Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisiyə səfərindən narahatlıq ifadə edib.
APA-nın yerli bürosu xəbər verir ki, XİN ATƏT katibliyinə və təşkilatın iştirakçı dövlətlərinə etiraz notası ünvanlayıb.
Notada bildirilib ki, E.Valtonen Gürcüstana rəsmi səfər proqramı ilə yanaşı hökumət əleyhinə olan fəalların kiçik bir qrupunun təşkil etdiyi küçə aksiyasına qatılaraq Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olan bəyanatla çıxış edib.