa bilməyib. 2016-cı ildə Elnur İbrahimov həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmə onun külli miqdarda dələduzluq əməllərini təsdiqləyib. O dövrdə zərərçəkənlərdən yalnız Fərman Məmmədov mülki iddia ilə çıxış etdiyindən məhkəmə onun mülki iddiasını təmin edib. Beləliklə, Elnur İbrahimovun üzərinə 8 milyon manatlıq dələduzluqdan əldə olunan vəsaitlərin cüzi bir hissəsi - 350 min manat ziyanı ödəmək öhdəliyi qoyulub və 9 il azadlıqdan məhrum edib.

Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu dövrdə mülki iddiaçı Fərman Məmmədova bir manat belə ödəməyib, halbuki Elmira Axundovanın oğlu Həbib Axundov 55 min manat vəsait qaytarıb. Bu, açıq göstərir ki, İbrahimov ödəmə qabiliyyətinə malik olub, amma xüsusi məqsədlə boyun qaçırıb. Onun əməlinin xüsusilə külli miqdarda dələduzluğa çevrilməsi, zərərçəkmişlərə qarşı və dövlət qarşısında məsuliyyətini labüd edib.

Xatırladaq ki, Elmira Axundova Ramiz Mehdiyev dövründə də yazdığı donos məktublarla tanınırdı. Bu işdə də onun adı mərkəzi fiqur kimi qalır, Elnur İbrahimov isə onun sxemlərinin “günah keçisi” kimi həbsinin labüd olduğunu bir daha göstərir.

Beləliklə, Elnur İbrahimovun həbsini sadəcə onun şəxsi əməlləri ilə izah etmək olmaz. Hazırda Elnur İbrahimovun yeganə real çıxış yolu həqiqəti açmaq və istintaqa, məhkəməyə tam məlumat verməkdir. Bu zaman o, özünə qarşı 513 min manatlıq mülki iddiadan yayına bilər. Eyni zamanda dələduzluq yolu ilə əldə edilmiş 8 milyon manatın kimlərin cibində olduğunu ortaya qoyaraq, hüquqi baxımdan öz mövqeyini gücləndirə bilər. Əks halda, külli miqdarda ziyan vurmuş, ictimai-siyasi kontekstdə “günah keçisi” rolunda ola biri kimi növbəti həbs cəzası labüd görünür.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru