Sabunçu Tibb Mərkəzinin inzibati işlər üzrə direktor müavini Yusif Şirinli tutduğu vəzifədən azad olunub.
"DİA-AZ" oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Xatırladaq ki, bir neçə gün öncə Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova da tutduğu vəzifədən azad edilib.