Mariya Zaxarovanı şoka salan REALLIQ .....                     Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu .....                     Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir .....                     Tacir GİZLİNLƏRİ AÇDI .....                     Astarada gəlin toy günündə öldü .....                     Günay Ağamalı mandatını itirəcək? .....                     Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir .....                     Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib .....                     “Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” .....                     Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə .....                     GDU-nin KİTABI BAĞLANIR... .....                     Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var .....                     Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? .....                     Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... .....                     Paşinyan “sensasion xəbər”i açıqladı .....                     Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? .....                     Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq .....                     Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı .....                     BİZİ KİM ZƏHƏRLƏYİR? .....                     Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək .....                     Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri .....                     Sığorta sektorunun `QALA`SI çoxdan uçub... .....                     Mehdiyevin məktubu müxalifətdə aranı qatdı .....                     Tramp Venesuela hökumətini devirmək niyyətindədir .....                     Günay Ağamalının mandatı ləğv edilə bilər .....                     Pulların LEO BANK-a əmanətdirsə... .....                     Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... .....                     SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI .....                     Paşinyana vaxt lazımdır... .....                     Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! .....                     Deputatın 'obyektində' utancverici mənzərə .....                     Təhsil təxribatçıları bir məktəbin simasında… .....                     'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... .....                     İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür .....                     Mehdiyevin müxalifət sevgisi .....                     Sülhə gedən... ticarət yolları .....                     "Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm" .....                     PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz .....                     Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. .....                     Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... .....                 

Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı - 24.900 dollara alınan fəxri adlar
Tarix: Dünən, 11:52 | Çap et

2025-ci ilin oktyabrın 23-də Azərbaycan Tibb Universitetinin professoru Vagif Qələndərov “Avropa Təbiət Elmləri Akademiyası”-nın ali ordeninə layiq görülüb...

Akademiya professoru “Avropada ilin elm adamı” seçib, “Ali şərəf və Ləyaqət” ordeni ilə təltif edib.

Bu barədə Azərbaycan Tibb Universitetinin rəsmi saytında dərc edilən xəbərdə məlumat verilib.

Təsdbirdən yayımlanan fotoşəkillərdən məlum olur ki, mükafatın təqdimetmə mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Bəs adı çəkilən akademiya elm ictimaiyyəti tərəfindən tanınırmı?

Onun elmi fəaliyyəti nədən ibarətdir?

Adı çəkilən “Avropa Təbiət Elmləri Akademiyası”nın rəsmi və tanınmış elmi qurum olması barədə etibarlı mənbələrdə məlumat yoxdur.

Təşkilatın prezidenti, ixtisasca geoloq olan Vladimir Tirminski 1938-ci ildə Rusiyada anadan olub, ali təhsilini də orada alıb. O, 1997-ci ildə professor adını qazanıb, 2002-ci ildə isə Almaniyanın Hannover şəhərində “Avropa Təbiət Elmləri Akademiyası” adlı təşkilatı qeydiyyatdan keçirib.

Araşdırmalar göstərib ki, “Avropa Təbiət Elmləri Akademiyası” ötən il Çində qalmaqala səbəb olub.

“South China Monitoring Post” qəzetinin məlumatına görə, 2024-cü ilin aprelində Pekində Akademiya tərəfindən altı çinli alimə mükafat və fəxri adların təqdim edildiyi mərasim keçirilib.

Lakin tədbirdən dərhal sonra Akademiyanın fəaliyyətini və etibarlılığını şübhə altına alan məqamlar ortaya çıxıb.

Qəzetin yazdığına görə, akademiya ilə əməkdaşlıq elmi nailiyyətdən daha çox işgüzar sövdələşmə xarakteri daşıyır.

Belə ki, Akademiyaya üzv olmaq üçün hər hansı elmi kəşf və ya tədqiqat deyil, müəyyən məbləğdə ödəniş etmək kifayət edir.

Hətta araşdırma nəticəsində müəyyən olunub ki, adı çəkilən akademiyaya üzvlük üçün müraciətlərin məbləği 24.900 ABŞ dollarıdır. Bu səbəbdən Akademiyanın mükafatlandırdığı şəxslər arasında elm adamları ilə yanaşı, elmi fəaliyyətlə əlaqəsi olmayan biznes nümayəndələri də yer alır.

“The Paper” qəzeti tərəfindən aparılmış bir digər araşdırmaya görə isə, Akademiya 2024-cü ildə 34 yaşlı çinli alimə “akademik” fəxri adı verib və onu “dünyanın ən gənc akademiki” elan edib. Bu məqam Akademiyanın nüfuzu və seçim meyarları ilə bağlı müzakirələri daha da gücləndirib.

Bu hadisə təşkilatın nüfuzu və üzvlük meyarlarının şəffaflığı ilə bağlı sualları daha da gücləndirib.

Müzakirələrin fonunda 2024-cü il mayın 8-də Çin Elm və Texnologiya Assosiasiyası rəsmi saytında “Avropa Təbiət Elmləri Akademiyası” ilə bağlı mövqeyini açıqlayıb.

Avropa Təbiət Elmləri Akademiyası üzvlərinin sayının artması nəyi göstərir?” başlıqlı məqalədə qeyd olunub ki, sözügedən qurum “beynəlxalq nüfuzlu elmi akademiya” deyil, Almaniyada qeydiyyatdan keçmiş adi özəl təşkilatdır.

Assosiasiya təhsil müəssisələrini və elmi qurumları saxta universitetlərə və ödənişli mükafatlara dəstək verməməyə, bu kimi spekulyativ təşəbbüslərdən uzaq durmağa çağırıb.

Akademiyanın fəaliyyətində bir sıra digər şübhəli məqamlar da diqqət çəkir. Çinli tədqiqatçıların araşdırmalarına görə, təşkilatın rəsmi qeydiyyat ünvanı kimi göstərilən Hannoverdəki ofis uzun müddətdir fəaliyyət göstərmir və bağlı vəziyyətdədir.

Araşdırmalar nəticəsində o da məlum olub ki, akademiya üzvlük sistemi ilə fəaliyyət göstərir və illik üzvlük haqqını ödəməyənlərin adlarını rəsmi saytından silir. Beləliklə, elm adamları təkcə Akademiyaya üzv olmaq üçün deyil, üzvlüyü qoruyub saxlamaq üçün də mütəmadi ödəniş etməyə məcbur olurlar.

Eyni zamanda, akademiya 2016-cı ildən etibarən “Archiv EuroMedica” adlı jurnal nəşr edir. Lakin bu jurnal bir müddət əvvəl nüfuzlu beynəlxalq elmi indeksasiya sistemi olan “Web of Science” bazasından çıxarılıb.

Bundan başqa, akademiyanın rəsmi veb-saytındakı məlumatlara əsasən, təşkilat əsasən Azərbaycan, Qazaxıstan, Şimali Qafqaz və Ukrayna kimi ölkələrlə əməkdaşlıq edir.

Bu amillər akademiyanın elmi etibarlılığını, beynəlxalq nüfuzunu və seçim meyarlarını şübhə altına almaq üçün ciddi əsaslar yaradır.

Yerli mətbuatda “Avropa Təbiət Elmləri Akademiyası” ilə əməkdaşlıq edən, bu qurumdan mükafatlar və fəxri adlar alan çoxsaylı azərbaycanlı alimlərin adlarına rast gəlmək mümkündür.

Mediada yayımlanan xəbərlərə görə, Akademiya 2015-ci ildə AMEA-nın şöbə müdiri, professor Nəriman İsmayılova fəxri diplom və “Vladimir Vernadski adına medal”, 2016-cı ildə AMEA-nın əməkdaşı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Sabir Tağıyevə “Taclı ulduz ordeni” kimi mükafatlar verib.

Azərbaycan Rəssamlar İttifaqınun üzvü Nəcməddin Hüseynov, AMEA İşlər idarəsinin müdiri, professor Elton Məmmədov və jurnalist Tofiq Yusifov isə son illərdə bu akademiyanın həqiqi üzvü seçiliblər.

Akademiyanın Azərbaycandan olan üzvləri arasında Milli Məclisin deputatı Səttar Möhbalıyev, AMEA müşaviri Yaqub Mahmudov, keçmiş Ombudsman Elmira Süleymanova və Ağsaqqallar Şurasının sədri Eldar Quliyev kimi şəxslərin də adları yer alır.

Akademiya, həmçinin, azərbaycanlı alim və müəllifləri nüfuzlu “Nobel” mükafatına namizəd kimi irəli sürdüyünü iddia edir.

Çin mətbuatı qeyd edir ki, bir çox insan “Avropa Təbiət Elmləri Akademiyası”nı ad oxşarlığı səbəbindən “Avropa Elmlər Akademiyası” kimi tanınmış və rəsmi elmi qurumlarla səhv salır.

Bu qarışıqlıq nəticəsində bəzi elm adamları ödəniş müqabilində elmi adlar və fəxri üzvlüklər alma prosesində iştirak edirlər.

Halbuki bu cür əlaqələr və təltiflər ölkələrin müvafiq elmi və təhsil qurumları tərəfindən ciddi şəkildə araşdırılmalı, yalnız etibarlılığı təsdiqləndikdən sonra əməkdaşlıq edilməlidir.

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün onları imtahanlara cəlb edir. Bununla belə, nazirlik xaricdə fəaliyyət göstərən akademiyaların və onlardan verilən mükafatların elmi əsaslılığını və etibarlılığını araşdırmır.

Toplum TV











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mariya Zaxarovanı şoka salan REALLIQ – Tarixi manipulyasiya yoxsa siyasi sifariş CƏHDİ?
Bu gün, 11:11
Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu
Bu gün, 11:09
Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir - İDDİA
Bu gün, 11:03
Tacir GİZLİNLƏRİ AÇDI - “O adamla mənim aramda…”
Bu gün, 10:55
Astarada gəlin toy günündə öldü - HAMİLƏ İMİŞ...
Bu gün, 10:51
Günay Ağamalı mandatını itirəcək? – Qalmaqalın pərdəarxası
Bu gün, 10:46
Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:44
Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib - DOSYE
Bu gün, 10:32
“Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” – MƏHKƏMƏDƏ rüşvət qalmaqalı
Bu gün, 10:27
Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə - FAKT BUDUR
Bu gün, 10:19
GDU-nin KİTABI BAĞLANIR... - proses başlayıb...
Bu gün, 10:11
Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:58
Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... - GİLEY
Bu gün, 09:54
Paşinyan “sensasion xəbər”i açıqladı - GÖRÜN, NƏ İMİŞ...
Bu gün, 09:48
Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? - AKTUAL
Bu gün, 09:46
Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq - “İravunk”
Bu gün, 09:44
Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı - BUNDAN SONRA...
Bu gün, 09:26
BİZİ KİM ZƏHƏRLƏYİR? - "AQTA-nın sənədi olmada marketlərə bir ərzaq daxil ola bilməz"
Bu gün, 09:22
Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 09:17
Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
Sığorta sektorunun `QALA`SI çoxdan uçub... - GİLEY
Bu gün, 09:07
Mehdiyevin məktubu müxalifətdə aranı qatdı - TƏFƏRRÜAT
Bu gün, 08:54
Tramp Venesuela hökumətini devirmək niyyətindədir - KİV
Bu gün, 07:49
Günay Ağamalının mandatı ləğv edilə bilər - Bu fakt yetərlidir ki...
Bu gün, 07:40
Pulların LEO BANK-a əmanətdirsə... BATDIN!
Bu gün, 07:29
Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... - MÜRACİƏT
Bu gün, 07:16
SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI - "Hələ gec deyil — ayılın!"
Bu gün, 07:12
Paşinyana vaxt lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 07:02
Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! - İNDİ DƏ...
Bu gün, 06:56
Deputatın 'obyektində' utancverici mənzərə - FOTO, VİDEO
Bu gün, 06:49
Təhsil təxribatçıları bir məktəbin simasında… - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... - qanun-manun hərləmir...
Bu gün, 06:41
İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür - GÖZLƏNTİ
Bu gün, 06:30
Mehdiyevin müxalifət sevgisi - Bu işdə kimlərin barmağı var?
Bu gün, 06:28
Sülhə gedən... ticarət yolları - Azərbaycan və Ermənistanın mövqeləri necə fərqlənir?
Bu gün, 06:25
"Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm"
Bu gün, 06:21
PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz - GƏLİŞMƏ
Bu gün, 06:18
Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:34
Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... - TƏFƏRRÜAT
Dünən, 18:32
Rusiya bizi parçalamağa çalışır, təhlükədəyik - Frederiksen
Dünən, 18:27
Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq - AXI NİYƏ?
Dünən, 18:03
Monteneqroda həbs olunan azərbaycanlıların taleyi – Deputat açıqladı
Dünən, 18:01
Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə REAKSİYA
Dünən, 17:58
BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var
Dünən, 17:57
Rusiyada Azərbaycan əsilli generala hökm oxundu - BUNA GÖRƏ...
Dünən, 17:55
“Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:54
Azərbaycan şirkəti müflisləşir
Dünən, 17:53
Fiaskoya uğrayan "sülh planı" – Hamı başa düşəcək, Trampdan başqa...
Dünən, 17:52
Sabiq icra başçısı külli miqdarda borca düşdü - BUNA GÖRƏ
Dünən, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru