“İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan Nikol Paşinyan hökumətini məhkəməyə verib.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Siyasətçi məhkəmədən Ermənistan hökumətinin sərhəd möhürlərindən Ağrı dağının təsvirinin çıxarılmasına dair 11 sentyabr 2025-ci il tarixli qərarının etibarsız sayılmasını tələb edib.
Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir və bu ölkənin suveren ərazisidir. Ağrı Türkiyənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. İddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.